Icma.az
close
up
RU
Kreml təbrik etmədi, Magyar Putindən danışdı İşdir, mənə zəng etsə...

Kreml təbrik etmədi, Magyar Putindən danışdı İşdir, mənə zəng etsə...

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aprelin 12-də  Macaristanda keçirilən seçkilərdə qələbə qazanan “Tisza” partiyasının sədri Peter Magyar Rusiya və Vladimir Putinlə bağlı açıqlama verib.
P.Magyar bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamayacaq:
“Vladimir Putin mənə zəng etsə, telefonu götürərəm. Ancaq Putinin əlaqə saxlayacağını düşünmürəm. Özüm isə ona zəng etməyəcəyəm” – Magyar bildirib.
Ölkəsinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı bundan sonrakı mövqeyinin necə olacağına da aydınlıq gətirən Magyar qeyd edib ki, Rusiya Prezidenti ilə söhbəti baş tutsa, ondan Ukrayna ilə müharibəni dayandırmasını istəyəcək.
Qeyd edək ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verərək Kremlin Peter Magyarı qələbə münasibətilə təbrik etməyəcəyini bildirib. 
O qeyd edib ki, Rusiya dost olmayan ölkələrə təbrik ünvanlamır. Macarıstan isə Rusiyaya qarşı tətbiq olunan sanksiyalara dəstək verdiyi üçün dost ölkə deyil. Peskov Viktor Orbanı “əvvəllər Rusiya ilə dialoqu olan tərəf” adlandırıb. 
Peskovun açıqlamasının əksinə, illərdir davam edən proseslərə nəzər salsaq, görərik ki, Rusiya ilə Macarıstan arasında iqtisadi məsələlərlə bağlı çox yaxın tərəfdaşlıq olub. Rusiya Prezidentinin
Macarıstan və Viktor Orbanla bağlı fikirləri çox yüksəkdir. 
Belə ki, Rusiya lideri görüşlərində dəfələrlə Macarıstanı “dost və tərəfdaş ölkə” adlandırıb. Macarıstanın inkişafında Orbanın rolunu qiymətləndirən Putin macar siyasətçini “etibarlı tərəfdaş”, “praqmatik lider” kimi xarakterizə edib. Viktor Orban da çıxışlarında Vladimir Putinin şanına mədhiyyələr düzüb. Onu “güclü və realist lider” adlandırıb. Rusiyanın Macarıstanın çox vacib tərəfdaşı olduğunu bildirib. 
Orban Ukrayna müharibəsi ilə bağlı Rusiyanı açıq şəkildə dəstəkləməsə də, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara hər zaman qarşı çıxıb. Rusiya ilə balanslı siyasət aparmağın tərəfdarı olub .Viktor Orbanın dövründə Macarıstan sanskiyalara baxmayaraq, Rusiyadan qaz alışına davam edib. 
Viktor Orban Macarıstanı ilə bağlı Avropada fərqli fikirlər hökm sürüb. Bəzi liderlər Viktor Orbanı “Putinə yaxın lider”, Macarıstanı isə Rusiya məsələsinə görə, “problemli tərəfdaş” adlandırıblar. Bəzilər isə Viktor Orbanı ölkəsinin mənafeyini qorumaq istəyən lider kimi xarakterizə ediblər. 
Orbanı ən sərt tənqid edənlərdən biri, hətta birincisi Ukrayna Prezidenti Volodimir Zelenskidir. Ukrayna Prezidenti Orbanı bir neçə dəfə sərt şəkildə tənqid edərək onu tərəfini seçməyə çağırıb. Hətta Orbanı dolayı yolla “Putinin adamı” adlandırıb.(savashmedia.az)
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Aprel 2026 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri