Kriştianu Ronaldo ilə Corcina Rodrigezin bu həftəsonu ailə qurur?
Icma.az, Shownews saytına istinadən bildirir.
Dünyaşöhrətli futbolçu Kriştianu Ronaldo ilə Corcina Rodrigezin bu həftəsonu Portuqaliyada evlənəcəyi ilə bağlı iddialar gündəmə gəlib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, səkkiz ildir, birlikdə olan cütlüyün Portuqaliyada nikah masasına əyləşəcəyi bildirilib.
Məlumata görə, toy mərasimi Sintra şəhərində yerləşən Quinta da Regaleira malikanəsində keçirilə bilər.
Digər tərəfdən, həmin məkan həftəsonu ziyarətçilər üçün açıq görünür. Bu isə həmin iddiaları təkzib edir.
Qeyd edək ki, Kriştianu Ronaldo daha əvvəl Corcina Rodrigez ilə evlənmək niyyətində olduğunu açıqlamışdı.
Portuqaliyalı futbolçu müsahibələrinin birində nişanlısı haqqında bu sözləri demişdi:
“Onunla evlənəcəyəm, çünki doğru zamanın gəldiyinə inanıram. Təkcə uşaqlarımın anası olduğu üçün deyil, həyatda ən çox sevdiyim insan olduğu üçün”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 01 Avqust 2026 01:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















