Kreml Trampın Moskvaya qarşı mümkün sanksiyalarla bağlı açıqlamalarını şərh edib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kreml Trampın Ukrayna ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə Moskvaya qarşı mümkün sanksiyalarla bağlı açıqlamalarını şərh edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov burada heç bir yeni element görmədiklərini söyləyib.
"Tramp ilk prezidentliyi dövründə tez-tez sanksiyalara əl atan Amerika prezidenti olub. Bu metodlar onun xoşuna gəlir. Ən azından birinci prezidentliyi dövründə onlardan xoşu gəlirdi. Beləliklə, biz bütün ritorikanı, bütün bəyanatları çox diqqətlə izləyirik. Bütün nüansları diqqətlə qeyd edirik. Biz dialoqa hazırıq. Prezident Putin bu barədə dəfələrlə danışıb. Bərabərhüquqlu dialoqa, qarşılıqlı hörmətə əsaslanan dialoqa hazırır. Bu dialoq iki prezident arasında, Trampın birinci prezidentliyi dövründə olub. Siqnalları gözləyirik, hansı ki, hələ daxil olmayıb", deyə Kremlin sözçüsü vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 23 Yanvar 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















