Kreml: Putinlə Si Cinpin saat yarımdan çox danışıblar, bu danışıqlar Trampın inaqurasiyası ilə bağlı deyil
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında bugünkü söhbət ABŞ-nin yeni prezidenti Donald Trampın inaqurasıyası ilə bağlı deyil.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Cinpinlə danışığın tarixi ilə bağlı razılıq hələ dekabrda əldə olunub. "Biz bu tarixi Vaşinqtondakı inauqurasiya ilə uyğunlaşdırmağa çalışmamışıq”.
Uşakov Putin və Cinpinin söhbətinin saat yarımdan çox davam etdiyini söyləyib.
Bildirib ki, Putin İkinci Dünya Müharibəsinin başa çatmasının və Yaponiya üzərində qələbənin 80 illiyi şərəfinə keçirilən anım tədbirlərinə Çin liderindən dəvət alıb. Bu tədbirlər sentyabrın 3-də Pekində baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 21 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















