Icma.az
close
up
RU
Kritik informasiya müzakirələrinin ilkin mərhələsi başa çatıb

Kritik informasiya müzakirələrinin ilkin mərhələsi başa çatıb

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyi, həmçinin kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli qurum olan Dövlət Təhlükəsizliyi Xidmətindən əldə edilmiş məlumata əsasən, müvafiq sahədə normativ hüquqi aktlarla təsbit edilmiş tələblərə riayət edilməsi vəziyyətinin yoxlanılması istiqamətində həyata keçirilmiş tədbirlər, qarşıya çıxan çətinliklər, eləcə də onların aradan qaldırılmasına dair məsələlər aidiyyəti Komissiyanın iclasında müzakirə edilib.
Komissiyanın Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən olan üzvləri iclasda tam tərkibdə iştirak edib.
İclas zamanı kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı həyata keçirilmiş ilkin qiymətləndirmələrin nəticələri kollegial formada müzakirəyə çıxarılıb. Həmçinin bildirilib ki, bəzi kritik informasiya infrastrukturlarında aşkar edilmiş bir sıra nöqsanların aradan qaldırılması da təmin edilib. Müzakirələr nəticəsində ölkənin kritik informasiya infrastrukturunun müasir kibertəhdidlərə qarşı dayanıqlığının gücləndirilməsi istiqamətində yeni hədəflər müəyyən edilib. Bununla yanaşı, səlahiyyətli qurum tərəfindən təsdiq olunmuş plan əsasında kritik informasiya infrastrukturu subyektlərində ümumi və xüsusi təhlükəsizlik tələblərinə riayət olunmasına dair Komissiya tərəfindən həyata keçiriləcək yoxlamalarla bağlı məsələlərə baxılıb.
İclasın gündəliyində nəzərdə tutulmuş cari mövzularla yanaşı, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar bir sıra digər məsələlərin də müzakirəsi aparılıb. Beynəlxalq təcrübəyə (NIS-2, CSF 2.0) uyğun olaraq, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələblərin təkmilləşdirilməsi, habelə risklər və müasir kibertəhdid modelləri nəzərə alınmaqla, kritik informasiya infrastrukturu obyektlərinin siyahısının daim yenilənməsi milli maraqların təmin olunması baxımından vacib hesab edilib.
Göstərilənlər nəzərə alınaraq, kritik informasiya infrastrukturu obyektlərinin siyahısında əlavə və dəyişikliklərin edilməsi ilə bağlı layihə təklifinin aidiyyəti üzrə təqdim edilməsi, habelə ölkədə xüsusi əhəmiyyətli sənaye idarəetmə sistemlərinin (SCADA) diqqətdə saxlanılması və siyahısının təkmilləşdirilməsinin zəruri olduğu bildirilib. Bununla yanaşı, kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə xüsusi tələblərə riayət olunmasına nəzarətin gücləndirilməsi də müzakirə edilib.
Müzakirələr zamanı kritik informasiya infrastrukturunda təhlükəsizlik risklərinin müntəzəm olaraq müəyyən edilməsi və qiymətləndirilməsi, həmçinin bu risklərin maliyyə yükünün hesablanaraq idarəetmədə nəzərə alınmasının ciddi aktuallıq kəsb etdiyi vurğulanıb. Habelə, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi ilə əlaqədar kibertəhlükəsizlik xidməti provayderinə dair tələblərə uyğun olmayan hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərdən asılılığın aradan qaldırılmasının vacibliyi qeyd olunub.
Komissiyanın iclasında, Milli kibermərkəzin aidiyyəti subyektlərlə kriptoqrafik mühafizə vasitəsindən istifadə etməklə məlumat mübadiləsi apardığı bildirilib və bu təcrübənin sahə üzrə standartlar nəzərə alınmaqla daha da təkmilləşdirilməsinin əhəmiyyəti qeyd edilib.
Məlumat üçün qeyd edək ki, sözügedən Komissiya, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair tələblərə riayət olunması vəziyyətinin yoxlanılmasının təşkili ilə yanaşı, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün kritik informasiya infrastrukturu subyektləri tərəfindən həyata keçirilən tədbirlərin qiymətləndirilməsi, görülmüş işlərin nəticələrinə dair dövri hesabat və məlumatların hazırlanması, habelə kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən ciddi nöqsanlar aşkar edildikdə və ya təhlükəsizlik üzrə kritik hal baş verdikdə, təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə müvafiq qaydada məsələnin qaldırılmasına məsuldur.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azvision.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri