Icma.az
close
up
RU
Kreml təbliğatından Fərhad Məmmədova qarşı təxribat “Ya məni Patruşev səviyyəsinə qaldırırlar, ya da...”

Kreml təbliğatından Fərhad Məmmədova qarşı təxribat “Ya məni Patruşev səviyyəsinə qaldırırlar, ya da...”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son aylar Rusiya tərəfindən Azərbaycana qarşı hibrid hücumların müxtəlif formaları müşahidə olunur. Bunlara dezinformasiya kampaniyaları, kiberhücumlar və manipulyativ videolar daxildir. Politoloq Fərhad Məmmədov da bu təbliğatın hədəflərindən biri olduğunu bildirib.

F.Məmmədov qeyd edir ki, uzun müddətdir Rusiya tərəfi Azərbaycan haqqında saxta məlumatlar yayır, sosial şəbəkələrdə manipulyativ materiallar dövriyyəyə buraxır. Xüsusilə son vaxtlar YouTube platformasında anonim kanallar vasitəsilə hazırlanan “analitik” videoların sayı artıb. Burada əvvəlcədən yazılmış mətnlər, saxta faktlar və montaj edilmiş görüntülərlə auditoriyanın diqqəti manipulyasiya olunur.

Politoloq bildirir ki, bu tip videolar yalnız manipulyasiya məqsədi daşımır, həm də tamaşaçıların psixoloji təsir altında saxlanmasına yönəlib. Onun fikrincə, belə “kontent” sadəcə informasiyanı deyil, sağlamlığı da zədələyə bilər.

Növbəti belə videolardan birində Fərhad Məmmədovun adı və fotosu təqdim edilib. Kremlə yaxın mənbələrin hazırladığı bu materialda onun guya Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev ilə eyni səviyyədə göstərilməsi diqqət çəkib.

Fərhad Məmmədov isə buna ironik münasibət bildirib: “Bu, ya mənim adi ekspert statusumu Patruşevin səviyyəsinə qaldırmaqdır, ya da Patruşevi mənim səviyyəmə endirməkdir. Amma hər iki halda bu, ciddiyyətin göstəricisi sayıla bilməz”.

O, həmçinin bildirib ki, linki paylaşmaq istəmir, çünki bu videolara baxmaq “sağlamlıq üçün zərərlidir”. Lakin bununla yanaşı, etiraf edib ki, onun yazı və təhlillərinin Rusiya dairələrində diqqətlə izlənməsi faktı artıq öz-özlüyündə maraqlıdır.

Fərhad Məmmədovun fikirlərindən belə nəticə çıxır ki, Moskva bu cür təbliğat vasitəsilə iki məqsəd güdür:

- Azərbaycanda ictimai rəyə təsir göstərmək və ekspertlərin mövqelərini şübhə altına almaq;

- Xaricdə ölkənin nüfuzunu zədələmək və Azərbaycanın müstəqil siyasət yürütməsini kölgə altına salmaq.

Bu isə Kremlin hibrid müharibəsinin bir hissəsi kimi qiymətləndirilə bilər.

Göründüyü kimi, Rusiya təbliğatı artıq sıravi ekspertləri də hədəfə almağa başlayıb. Fərhad Məmmədovun nümunəsi göstərir ki, Kremlin informasiya savaşı yalnız dövlət strukturlarına deyil, həm də cəmiyyətin fəal nümayəndələrinə yönəlib. Bu, həm Azərbaycanın informasiya təhlükəsizliyi, həm də ictimai rəyin müdafiəsi baxımından ciddi çağırışdır.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Sentyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri