Icma.az
close
up
RU
Kreml rəhbərinə etibar etmək olmaz...

Kreml rəhbərinə etibar etmək olmaz...

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Müharibə Tədqiqat İnstitutu Putinin “zəmanətlərini” darmadağın etdi...

...Müharibə Tədqiqat İnstitutuna görə, Putinin Ukraynaya və ya Avropaya bir daha müdaxilə etməmək üçün Rusiyanın “qanunverici” öhdəliyi ilə bağlı təkliflərinə etibar etmək olmaz.

Birincisi, Rusiya keçmişdə iki dəfə oxşar beynəlxalq öhdəlikləri pozub, ikincisi, Putin Rusiya qanunvericiliyini öz mülahizəsinə uyğun dəyişməkdə sərbəst olduğunu nümayiş etdirib. Axı, Putin siyasi məqsədlərini dəstəkləmək üçün hətta Rusiya Konstitusiyasına da məhəl qoymadı, ona 2024-cü ildə yenidən prezidentliyə namizədliyini irəli sürməyə və potensial olaraq 2036-cı ilə qədər hakimiyyətdə qalmağa imkan verəcək konstitusiya dəyişikliklərinə (2020) səsverməni manipulyasiya etdi.

SİA xatırladır ki, Memorandum Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə və suverenliyinə hörmət edir.

Bundan başqa, Rusiya Ukraynaya qarşı təcavüzü qadağan edən beynəlxalq müqavilələri, o cümlədən Minsk razılaşmalarını ardıcıl olaraq pozub.

Ona görə də Putinin Rusiyanın Ukraynaya hücum etməyəcəyi ilə bağlı indiki vədi nə güzəşt, nə də etibarlı təminatdır.

Müharibə Tədqiqat İnstitutu qeyd edir ki, Putinin sülh sazişindən sonra hər hansı bu cür öhdəlik və ya qanuna əməl edəcəyinə dair heç bir sübut yoxdur.

Putinin iddia etdiyi kimi Ukrayna üçün beynəlxalq təhlükəsizlik zəmanətlərinin təfərrüatları qeyri-müəyyən olaraq qalır, lakin Kreml 2022-ci ilin aprelindən təhlükəsizlik zəmanətləri tələblərini canlandırmağa cəhd edə bilər ki, bu da Ukrayna üçün bu cür təminatları neytrallaşdıracaq.

Axios-un məlumatına görə, Trampla danışıqlarda Putin Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazır olduğunu bildirib və Çini mümkün qarant kimi qeyd edib.

Bu fikir Rusiyanın 2022-ci ilin aprel ayında Çin, Rusiya və bir sıra Qərb ölkələrinin Ukraynanın təhlükəsizliyinin təminatçısı kimi göstərildiyi “İstanbul” təklifləri ilə səsləşir. Eyni zamanda, Rusiya bu cür ölkələrin gələcək hücum zamanı Ukraynaya yardım göstərə bilməsini yalnız bütün qarant ölkələr belə bir həll yolu ilə razılaşdıqdan sonra tələb edirdi.

Müharibə Tədqiqat İnstitutu qeyd edir ki, Çin Rusiyanın müharibə səylərini və Rusiyanın müdafiə sənayesini əhəmiyyətli dərəcədə dəstəkləyən Rusiyanın yaxın müttəfiqidir, buna görə də Çin neytral qarant olmayacaq.

Və Rusiyanın “təhlükəsizlik qarantları” siyahısına daxil edilməsi bu cür tənzimləmələri mənasız edəcək.

Beləliklə, hər hansı gələcək sülh müqaviləsi Rusiyanın 2022-ci ildə irəli sürdüyü müddəaları ehtiva edərsə, bu, Çin və ya Rusiyaya Rusiyanın növbəti işğalı halında Ukraynaya kömək etmək üçün istənilən qərara veto qoya bilər.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Avqust 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri