Icma.az
close
up
RU
KREMLİN CILIZ “QAFQAZ MESAJI” İtirdiyi mövqeləri geri qaytarmaq istəyən Moskva heyfini kimlərdən çıxır?

KREMLİN CILIZ “QAFQAZ MESAJI” İtirdiyi mövqeləri geri qaytarmaq istəyən Moskva heyfini kimlərdən çıxır?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların FSB-nin yerli əməkdaşları tərəfindən vəhşicəsinə döyülməsi, iki nəfərin isə qətlə yetirilməsi Rusiyanın imperiya xislətindən qaynaqlanır.

Rusiya sivil dövlət deyil və orada baş verən iyrəncliklər bu ölkənin siyasi simasının, ən əsası isə dövlət ağlının təzahürüdür. Əlbəttə, FSB təqsirləndirilənləri tam normal qaydada həbs edə bilərdi. Lakin burada məkrli siyasi məqsəd güdüldüyündən qəddarlığın qəsdən geniş rezonans doğurması istənilib.

Aydındır ki, Yekaterinburq şəhərinin hüquq-mühafizə və təhlükəsizlik orqanları özbaşına hərəkət etməyiblər, ən yuxarı instansiyadan birbaşa göstəriş alıblar. Sözsüz ki, baş verənlərin arxa planda dayanan konkret motivləri var.

Bu olayla bağlı başlıca səbəb, Azərbaycan və Türkiyənin regionda əlahiddə gücə yiyələnməsindən irəli gəlir. Qafqazdan sıxışdırıldığını hiss edən Kreml öz tarixi məğlubiyyəti ilə barışmaq istəmir. Hazırda Qafqaz mühüm geostrateji və tarixi dəyişikliklər ərəfəsindədir və hadisələrin inkişaf dinamikası göstərir ki, Rusiya yaxın gələcəkdə regiona təsirini tam itirəcək. Beləliklə, 200 illik təcavüz tarixi sona çatacaq.

Bildiyimiz kimi, məhz Ankaranın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında sülhə nail olunması və Zəngəzur dəhlizinin açılması üçün ciddi işlər görülür. Digər tərəfdən, Qərbin aparıcı gücləri də bu məsələdə müsbət addımlar atmaq niyyətlərini bəyan ediblər. Ermənistanda Rusiyanın ictimai və kəşfiyyat dayaqlarına ard-ardına sarsıdıcı zərbələr vurulur. Beynəlxalq ekspertlərin qənaətinə görə, coğrafi baxımdan Türkiyə və Azərbaycan arasında ilişib qalmış Ermənistanın iri miqyaslı geostrateji yenilənmə prosesindən doğan reallığı qəbul edərək “magistral yoldan çəkilməkdən” başqa çarəsi yoxdur, əks təqdirdə yolun ortasında əziləcək. Ermənistan Baş naziri Nikol Paşinyan bu yaxınlardakı çıxışı zamanı öz əhalisinə emosional şəkildə məhz bunu izah etməyə çalışırdı.

Bütün olanları diqqətlə izləyən Moskva prosesin qarşısını almaq və itirilən mövqelərini geri qaytarmaq üçün isterik şəkildə vurnuxur. Kreml Qafqazda hər hansı ciddi dəyişikliyə imkan verilməyəcəyi mesajını ənənəvi cılız və murdar üsullarıyla bizə çatdırmaq istəyir. Amma Rusiyada primitiv metodlarla heç bir nailiyyət əldə edilməyəcəyini dərk etmirlər. Rusiya rəhbərlərinin zəka potensialı kasad olduğundan onlar tarixi prosesin mahiyyətini anlamırlar. Zəngin təbii sərvətlərə və eləcə də SSRİ-dən miras qalmış müəyyən elmi-texniki və intellektual potensiala malik olan Rusiya 1991-ci ildən zorakılıqdan əl çəkib qonşu ölkələr üçün cazibə mərkəzinə çevrilə bilərdi. Amma bunun üçün dərin siyasi və iqtisadi islahatlar həyata keçirilməli, ictimai mühitin sağlamlaşdırılması yolunda ciddi əmək sərf edilməliydi. Bunların əvəzinə biz, 18-19-cu əsrin təfəkkürü ilə yaşayan liderlərin hökmü altında əzilən köhnə və nimdaş qafalı Rusiyanı gördük.

Sözsüz ki, Rusiyanın gələcəklə bağlı xüsusi bir konsepsiyası var və onun müəllifi Vladimir Putindir. Putinin siyasi fəlsəfəsinə görə, Rusiyanın imperiya olmaqdan başqa yolu yoxdur və bu, onun taleyidir. Deməli, Putinin başlıca məqsədi Rusiya imperiyasını köhnə sərhədləri çərçivəsində bərpa etməkdir. Onun hələ 2014-cü ildə Krımı ilhaq etməsi və Donbasa hücumu göstərdi ki, Kreml tədricən bu ideyanı reallaşdırmaq niyyətindədir. İndi haqlı olaraq belə bir sual meydana gəlir ki, bəs Kremldə bu strateji planın gerçəkləşdirilməsinin nə qədər müşkül və eyni zamanda Rusiyanın özü üçün necə böyük fəsadlara yol açacağını, nəhayət, ölkənin zəifləyib parçalanmasına gətirib çıxaracağını başa düşmürlər? Rusiya doğrudanmı inanır ki, öz gücünü zorlamaqla və bütün ətrafı ilə düşmənçilik siyasəti yürütməklə bu ideyanı reallaşdırmağı bacaracaq? Bəli! Bu gün Rusiyada məhz belə düşünürlər.

Vladimir Putinin “Rus əsgərinin ayağı hara dəyirsə, ora Rusiya torpağıdır”, ”Rusiyanın sərhədləri heç yerdə bitmir” kimi ifadələr işlətməsi Rusiyanın qonşu dövlətlərə soxulmaq istəyindən xəbər verir. Putinin bu cür düşünməsinin səbəblərindən biri də Rusiyanın öz tarixi boyunca bir neçə dəfə məhvolmadan qurtulması ilə bağlıdır. Həqiqətən də Rusiya imperiyası öz tarixi ərzində bir neçə dəfə xəritədən silinmək təhlükəsi ilə üzləşib. Lakin qlobal siyasi hadisələrin istiqaməti elə yöndə gedib ki, Rusiya möcüzəvi şəkildə qurtula bilib. Putin 2018-ci ildə Vladimir Solovyova verdiyi müsahibəsində deyib: ”Rusiyanın keçmiş hərbi-siyasi xadimlərindən biri, 18-ci əsrin marşalı söyləyib ki, Rusiyanın başqa ölkələr qarşısında üstünlüyü var, çünki o, birbaşa Allah tərəfindən idarə olunur, başqa cür onun mövcud olması başa düşülən deyil”.

Rusiya imperiyası modern dövrün heç bir imperiyasına bənzəmir və o, yalnız öz perimetri boyunca genişlənməklə ərsəyə gəlib, ona görə də Putin imperiyanı yenidən canlandırmaq üçün Ukraynaya girib.

Rusiya indi tarixi eniş dövrünü yaşayır və onun bundan qurtulması ehtimalı çox azdır. Çünki çöküşün labüdlüyünü gətirə biləcək bütün mənfi parametrlərin demək olar ki, hamısı eyni anda işə düşüb. Ancaq Rusiya dinc oturmaycaq, tənəzzüllə barışmayacaq, çabalayacaq və “yaxın xaric” adlandırdığı ölkələrə qarşı müxtəlif təzyiq üsullarından istifadə etməyə başlayacaq. Ümumi yekunda isə heç nə alınmayacaq. Çünki Rusiya artıq zamanla ayaqlaşa bilmir, onun arxasında texnoloji inkişaf səviyyəsi və çoxşaxəli iqtisadiyyat dayanmır. Rusiya hakimiyyəti təbii resurslara, iri gövdəli “paslanmış” hərb maşınına və nüvə silahına arxayındır. İş ondadır ki, Kremldə bunların köməyi ilə inkişaf etməyin və hətta imperiyanı yaşatmağın mümkünsüzlüyünü dərk edən ağıllı heç kim yoxdur. Əgər idarəçilikdə ağıl yoxdursa, deməli, bu ölkənin parçalanması və faciəvi sonluğu qaçılmazdır.

Vaqif Nəsibov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyul 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see275

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see211

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see194

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see184

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see151

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see147

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see142

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri