Icma.az
close
up
RU
“Kremlin şərtləri və “biznesmenlər diplomatiyası“ “The Wall Street Journal“

“Kremlin şərtləri və “biznesmenlər diplomatiyası“ “The Wall Street Journal“

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Putin Tramp administrasiyası ilə diplomatiyanı biznes kanalı üzərindən qurur..."

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya ilk səfərindən öncə Kreml onun Vladimir Putinlə görüşü üçün sərt şərt irəli sürüb.

Moderator.az xəbər verir ki, bu barədə The Wall Street Journal" nəşri yazıb.

Qəzetin məlumatına görə, Uitkoff Moskvaya nə MKİ əməkdaşları, nə diplomatlar, nə təhlükəsizlik müşayiəti, hətta tərcüməçi olmadan tamamilə tək gəlməli idi. Putinlə görüşə maraq göstərildiyi, bu istəyin Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev vasitəsilə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman üzərindən ABŞ tərəfinə çatdırıldığı bildirilir.

Putinin psixoloji yanaşması

Nəşr yazır ki, Putin Trampın ətrafındakı əsas fiqurların psixoloji profillərini öyrənib. Xüsusilə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kremlin diqqət mərkəzində olub.

Rusiya xüsusi xidmət orqanlarının hesabatlarında Kelloqun qızının Ukraynada xeyriyyə fəaliyyəti ilə məşğul olması "narahatedici siqnal" kimi qiymətləndirilib və onun Rusiyaya qarşı sərt mövqe tuta biləcəyi vurğulanıb. Nəticədə Kelloq vəzifədən uzaqlaşır, Uitkoff isə Kirill Dmitriyevlə birlikdə "Avropa üçün yeni iqtisadi və siyasi nizam" üzərində işləyən əsas fiqura çevrilir.

Diplomatiyanın zəifləməsi və şəxsi kanallar

Nəşr qeyd edir ki, ABŞ-Rusiya arasında klassik diplomatik mexanizmlər faktiki olaraq işləmir. İyundan bəri ABŞ-ın Moskvada səfiri yoxdur, Dövlət Departamentində Avropa və Avrasiya üzrə əsas vəzifələr boş qalıb. Uitkoff isə MKİ-nin Rusiya ilə bağlı brifinq keçmək təkliflərini rədd edib.

Bu fonda Uitkoff dekabrda Rusiyaya artıq altıncı dəfə səfər edib və Putinlə beş saat davam edən görüş keçirib. Bu müddət ərzində onun Ukraynaya səfər etməməsi diqqət çəkir. Nəşr bunu Putinin klassik diplomatiyanı kənara qoyaraq, ABŞ-la birbaşa biznes kanalı qurmaq cəhdi kimi qiymətləndirir.

Sülh danışıqları fonunda müharibə ritorikası

Bu arada "Reuters" agentliyinin məlumatına görə, Trampın danışıqlar qrupunda yer alan Cared Kuşner və Stiven Uitkoff 20 maddəlik sülh planını müzakirə edirlər. Lakin əsas maneə yenə də ərazi məsələsi olaraq qalır.

Dekabrın 19-da Putin Rusiya qoşunlarının cəbhə boyu irəlilədiyini bildirib və müharibəni davam etdirmək niyyətini gizlətməyib.

Hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir.

Nəticədə ziddiyyətli mənzərə formalaşır: bir tərəfdən sülh planları və qeyri-rəsmi danışıqlar, digər tərəfdən isə açıq hərbi ritorika. Nəşrin qənaətinə görə, əsas sual açıq qalır: Putin sülh axtarır, yoxsa Trampın biznes yanaşmasından istifadə edərək uzunmüddətli siyasi oyun qurur?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Dekabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see261

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see251

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see227

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see174

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see163

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see154

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see154

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see151

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see150

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see144

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see143

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see143

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see142

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see138

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see137

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see136

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see135

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see134

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri