Icma.az
close
up
RU
Krımda Putin üçün saray tikilib 10 milyard dəyəri var VİDEO

Krımda Putin üçün saray tikilib 10 milyard dəyəri var VİDEO

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Krımda Rusiya prezidenti Vladimir Putinə aid olduğu iddia edilən yeni saray inşa edilib.

Bakupsot.az xəbər verir ki, bu barədə Aleksey Navalnının tərəfdarları tərəfindən yayımlanan yeni araşdırmada bildirilib. Araşdırmaya görə, sarayın qiyməti təxminən 10 milyard rubl (təxminən 217 milyon manat) təşkil edir.
Məlumata görə, bu ərazi əvvəllər Viktor Yanukoviçin ailəsinə aid olan bağ olub. 2007-ci ildə Yanukoviçin ailəsi 3,5 hektarlıq sahəni 1,2 milyon ABŞ dollarına satın alıb. 2013-cü ildə Ukrayna prezidenti olan Yanukoviç bu ərazidəki tikintidə ailəsinin iştirakını inkar edib.
Krımın Rusiya tərəfindən ilhaqından sonra Sevastopolun sabiq qubernatoru Sergey Menyaylo ərazinin rus hakimiyyətinə verilməsi imkanlarını açıqlayıb. Əvvəlcə burada sanatoriyanın açılması planlaşdırılsa da, son qərara əsasən, obyekt Prezident İşlər İdarəsinə təhvil verilib. Daha sonra jurnalistlər xəbər yayıblar ki, tikinti işləri Vladimir Putinin yaxın ətrafına aid şəxlərin – Yuri və Boris Kovalçukların şirkətləri tərəfindən həyata keçiriləcək.
Araşdırmada qeyd olunur ki, Ayya burnunda inşa olunan saray “Bereg”ə məxsusdur, bu şirkət isə “Golden Gate” holdinqinə bağlıdır. Şirkətin maraqlarını həmçinin “Binom” və “KompIeks” təmsil edir. Qeyd olunur ki, sarayın interyer dizaynı Federal Mühafizə Xidmətinin tələblərinə uyğun hazırlanıb. Tikinti işlərini isə “Kredo” şirkəti həyata keçirib ki, bu şirkət Putinin digər rəsmi və qeyri-rəsmi rezidensiyalarında da fəaliyyət göstərib.

Navalnının tərəfdarları sarayın fotoşəkillərini və memarlıq planlarını dərc edib. Əsas binada 20 nəfərlik masanın olduğu 233 kvadratmetrlik yemək zalı, 183 və 154 kvadratmetrlik iki yataq otağı, 50 kvadratmetrlik cakkuzi ilə mərmər hamam, ev klinikası, SPA mərkəzi və hovuz, kriokamera, kinoteatr, bilyard otağı və şərab zirzəmisi mövcuddur. Kompleksin bir hissəsi qonaqlar üçün nəzərdə tutulmuş apartamentlərdir və onların damında dənizə baxan park salınıb.
Sarayın inşasına biznesmen Vladimir Kolbin, “Aratron” və “Forstis” şirkətləri maliyyə dəstəyi verib. Araşdırmaya görə, “Forstis” şirkəti Yuri Kovalçukla əlaqəli ola bilər.
2021-ci ildə “Novaya Gazeta” da bu ərazinin Putinin yaxınlarına aid olduğunu yazıb və obyektin “Kovalçuk bağçası” adlandırıldığını qeyd etmişdi. Jurnalistlər əraziyə daxil olmağa cəhd etsələr də, girişdəki mülki geyimli şəxslər bunu qadağan edib. Tikinti işçilərindən biri jurnalistlərə bildirib ki, burada prezident üçün bağça tikilir.

Cavid, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 Dekabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri