Icma.az
close
up
RU
Kreml təfəkkür tərzini dəyişməsə, Cənubi Qafqazı deyil, Mərkəzi Asiyanı da itirəcək Şərh

Kreml təfəkkür tərzini dəyişməsə, Cənubi Qafqazı deyil, Mərkəzi Asiyanı da itirəcək Şərh

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci zirvə görüşü Azərbaycanın qlobal və regional nüfuzunu, onun əvəzolunmaz və etibarlı tərəfdaş statusunu bir qədər də möhkəmləndirdi. Müşahidələr Prezident İlham Əliyevin ölkəmizi sürətlə beynəlxalq proseslərin əsas aktorlarından birinə çevirdiyini göstərir. Belə ki, Çinin Tiencin şəhərində baş tutan görüşlər zamanı həm dünya liderlərinin, həm də iri şirkət rəhbərlərinin Bakı ilə təmaslarda hədsiz maraqlı görünməsi Azərbaycanın həqiqətən də geosiyasi proseslərin favoriti olduğunu sübuta yetirir. Lakin sammit günlərində siyasi riyakarlıq və ikili standartların üzə çıxması da diqqətdən qaçmadı. Hindistan tərəfindən Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzv seçilməsinə anlaşılmaz vetonun qoyulması məhz bu ikili standart və riyakarlığın nəticəsidir”.
 Bunu Ölkə.az-a açıqlamasında  Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.  

