Icma.az
close
up
RU
Kremlin gözlədiyi xəbər: Putin cəhd edir, Tramp ehtiyatlı davranır

Kremlin gözlədiyi xəbər: Putin cəhd edir, Tramp ehtiyatlı davranır

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş məsələsinin hələlik gündəmdə olmadığını bildirib. Lakin ümumi planda liderlərin ikitərəfli müzakirəsinin təşkilinin nəzərdə tutulduğu deyilir.

Maraqlı olan isə Putin-Tramp görüşünün məkanı ilə bağlıdır. Burada bir neçə ölkənin adı çəkilir, lakin ən uğurlu variant kimi Türkiyə önə çıxır.

İki lider İstanbulda bir araya gələ bilərmi? Ağ Ev və Kreml rəhbərinin görüşü mövcud proseslərə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Vladimir Putin uzun müddətdir Donald Tramp ilə görüşməyə çalışır:

“Doğrudur, hələlik Kreml rəsmi dəvət göndərməyib, lakin Rusiya hakimiyyətinə yaxın media orqanlarında bu məsələ tez-tez gündəmə gətirilir. Putin üçün bu görüş, əsasən, Qərbin tətbiq etdiyi sanksiyaların yumşaldılması və ABŞ ilə ikitərəfli münasibətlərin bərpası baxımından əhəmiyyətlidir. Moskva iqtisadi vəziyyəti yaxşılaşdırmaq və beynəlxalq aləmdə izoliyasiyadan çıxmaq üçün bu tip diplomatik gedişlərə ehtiyac duyur”.


Zeynal Əmrəliyev

Politoloqun sözlərinə görə, Donald Tramp isə görüş məsələsində Ukrayna münaqişəsinin həllini ön plana çıxarır:

“Tramp Ukrayna ilə bağlı konkret nəticə əldə olunmadan Rusiya ilə dərin əməkdaşlığa getməyin tərəfdarı deyil. Bu səbəbdən də Putinə ehtiyatla yanaşır. Hazırda İstanbulda sözügedən görüşlə bağlı danışıqlar davam edir. Rusiya tərəfi bu müzakirələrdə öz maraqlarını irəli sürməyə çalışır. Əgər müəyyən razılaşmalar əldə olunarsa, iki liderin bir araya gəlməsi planı reallaşa bilər.

Tramp–Putin görüşü ABŞ–Rusiya münasibətlərinin normallaşmasına və Ukrayna ətrafında sülh prosesinin sürətlənməsinə təkan verəcək”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 May 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1415

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see703

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see552

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see541

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see464

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see455

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see442

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see442

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see406

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see373

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see345

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see305

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see298

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see292

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see286

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see276

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see275

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see251

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see248

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see248
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri