Icma.az
close
up
RU
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə

Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Avropaya Ukraynanın gələcəkdə mümkün bölünməsinin müzakirəsini təklif edir

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru, eyni zamanda, Rusiya Tarix Cəmiyyətinin sədri olan Sergey Narışkin Polşa, Macarıstan və Slovakiya nümayəndələri ilə Ukraynanın gələcəkdə mümkün bölünməsinin müzakirəsini təklif edib. Amma təbii ki, belə “dialoqlar”da Baş nazirlər - Viktor Orban və ya Robert Fiko kimi rəsmi nümayəndələr iştirak etməyəcəklər. Axı bunun onlar üçün ciddi siyasi nəticələri ola bilər. Xüsusilə, Avropa ölkələrindən təkcə tənqid deyil, həm də Kremllə əməkdaşlıq və mümkün maliyyə məhdudiyyətləri ilə bağlı açıq ittihamlar səslənir.

Əslində Rusiyanın Ukraynaya qarşı müharibəsinin hibrid mərhələsinin başlanğıcından, 2014-cü ildən etibarən Rusiya Krımda bu model, bu ssenari üzərində işləyir. Ruslar öz “hüquqlarını” əsaslandırmaq üçün konkret olaraq Avropa ölkələrinin, Qərbdə olan müxtəlif qeyri-hökumət təşkilatlarının, qondarma tarixçilərin və s. nümayəndələrini cəlb etməklə hansısa “dəyirmi masalar”, “konfranslar” təşkil etməyə çalışırdılar, ərazinin qanunsuz ilhaqının “qanuni” olduğunu sübut etmək istəyirdilər.

Nəzərinizə çatdırım ki, o vaxt hələ sağ olan rusiyalı siyasətçi Vladimir Jirinovski, eləcə də Kremlin “səsi” kimi çıxış edən Rusiya hakimiyyətinin digər nümayəndələri “Ukraynanın parçalanmasına” və “tarixi torpaqların” nəinki Rusiyaya qaytarılmasına çağırış edirdilər, həm də Polşa, Macarıstan və Zakarpatiya - Rumıniya ilə bağlı iddialar vardı... Və bu modelin heç işə yaramadığını söyləmək olmaz – Rusiyanın müxtəlif "müzakirələrə" dəvəti marjinal siyasi hərəkatların və partiyaların nümayəndələri tərəfindən məmnuniyyətlə qəbul edilirdi.

Məsələn, 2014-cü ildə işğaldan sonra Krıma “Almaniya üçün Alternativ” təşkilatının nümayəndələri, adları “tarix” sözünün daxil olduğu bəzi ictimai təşkilatlar, bəzi kiçik icmaların nümayəndələri, Aİ ölkələrindən yerli şura üzvləri və s. bu “müzakirələrə” qatıldılar. Yəni prinsipcə, bütün bunlar artıq baş verib.

Eyni Macarıstanda və ya Polşada əhalinin bir hissəsi (adətən yaşlı nəslin nümayəndələri) ruslar kimi imperiya keçmişini xəyal edir, “öz” imperiyalarının qaytarılmasını, genişlənməsini, bərpasını istəyir. Və bu, Orban kimi bəzi Avropa siyasətçilərinə seçki kampaniyaları zamanı bundan istifadəyə imkan verir. Yeri gəlmişkən, məhz buna görə o, milli azlıqların hüquqları, dil siyasəti və s. ilə bağlı Ukraynanın daxili siyasətinə fəal şəkildə müdaxilə edir. Axı bəzi seçicilərdən buna tələb var.

Eyni zamanda, Avropa ölkələrindəki rus agentləri Rusiya Federasiyasına lazım olan rəvayətləri fəal şəkildə dəstəkləyir, yayır və lazımi informasiya mənzərəsini yaradırlar. Kreml uzun müddətdir ki, Avropa cəmiyyətində nifaq salmağa çalışır ki, tərəzini öz xeyrinə çevirsin və ya heç olmasa Avropa ictimai rəyini “hər şey o qədər də aydın deyil” kimi dəyişdirsin.

Bəs Rusiya üçün bir daha “tarixi torpaqlar” və bu torpaqların “ədalətli bölgüsü” haqqında danışmaq nə üçün vacibdir? Rezonans səbəbiylə. Çünki bu, bu hekayənin o cümlədən Avropa mediasında yayılmasına imkan verəcək. Deyirlər, görürsünüz, bu mövzunun müzakirəsində müxtəlif ölkələrin “rəsmi” nümayəndələri, alimləri, ekspertləri iştirak edir və müvafiq olaraq, Rusiyanın bu ərazilərdə həqiqətən müəyyən “hüquqlarının” olması ilə razılaşırlar. Yəni Rusiya Qərb cəmiyyətlərində atdığı addımlar üçün əsasların olması fikrini kökləmək üçün bəzi “nəticələr” və psevdoekspertlərin və psevdoanalitiklərin açıqlamalarını təkrarlayacaq. Baxmayaraq ki, bu, həm beynəlxalq hüquqa, həm də tarixi faktlara tamamilə ziddir.

Müəllif: Maksim Yali -  Ukrayna Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzinin analitiki.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://ayna.az
archiveBu xəbər 03 Fevral 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri