Icma.az
close
up
RU
Krım və Zəngəzura eyni prizmadan yanaşılma

Krım və Zəngəzura eyni prizmadan yanaşılma

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Gözlənildiyi kimi, Ukrayna Xarici işlər Nazirçiyi rəsmi bəyanatı ilə ABŞ prezidenti Donald Trampın Rusiya - Ukrayna arasında sülh təklifini qəti rədd etdi. Trampın sülh təklifinim əsas mahiyyəti Rusiyanın Ukraynadan 2014-cü ildə ilhaq etdiyi Krımın Rusiya ərazisi kimi tanınması, digər işğal olunmuş ərazilərin "status quo" formasında saxlanılması, yəni müharibənin dondurulmasından ibarətdir.
Məlum idiki, əsaslı səbəblərə görə Rusiya da, Ukrayna da Trampın sülh təklifini qəbul etməyəcək. Donald Trampın tərəflər arasında tələsik sülhə, atəşkəsə nail olmaq istəyi həm də Ukrayna və Rusiyanın bir başa danışıqlarından ehtiyat etməsidir hansı ki, bir neçə gün əvvəl həm Putin və həm də Zelenski bir başa danışıqların mümkünlüyünü bildirib. Vasitəçilərin kim, danışıqların necə aparılmasından asılı olmayaraq Rusiya və Ukrayna arasında dayanıqlı sülh mümkün deyil. Ətəşkəs əldə edilsə də belə, zaman-zaman müharibə davam edəcək. Tərəflər arasında daimi müharibə, düşmənçilik ABŞ-ın strateji hədəfi və qələbəsidir. Ancaq bu da faktdı ki, Rusiyanın sürükləndiyi Ukrayna müharibəsi Rusiya dövlətçiliyi üçün real təhlükəyə çevrilib.
Qaldı Krım məsələsinə, məlumdur ki, Rusiya imperiyası 1783-cü ildə Osmanlı imperiyası ilə sıx bağlı olan Krım xanlığını işğal etmiş və Krım 1954-cü ilə qədər Sovet Rusiyasının tərkibində olub.
19 fevral1954-cü ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, əslən Ukraynadan olan Nikita Xruşşovun təşəbbüsü ilə 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti SSRİ tərkibində olan Rusiyanın hökümətinin razılığı olmadan Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilib. Hələ o dövrdə belə rus millətçiləri, elm adamları Krımın Ukrayna verilməsinə etiraz edib. Müasir dövrümüzdə Rusiya siyasi elitası, o cümlədən prezident Putin bunu rus xalqının iradəsinə zidd və Xuruşovun ruslara xəyanəti adlandırıb.
Zəngəzura gəldikdə isə, 1920-ci ildə Paris sülh konfransında 9 min kv.km ərazi ilə tanınan Ermənistan SSRİ tərkibinə daxil olandan sonra, ancaq Azərbaycan torpaqları hesabına 29 min kv.km qədər ərazisi artıb. 10 iyun 1920-ci il tarixdə RSFSR-lə Ermənistanı arasındakı bağlanmış hərbi-siyasi müqavilənin 3-cü maddəsində məxsusi yazılmışdı: «Rusiya hökuməti İrəvan quberniyasının, Zəngəzur qəzasının Ermənistan SSR ərazisinin tərkibinə daxil olmasını mübahisəsiz tanıyır». Nəinki Zəngəzur, Ermənistana verilmiş bütün digər Azərbaycan torpaqları Azərbaycan hökümətinin razılığı olmadan Rusiya tərəfindən Ermənistana verilib. Azərbaycan prezidenti İlham Əliyev Zəngəzurun Ermənistana verilməsini Sovet hakimiyyətinun Azərbaycana qarşı növbəti düşmənçiliyi və ədalətsizliyi adlandırıb.
Əgər, Rusiya onun razılığı olmadan Krımın Sovet hakimiyyəti tərəfindən Ukraynaya verilməsini qanunsuz və xəyanət adlandırırsa, Azərbaycan torpaqlarının o cümlədən Zəngəzurun Azərbaycan hökümətinin razılığı olmadan Sovet hakimiyyəti tərəfindən Ermənistana verilməsi qanunsuz və ədalətsizlik deyilmi?! Rusiyanın Krımın ilhaq edib geri qaytarılması tarixi ədalətin bərpası adlandırmaq olar?! Artıq ABŞ da daxil olmaqla bir çox ölkə Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır.
Beynəlxalq siyasi və hərbi konyunktura, beynəlxalq hüquq kimi tanıdığımız anlayışlara yeni traxtovka tələb edir. Xüsusən də, Azərbaycan ərazi bütövlüyünü öz gücünə bərpa etdikdən sonra, beynəlxalq suverenlik prinsiplərinə öz milli maraqları prizmasından yanaşması yeni dünya düzənin tələbinə çevrilir. Riyakarlıq kimi görünsə də, müəyyən şərtlər daxilində Krımın Rusiya ərazisi kimi tanınması həm də, Zəngəzurla bağlı Azərbaycan üçün presedent ola bilər. Şimali Kipr Türk Respublikasının tanınması da yeni dünya düzəninə uyğun gəlir.
Ermənistanın Azərbaycanla tələsik sülh müqaviləsi istəyi də məhz, Sovet Rusiyasının qanunsuz Ermənistana verdiyi Zəngəzur da daxil olmaqla Azərbaycan torpaqları üzərində legitimlik-suverenlik qazanmaqdır. Ancaq, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanmasından, formasından asılı olmayaraq Ermənistana Azərbaycan torpaqları üzərində legitimlik hüququ verəcəyi mümkünsüzdür.
Vüqar Dadaşov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Aprel 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri