Icma.az
close
up
RU
Kremlin qaz xəttini bombalamasına Kiyevdən sərt reaksiya: Azərbaycan, ABŞ və Avropa...

Kremlin qaz xəttini bombalamasına Kiyevdən sərt reaksiya: Azərbaycan, ABŞ və Avropa...

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukraynanın energetika naziri Svetlana Qrinçuk Rusiyanın Odessadakı qaz kompressor stansiyasına endirdiyi son raket zərbəsinin təkcə enerji infrastrukturunu deyil, eyni zamanda Azərbaycan, ABŞ və Avropa İttifaqı ilə münasibətləri hədəfə aldığını bəyan edib.

Gununsesi.info-nun xəbərinə görə, Ukrayna Energetika Nazirliyi bildirib ki, vurulan kompressor stansiyası vasitəsilə artıq Amerika mənşəli mayeləşdirilmiş təbii qaz (LNG) və Azərbaycanın test məqsədli qaz tədarükü həyata keçirilirdi. Rəsmi Kiyev bu hücumu məqsədli və siyasi mesaj xarakterli sayır.

Ukrayna rəsmiləri bəyan edirlər ki, Moskva bu zərbə ilə təkcə enerji təhlükəsizliyinə deyil, həm də Kiyevin Azərbaycan və Qərb ölkələri ilə qurduğu əməkdaşlıq əlaqələrinə zərbə endirmək istəyir.

Rus mediası isə açıq şəkildə yazır ki, bu hücum Bakıya ünvanlanmış “xəbərdarlıqdır” – Azərbaycanın Ukraynaya qaz verərək Rusiyanın əleyhinə getməsinə cavab kimi qiymətləndirilir.

Gununsesi.info bildirir ki, Rusiya öz qonşuları və keçmiş müttəfiqləri ilə münasibətlərini sülh və əməkdaşlıq əsasında deyil, güc, qorxu və intiqam mexanizmi ilə tənzimləyir. Onun davranış modeli regionda nifrəti, təcridi və qarşıdurmanı daha da dərinləşdirir. Bizə görə, Rusiya bu kimi addımlarla təkcə Avropanı deyil, Qafqazdakı enerji və geosiyasi balansı da pozmağa çalışır.

Bu hadisə Azərbaycanın beynəlxalq enerji bazarındakı nüfuzunun artdığı və Avropaya alternativ enerji mənbəyi kimi önə çıxdığı bir dövrdə baş verir. Rusiya isə bu artan rolu təhdid kimi görərək, hərbi-siyasi vasitələrlə təzyiq siyasətini genişləndirir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Avqust 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see160

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see120

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri