Kremlin adamı Bakının sülh tələbinə qarşı çıxacaqlarını elan etdi
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Ermənistan parlamentindəki revanşistlər Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyanın dəyişdirilməsinə qarşı çıxacaqlarını bəyan ediblər.
Turkustan.az xəbər verir ki, “Güclü Ermənistan” partiyasının deputatı, rusiyalı milyarder Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan yeni konstitusiya layihəsini dəstəkləməyəcəklərini bəyan edib: “Referendumun keçirilməsi üçün “Güclü Ermənistan” fraksiyasının razılığı tələb olunur. Biz buna qarşıyıq”.
Karapetyan iddia edib ki, konstitusiyanın dəyişdirilməsi Bakının tələbidir.
“Azərbaycanın tələbini qəbul etmirik. Biz sülh müqaviləsinə doğru irəliləyirik. Bu lazımdır, amma gələcək təhdidlərə görə bir sıra qapını bağlamalıyıq. Əmin olun ki, bütün siyasi addımlarımız sülhə yönələcək, lakin etnik dəyişikliyə imkan verməyəcəyik. Onlar Qərbi Azərbaycandan, qayıdışdan danışırlar. Buna imkan verməyəcəyik. Sülh elə olacaq ki, heç kim bizim daxili işlərimizə qarışa bilməyəcək”, - Karapetyan iddia edib.
Qeyd edək ki, Ermənistanın mövcud konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh müqaviləsinin imzalanması üçün İrəvandan konstitusiyaya dəyişiklik edilməsini tələb edib./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 04 Avqust 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















