Icma.az
close
up
RU
Статья не опубликована
Kremlin “körpüləri yandırmaq” siyasəti

Kremlin “körpüləri yandırmaq” siyasəti

Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AZAL təyyarəsinin vurulma faktının təsdiq edildiyi ilkin hesabatın açıqlanmasından sonra Rusiya üçüncü həmləsini – Azərbaycana təzyiqi davam etdirir. İlk iki həmləsi – vurulma faktının gizlədilməsi və məsuliyyətin bölüşdürülməsi – baş tutmadı, hesabatın açıqlanmasından sonra artıq nəyisə gizlətmək də mümkün deyil. Rusiyalı rəsmilərin dediklərindən aydın olur ki, Moskva “istintaqın tam yekunlaşmasını” gözləmək istəyir. Lakin bu gözləmənin zaman qazanmaq məqsədi daşıdığı bəllidir.

Bəlli olmayan və müəmmalı görünən məsələ Rusiyanın Azərbaycandan nə istədiyidir?

Rusiya Azərbaycandan təyyarə məsələsində hansısa güzəşt etməsini istəyir və təzyiq-təhdidlə Bakının razı salmaq xəttini izləyir. İlk baxışdan görünən budur. Halbuki, Putinin üzr istəməsi tabunun yıxılması oldu və məntiqlə məsuliyyətin qəbul edilməsi, kompensasiyanın ödənilməsi Rusiya üçün Azərbaycanla münasibətlərin sınaq nöqtəsi olmamalıdır. Lakin Kremlin “körpüləri yandırmaq” siyasəti qarşıdurma motivinin görünəndən daha dərin olduğu, təkcə təyyarənin vurulması ilə yekunlaşmadığı versiyasını ön plana çıxarır.

Hazırda baş verənlər – Moskvanın təzyiq cəhdləri, Rusiyadakı azərbaycanlıların sıxışdırılması və s. 2013-cü ildə baş verən Orxan Zeylanov işini xatırladır. 2013-cü ilin prezident seçkiləri zamanı “Milyarderlər ittifaqı” ilə Əliyevə təzyiq etməyə çalışan Rusiya 9 oktyabrdan dərhal sonra miqrant kimi işləyən Zeynalovu qətl iddiası ilə həbs etdi - bu iddiada şübhəli məqamlar kifayət qədər idi, ardınca azərbaycanlılara qarşı kütləvi təzyiqlər başlandı. Zeylanov işi və onun ətrafında yaradılan səs-küy Bakı-Moskva xəttindəki pərdəarxası qarşıdurmada Kremlin istifadə etdiyi karta bənzəyirdi.

Rusiyanın yenidən klassik miqrant kartını işə salması və Azərbaycana qarşı analoji hücumları diqqəti qarşıdurma motivinin təkcə vurulan təyyarə ilə məhdudlaşmadığına, pərdəarxasında başqa nüansların da olduğu ehtimalına yönəldir. Mümkündür ki, burada Trampın gəlişindən sonra Rusiyanın postsovet məkanında nəzarəti gücləndirmək və “kəskin seçim” istəyi də rol oynayır.

Bu qarşıdurmada Rusiya nə qədər irəli gedə bilər?

2013-cü ildən fərqli olaraq, Azərbaycanın əli indi daha güclüdür:

- Qarabağ məsələsi həll edilib və Rusiya istəsə belə praktiki olaraq bu kartdan istifadə edə bilməz;
- Tramp Administrasiyasının sələfindən fərqli olaraq, Azərbaycanla əməkdaşlığa üstünlük verəcəyi gözləntiləri çoxdur: bu, Bakının Moskva qarşısında mövqeyini – alternativini gücləndirir;
- Qlobal təcriddə olan Rusiya üçün Azərbaycandan keçən nəqliyyat dəhlizləri həyati əhəmiyyət kəsb edir;
- 2020-ci ildən sonra Türkiyə Cənubi Qafqazda daha güclüdür;

Moskvanın təzyiq rıçaqları əvvəlki dövrlə müqayisədə məhduddur, ən təsirli kart kimi miqrant məsələsi görünür ki, bunun özü hər şeydən öncə Rusiyanın daxili bazarına zərər vura bilər. Bu baxımdan, Rusiyanın sonda Azərbaycanla razılaşmaq reallığını qəbul edəcəyi ehtimalı daha çoxdur. Putin Əliyevə zəng etməli olacaq.

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 10 Fevral 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see166

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see132

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri