Icma.az
close
up
RU
Krunoslav Renduliç: “Bu, özüm üçün də bir çağırışdır”

Krunoslav Renduliç: “Bu, özüm üçün də bir çağırışdır”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasının XIV turunun “Turan Tovuz” – “Sabah” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Əvvəlcə onu demək istəyirəm ki, biz bura qələbə üçün gəlmişdik. Əfsuslar olsun ki, buna nail olmadıq. Ancaq futbolçularımı təbrik edirəm. Oyunun sonlarında isə qələbə qolunu vurmağa çox yaxın olsaq da bunu edə bilmədik. İkinci hissə başlar-başlamaz qol buraxmağımız işimizi çətinə saldı. Əslində, belə vəziyyətdən çıxmaq asan deyil. Lakin futbolçularım göstərdilər ki, mental cəhətdən daha yaxşıdılar. Bilirdik ki, bu matç bizim üçün çətin olacaq. Çünki, “Turan Tovuz” fiziki baxımdan çox yaxşı komandadır. İlk yarıda da ikili mübarizələrin bir çoxunda uduzduq.

– Komanda ardıcıl 7 turdur ki, qələbə qazana bilmir. Buna görə də ilk “üçlük”dən çox uzaqlaşırsız. Bu sizdə ciddi narahatlıq yaradır?
– Əlbəttə, bu bizi çox narahat edir. Səhv etmirəmsə, ilk “üçlük”lə aramızda 8 xal fərq var. Bu rəqəm kimi üçün az, kimi üçün də çox görünə bilər. Məsələyə necə yanaşmağınızdan asılıdır. Əslində, bu, özüm üçün də bir çağırışdır. Niyə də xal fərqini azaltmayaq? Qalibiyyət seriyası yaxaladıqdan sonra bu fərqi qapada bilərik. Bizim bu fərqi aradan qaldırmaq üçün isə kifayət qədər keyfiyyətli heyətimiz var. Əlimizdən gələni edəcəyik.

– Heyət və şəraitinə görə “Sabah” çempionatdakı ən ideal klublardan biridir. Amma klub sonuncu qələbəsini sentyabrda qazanıb. Komanda qara zolağa düşüb yoxsa hələ enişdədir? Həmçinin komandanı bu enişdən qurtarmaq üçün nə düşünürsüz?

– Öncə qeyd edim ki, indi enişdə deyilik. Çünki layiq olduğumuz xallardan çox azını toplamışıq. Bunu oyun və performansımızla göstəririk. Lakin bu faktdır ki, lazımi xalları yığa bilmirik. Başqa nə isə deyə bilməyəcəm…

– Elə şanssızlığınızla bağlı nə isə düşünürsüz? Bundan öncəki matçlarda penalti qaçırılması, qol epizodlarını dəyərləndirə bilməmək və s…
– Oyunun taleyini həll etmək üçün bu mövsüm hər oyunda çoxlu fürsətlərimiz oldu. Geriyə baxanda, “Qarabağ”la oyunda 3 qol epizodumuz oldu amma yararlana bilmədik. Həmçinin “Neftçi”ylə oyunda penaltini qaçırtdıq. Futbolda belə hallar baş verə bilər. “Kəpəz”lə oyunda fürsətimiz oldu ki, hesabı 3:1 edək. Amma son saniyələrdə qol buraxdıq. Çoxlu fürsətlərdən yararlana bilməməyimiz bir faktdır.

– Həmişə qeyd edirsiz ki, bu futbolda baş verə bilən şeylərdir…
– Nə deyə bilərəm? Cesse penaltini vura bilməyəndən sonra nə edərdim? Cesse zəhmət olmasa penaltini vurardınmı?

– Təkcə penalti deyil axı…
– Bizlər insanıq. Bu futboldur. “Mançester Siti” də ardıcıl 5 oyundur ki, qalib gələ bilmir.
– Əvvəlki mətbuat konfranslarının birində demişdiz ki, itirdiyimiz xallarla bağlı bir kino çəkmək olar. Həmin kinoda baş rol kim olar?
– Özümüzü elə baş rola qoyardıq. Bu matç xaric, əgər statistikaya baxsaq, 12 real qol şansımız olub ki, biz cəmi 6-nı vurmuşuq. Rəqib sadəcə 4 qol fürsəti yaradıb və biz 8 qol buraxmışıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Noyabr 2024 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri