Kreml: Rusiya Şimali Koreyaya hərbi yardım göstərməyə hazırdır
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şimali Koreya (KXDR) hərbçilərinin Kursk vilayətinin azad edilməsi əməliyyatında iştirakı iki ölkə arasında əldə olunan razılaşmanın effektivliyini nümayiş etdirdi.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Rusiya da lazım gələrsə Şimali Koreyaya hərbi yardım göstərməyə hazırdır. "Bu barədə Rusiya ilə KXDR arasında imzalanmış müvafiq müqavilədə deyilir".
Kremlin sözçüsü vurğulayıb ki, hazırda Rusiya prezidenti Vladimir Putinin KXDR lideri Kim Çen In ilə təmasları planlaşdırılmır.
Baxış sayı:78
Bu xəbər 28 Aprel 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















