Icma.az
close
up
RU
Kreml ya kompromisə getməyə məcbur qalacaq, ya da ölkə daxilində idarəçilik böhranı qaçılmaz olacaq

Kreml ya kompromisə getməyə məcbur qalacaq, ya da ölkə daxilində idarəçilik böhranı qaçılmaz olacaq

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Artıq üç ildən çoxdur ki, Rusiya Federasiyası Ukraynada genişmiqyaslı müharibə aparır. Dünyanın aparıcı dövlətlərinin tətbiq etdiyi sanksiyalar, iqtisadi təzyiqlər, hərbi xərclərin sürətlə artması Moskvanın iqtisadi-sosial sistemini sarsıtmaqdadır. Lakin bütün bunlara rəğmən Kreml geri çəkilmək niyyətində deyil. Sülh istiqamətində aparılan danışıqlardan da real nəticə əldə olunmur. Bu vəziyyətin fonunda təbii sual yaranır: müharibə uzandıqca Rusiyanın sonunu necə təsəvvür etmək olar?

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Vladimir Putinin özünü güclü və müqavimət göstərən lider kimi aparmasının bir neçə səbəbi var: “Avtoritar siyasi model; Rusiya daxilində siyasi rəqabət faktiki olaraq mövcud deyil. Müxalifət zəiflədilib, media tam nəzarət altına alınıb. Bu da Putinə daxildə istədiyi gündəliyi diktə etməyə imkan verir.

Təbii sərvətlərdən əldə olunan gəlir; neft və qaz satışından əldə olunan gəlirlər sanksiyalara baxmayaraq, Rusiyaya müəyyən qədər maliyyə dayanıqlığı qazandırır. Kreml bu resurslardan həm büdcəni doldurmaq, həm də hərbi əməliyyatları maliyyələşdirmək üçün istifadə edir.

Qərbə qarşı ideoloji ritorika; Putin Qərbi “Rusiya üçün tarixi düşmən” kimi təqdim edərək cəmiyyəti səfərbər edir. Dövlət təbliğatı xalqı “müharibəni vətənin xilası” kimi qəbul etməyə yönəldir.

Çin və digər tərəfdaşlar; Çin, İran, Şimali Koreya kimi ölkələrin dəstəyindən istifadə etməsi Moskvanın özünü beynəlxalq təcriddən qismən qorunmuş kimi göstərir.

Müharibə uzandıqca Rusiyanın qarşılaşdığı fəsadlar daha da dərinləşir.

İqtisadi tənəzzül; sanksiyalar nəticəsində texnologiya idxalı, beynəlxalq maliyyə bazarlarına çıxış, investisiya axını ciddi şəkildə məhdudlaşıb. Rusiya iqtisadiyyatı “qapalı sistem”ə çevrilməkdədir.

İnsan itkisi; yüz minlərlə rus əsgəri həlak olub və ya yaralanıb. Əsgər çatışmazlığı mobilizasiya dalğalarını qaçılmaz edir. Bu da cəmiyyətdə narazılığın artmasına səbəb ola bilər.

Beynəlxalq təcrid; Moskva getdikcə daha çox izolyasiya olunur. Avropa ilə münasibətlər demək olar ki, kəsilib, NATO isə Rusiyanın hərbi gücünü balanslaşdırmaq üçün birləşib.

Regional sabitliyin zəifləməsi; Rusiya daxilində milli respublikaların mərkəzdən narazılığı artır. Müharibənin uzanması Moskvanın mərkəzi hakimiyyətinə ciddi təzyiq yarada bilər”.

Nicat İsmayılov

Politoloqun fikrincə, əgər müharibə yaxın illərdə bitməsə, Rusiyanın qarşısında bir neçə ssenari görünür: “Daxili siyasi böhran, uzanan müharibə, iqtisadi çətinliklər və insan tələfatı nəticəsində hakimiyyət daxilində parçalanma baş verə bilər. Bu, Kreml üçün ən ciddi təhlükədir. İqtisadi çökmə və geriləmə, ixrac bazarlarının daralması və texnoloji blokada Rusiyanı uzunmüddətli iqtisadi geriləməyə sürükləyə bilər. Geosiyasi zəifləmə, Rusiya öz nüfuz dairəsini itirir, postsovet məkanında da mövqeləri zəifləyir. Orta Asiya, Qafqaz və Şərqi Avropada Moskvanın təsiri azalır. Ən kəskin ssenari – parçalanma riski. Əgər müharibə çox uzanarsa və daxildə siyasi böhran dərinləşərsə, Rusiyanın bəzi regionlarında separatizm meylləri güclənə bilər”.

Nicat İsmayılov vurğulayıb ki, nəticə etibarilə, Putini güclü saxlayan əsas faktor, avtoritar idarəçilik sistemi, enerji resursları və dövlət təbliğatıdır, amma bunlar da uzunmüddətli perspektivdə dayanıqlı deyil: “Müharibə nə qədər uzansa, Rusiya bir o qədər iqtisadi, siyasi və sosial cəhətdən zəifləyəcək. Nəticədə, rəsmi Moskva ya kompromisə getməyə məcbur qalacaq, ya da ölkə daxilində idarəçilik böhranı qaçılmaz olacaq”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Oktyabr 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri