Icma.az
close
up
RU
Kreml Putinin Azərbaycan lideri ilə görüşünü istisna etmir

Kreml Putinin Azərbaycan lideri ilə görüşünü istisna etmir

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya və Azərbaycan prezidentləri arasında ikitərəfli görüş keçirilə bilər.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

O, Putinin Tacikistana üç günlük səfəri zamanı MDB ölkələrinin liderləri ilə ikitərəfli görüşlər keçirəcəyini və Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşün istisna olmadığını qeyd edib.

Uşakov qeyd edib ki, Vladimir Putin oktyabrın 8-10-da Tacikistanda dövlət səfərində olacaq. Düşənbədə o, prezident Emomali Rahmonla görüşəcək və iki sammitdə MDB və Rusiya-Mərkəzi Asiya sammitlərində iştirak edəcək.

"Oktyabrın 9-u günortadan sonra Putin beş Mərkəzi Asiya respublikasının rəhbərləri ilə görüşəcək. Liderlər yekun kommunike və 2025-2027-ci illər üçün iş planı qəbul etməyi planlaşdırır. Növbəti Rusiya-Mərkəzi Asiya sammiti 2027-ci ildə razılaşdırılacaq yerdə keçiriləcək.

MDB sammiti oktyabrın 10-da həm məhdud, həm də genişləndirilmiş formatda keçiriləcək. Dövlət başçıları MDB+ formatının yaradılması və ŞƏT-ə müşahidəçi statusunun verilməsi məsələlərini müzakirə edəcəklər.

Liderlərin MDB baş katibi Sergey Lebedevin mandatının daha üç il müddətinə uzadılmasını təsdiq edəcəyi gözlənilir. Həmçinin 20-yə yaxın sənədin imzalanması planlaşdırılır".

Uşakov qeyd edib ki, Putin sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək və Azərbaycan prezidenti İlham Əliyevlə də görüşə bilər: "Niyə də olmasın?"

O, Rusiya prezidentinin dekabrda həmkarlarını Sankt-Peterburqda keçiriləcək ənənəvi qeyri-rəsmi görüşə dəvət edəcəyini, görüşün tarixini hələ təyin olunmadığını da söyləyib.

Uşakov MDB-nin növbəti sammitinin 2026-cı ildə Aşqabadda keçiriləcəyini də bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Oktyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri