Paşinyan Putindən təbrik umur
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçirilən parlament seçkilərində partiyasının qələbəsi münasibətilə Rusiya Prezidenti Vladimir Putindən təbrik gözlədiyini bildirib.
Modern.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.
“Yox, hələ təbrik etməyib. Ümid edək ki, təbrik edəcək”, – deyə Ermənistan hökumətinin başçısı bildirib.
Qeyd edək ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov seçkilərin yekun nəticələrini gözləməyin vacibliyini vurğulayıb.
“Bilirsiniz ki, orada çoxlu anlaşılmaz məqamlar olub. Baş vermiş pozuntularla bağlı çoxsaylı məlumatlar gördük. Buna görə də hansısa rəsmi yekun rəyləri gözləməyi üstün tuturuq”, – deyə Peskov jurnalistlərin Putinin Paşinyanı təbrik edib-etməyəcəyi ilə bağlı sualını cavablandırarkən bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 11 İyun 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