Deputat qeyd edəib ki, Prezident İlham Əliyevin Çin lideri sədri Si Cinpinin şəxsi dəvəti ilə bu ölkədə düzənlənən iki mühüm tədbirdə iştirak etməsi Azərbaycanın diplomatik uğurudur: “Əvvəla, hər iki dövlətin qoşulduğu regional nəqliyyat layihələri, prezidentin bu ilin aprelində Çinə dövlət səfəri çərçivəsində imzalanan “Hərtərəfli Tərəfdaşlıq Haqqında Bəyanat” uzun müddətə Azərbaycan-Çin əməkdaşlığının əsas istiqamətlərini müəyyən edir. İkincisi, ölkəmizin ŞƏT-ə tamhüquqlu üzv seçilmək təşəbbüsü məhz cənab Si Cinpinə məxsusdur. Odur ki, Hindistanın özünün anlaşılmaz “məntiqi” ilə Azərbaycanın ŞƏT-ə qəbuluna veto qoyması tək Bakıya deyil, həm də Pekinə hörmətsizlikdir. Doğrudur, Hindistan tərəfi verdiyi qərarın yanlış olduğunu qısa müddətdə anlayaraq məsələni texniki müstəviyə keçirməyə çalışır və bildirir ki, Azərbaycanın üzvlüyünə vaxt qıtlığı səbəbindən baxa bilməyiblər. Əslində isə, Nyu-Dehlinin məlum davranışı son illər Hindistanın Azərbaycana qarşı tutduğu siyasi mövqenin mahiyyəti ilə izah olunmalıdır. Hindistan rəsmi Bakının Pakistanla dostluq münasibətlərini açıq qısqanır və bunu əsas götürərək Ermənistana hərtərəfli dəstək verir. Həm silah yardımı ilə, həm beynəlxalq təşkilatlarda vahid mövqe ortaya qoymaq, həm də hay məmləkətini regional nəqliyyat marşrutlarının iştirakçısına çevirməyə çalışmaqla... Pakistanla Kəşmir məsələsi üzündən bir neçə ay bundan öncə münaqişəli vəziyyətə düşən hind tərəfinin aqressivliyinin kökündə Azərbaycanın sözügedən hadisələr zamanı məhz Pakistanın yanında yer alması faktoru durur”.    
O əlavə edib ki, Hindistanın mövqeyi ilə bağlı məsələ aydındır: “Ancaq bəzi KİV-lər Nyu-Dehlinin anti-Azərbaycan siyasətinin pərdə arxasından Rusiya diplomatiyası tərəfindən istiqamətləndirildiyini iddia edir. AZAL-a məxsus təyyarənin Qroznı səmasında rus hərbçiləri tərəfindən vurulmasından sonra Bakı-Moskva münasibətlərində yaranmış gərginlik görünür, bu kimi qeyri-dost hərəkətlərlə davam etdirilir. Hərçənd, Pekin platformasında - Tiananmen meydanında keçirilən hərbi paradın başlanmasından bir qədər öncə Rusiya prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı ilə salamlaşmasından sonra bir çoxları münasibətlərin tədricən yoluna düşməyə başlayacağı barədə versiyalar səsləndirdi. Bəli, uzun müddətdir ki, Bakı-Moskva əlaqələrində ciddi soyuqluq müşahidə olunur. AZAL təyyarəsinin vurulması, bunun ardınca rus təbliğat maşınının Azərbaycana qarşı dezinformasiya kampaniyasına başlaması, eləcə də, Yekaterinburqda azərbaycanlılara qarşı total hücumların təşkili faktiki, dövlətlərarası təmasları qırılma nöqtəsinə çatdırıb. Lakin bu da son deyil. Rus cəmiyyətində kobud şəkildə təzahür edən neofaşizm elementləri, digər millətlərin aşağılanması, ən çox hədəf götürülənlər sırasında özbək, qazax, qırğızlarla bərabər azərbaycanlıların da yer alması proseslərin neqativ məcrada inkişaf etdiyinin göstəricisidir. Bu baxımdan əksər mütəxəssislər Şanxay platformasında Azərbaycan və Rusiya liderlərinin yaranmış gərginliyə son qoymaq üçün praktik addımlar atacağını düşünürdülər. Bu ehtimalları Rusiya liderinin Pekində keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyevlə görüşə toxunması və Bakı-Moskva əlaqələrinin indiki vəziyyətinə dair açıqlama verməsi də artırırdı. Ancaq görünür, Kremlin Azərbaycanla bağlı siyasətində konstruktiv relsə keçməsi üçün bir müddət də gözləmək lazım gələcək. Doğrudur, Vladimir Putin dövlətlərarası münasibətlərdə belə halların olduğunu və onların qısa müddətdən sonra aradan qaldırıldığını deyir. O üzdən əgər Şimal dövləti cənab Putinin dediyi kimi, hər şeyi öz yerinə qoymaq istəyirsə, o zaman tələsməlidir. Əks halda, Kremldən gələn direktivləri azğıncasına həyata keçirən “hüquq-mühafizə orqanları” və Moskvanın “trollar şəbəkəsi” qarşılıqlı əlaqələrin bərpasına olan ümidləri tamamilə məhv edəcəklər. 
Problem ondadır ki, şimal dövləti yumşalmanı müəyyən şərtlər irəli sürməklə həyata keçirmək niyyətindədir. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın “Bakıda həbs olunan Rusiya vətəndaşlarının azad edilməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşması istiqamətində mühüm addım olacaq” açıqlaması belə düşünməyə əsas verir. Baş nazirin müavini Aleksey Overçuk da deyir ki, Azərbaycan saxlanılan 13 rus vətəndaşını azad etsə, bu, normallaşma istiqamətində atılan mühüm addım olacaq. Rusiya diplomatiya idarəsi onu da bildirir ki, AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində zərərçəkənlərə kompensasiya ödənilir. Ancaq bu bəyanat həqiqətləri təhrif etməkdir. 
Nazirlik onu da bəyan edir ki, rəsmi Moskvanın 13 Rusiya vətəndaşının həbs olunmasını münasibətlərin pisləşməsi səbəbi kimi təqdim etməsi yanlışdır. Əsas səbəb məhz AZAL təyyarəsinin vurulması, bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışdır. Eləcə də, etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburqda azərbaycanlıların döyülərək qətlə yetirilmələri münasibətlərdə əlavə gərginlik yaradır. Nəhayət, şimal dövlətinin Bakı-İrəvan sülh dialoquna qısqanc yanaşması da ikitərəfli münasibətlərə mənfi təsir edən amillər sırasındadır. Əgər bura Aleksey Overçukun “Moskva Azərbaycan və Ermənistan arasında Vaşinqtonda paraflanmış sülh razılaşmasına ehtiyatlı optimizlə baxır” açıqlamasını da əlavə etsək, Rusiyanın 8 avqust sənədindən tam məmnun qalmadığını söyləmək olar. Son günlər sıravi rusiyalıların müsəlman xalqlarının təmsilçilərinə qarşı açıq hücumları, onları “rusların qulu” adlandırmaları isə Şimal dövlətinin nəinki Cənubi Qafqaz, eləcə də Mərkəzi Asiya xalqlarına münasibətdə tərəfdaşlıq meyarlarına uyğun davranış seçmədiyini sübuta yetirir”.
 Deputat hesab edir ki, Rusiya Azərbaycanla normala qonşuluq münasibətləri qurmaq istəyirsə, o zaman “velikorus şovizimi”indən uzaqlaşması lazımdır.
“Beləliklə, Rusiya-Azərbaycan münasibətlərində konstruktivlik yalnız Kremlin ölkəmiz əleyhinə atdığı ədalətsiz addımları dayandırması, eləcə də, duma deputatları, media təmsilçiləri səviyyəsində anti-Azərbaycan propoqandasını dayandırması şərti altında yarana bilər. Hələ ki, bu istiqamətdə praktik səylər görünmür. Əksinə, rus mediası rəsmi Bakının 13 rus vətəndaşının buraxılmasında maraqlı olduğunu tirajlamaqla yenə də “velikorus şovinizmi” tezislərindən çıxış edir. Başqa sözlə desək, Moskva keçmiş sovetlər birliyi üzrə müttəfiqləri qarşısında hər hansı reveransa getmir və istənilən qərarı qarşı tərəfin güzəşti kimi yozmağa çalışır. Məhz bu təfəkkür tərzi dəyişilməlidir. Rusiya tərəfi təfəkkür tərzini dəyişməsə, tək Azərbaycanda deyil, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, hətta Çində də nüfuzunu birdəfəlik itirə bilər”.
Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see196

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see141

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see128

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see128

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see122

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri