Icma.az
close
up
RU
KTMT Astana toplantısında...

KTMT Astana toplantısında...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Ermənistan qayıdacaq, Rusiya Ukrayna ilə danışığa hazırdır

Noyabrın 28-də Astanada Qazaxıstan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan prezidentlərinin iştirakı ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib. Tədbirin açılışında çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, razılaşdırılmış fəaliyyət, qarşılıqlı etimad və dəstək ən mürəkkəb və irimiqyaslı vəzifələrin həllində kollektiv qabiliyyəti gücləndirir: “KTMT sadəcə hərbi tərəfdaşlıq deyil, dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün səylərimizi və resurslarımızı birləşdirən unikal mexanizmdir”.

Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etmədiyi sammitdə bir sıra sənədlər imzalanıb.

Ermənistanın qayıtması ehtimalı var...

Bir çox məsələlərin müzakirə edildiyi sammitdə maraq kəsb edən məqamlardan biri Ukrayna-Rusiya müharibəsi, Ermənistanın KTMT-dəki vəziyyəti, Rusiyanın Qərbin davranışlarına reaksiyası və ABŞ-da yeni prezident seçkilərinə münasibət idi. Mətbuat konfransında çıxış edən Vladimir Putin  KTMT-nin hazırki vəziyyəti və gələcəyi ilə bağlı danışıb. Bildirib ki, KTMT yaşayır və inkişaf edir. Təşkilatın işində fəal iştirak edən bütün ölkələr həm indi, həm də gələcəkdə bu əlaqələri saxlamaqda maraqlıdırlar. Rusiya prezidenti Ermənistanın KTMT-dəki vəziyyətinə də toxunub. Qeyd edib ki, hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün seçim hüququna malikdir: “Hesab edirəm Ermənistanla KTMT arasında mövcud vəziyyəti çox güman ki, Ermənistanın özündə daxili siyasi proseslər diktə edir. Və təbii ki, bütün bunlar Qarabağ böhranının nəticələri ilə bağlıdır. Amma vurğulamaq istəyirəm ki, KTMT-nin bununla heç bir əlaqəsi yoxdur. Bu barədə artıq dəfələrlə danışmışam. Bütün baş verənlərin KTMT ilə heç bir əlaqəsi yoxdur, çünki Ermənistanın özünə qarşı heç bir xarici təcavüz olmayıb”.

Putin bildirib ki, KTMT üzv ölkələri xarici təcavüzdən qorumaq üçün yaradılıb. “Qarabağla bağlı hadisələrin özünəməxsus xüsusiyyətləri var. Axı Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımırdı və sözsüz ki, Qarabağı öz dövlət perimetrinə daxil etməyib. Bu o deməkdir ki, Qarabağda baş verənlərin hamısının hüquqi baxımdan Ermənistanla birbaşa əlaqəsi yoxdur. Ona görə də KTMT-nin bu anklavın ərazisində döyüşməli olduğunu iddia etmək bir qədər qəribədir”, - deyən Putin üzv dövlətlərin müəyyənləşdirdiyi mövqeyə hörmətlə yanaşacaqlarını bildirib: “İkincisi, Ermənistan ən azından indilik geri çəkildiyini bəyan etməyib. Bu ölkə KTMT-dəki fəaliyətinə fasilə verdiyini, eyni zamanda bugünkü görüşümüzdə, bugünkü danışıqlar sessiyasında qəbul edilmiş bütün sənədləri dəstəklədiyini bildirib. Əgər belədirsə, deməli, Ermənistanın bu assosiasiya çərçivəsində tam işinə qayıtması ehtimalı var. Qərar, əlbəttə ki, təşkilata üzv olan ölkənin üzərinə düşür”.

90 raket və 100 pilotsuz hücum aparatı ilə verilən cavab...

Putin brifinqdə qlobal müharibə təhlükəsi haqqında da danışıb. O bildirib ki, bu sual Rusiya ərazisinə raket atılmasına icazə verən dövlətlərə ünvanlanmalıdır: “Qərblilərdən soruşmaq lazımdır ki, onlar bunu yenə etmək niyyətindədirlər, ya yox. Rusiya ərazisinə zərbə endirərkən hər hansı risk varmı? Əlbəttə var. Çünki bu, Qərb ölkələrini birbaşa silahlı münaqişəyə cəlb etmək deməkdir. Onlar artıq cavablarını aldılar və Silahlı Qüvvələrimiz cavab zərbəsi endirdi. Cavab kifayət qədər əhatəli idi - zərbədə 90 raket və 100 pilotsuz hücum aparatın istifadə edildi. Ukrayna ərazisində 17 müxtəlif obyekt, silahlı qüvvələr və sənaye müdafiə müəssisələri üçün işləyən hərbi, hərbi-sənaye və yardımçı obyektlər vurulub. Bir daha vurğulayıram, biz Rusiya Federasiyasına qarşı bu cür təcavüz aktlarına cavab verəcəyik. Necə və nə vaxt, hansı silahla - bu, Müdafiə Nazirliyinin Baş Qərargahının seçəcəyi hədəflərdən asılı olacaq”.

Rusiya prezidenti qeyd edib ki, Kiyev dəfələrlə Moskva və Sankt-Peterburqdakı hədəflərə hücum etməyə cəhd edib. Putin Ukrayna rəhbərliyini tamamilə qeyri-legitim, hakimiyyəti qəsb edən və hətta orduya əmr vermək hüququna malik olmayan adlandırıb. Rusiya prezidenti “Oreşnik”in kütləvi istehsalına başlanıldığını da bildirib: “Biz potensial düşmənin müvafiq silah sistemlərinin sayını, onların konkret harada yerləşdiyini, Ukraynaya nə qədər silah verildiyini və nə qədər tədarük ediləcəyini bilirik”.

Nüvə gücündə olan raket kompleksi...

Putin son günlərdə məşhurlaşan “Oreşnik” haqqında da danışıb. O, raketin gücü barədə fikirlərini bölüşüb: “Raketlərin zərbə imkanlarından, gücündən danışsaq, əgər bir zərbədə eyni vaxtda iki, üç, hətta dörd kompleksdən istifadə təxminən nüvə silahının gücünə bərabər olar. Amma bu silah nüvə silahı deyil. Bu silah yüksək dəqiqliyə malikdir. Amma  nüvə partlayıcı qurğusu ilə təchiz olunmur və ətraf mühiti çirkləndirmir. Güclər isə müqayisə edilə bilər. Orada partlayıcı maddənin olmasına gəldikdə isə, biz məhz bu səbəblə raket kompleksini sınaqdan keçiririk. Bilmək istəyirik ki, əlavə hansı işlər görülməlidir. Burada gizli heç nə yoxdur. Mütəxəssislər mənim nə dediyimi dərhal anlayır. Mən təkmilləşdirmədən danışanda, bu, ilk növbədə, məsafə və döyüş başlığı arasında dəqiqləşdirmə deməkdir. Uçuş məsafəsi uzun olacağı təqdirdə, döyüş başlığı da bir o qədər kiçilir. Məsafə qısa olduqda, döyüş başlığı bir o qədər güclü olur. Sistem bu vəziyyətdə faydalı şəkildə daha çox çəki qaldırır”.

Putin bildirib ki, istifadə olunan raketdə müvafiq dağıdıcı elementlərdən istifadə olunub. “Bunlar 4000 dərəcəyə qədər istiləşən kifayət qədər güclü elementlərdir. Bu istilik Günəşin səthindəki temperaturla müqayisə edilə bilər. Kinetik zərbə meteorit düşməsi kimi güclüdür. Zərər çox ciddidir: mərkəzdə olan hər şey külə çevrilir. Zərbə qüvvəsi böyükdür. Əsas odur ki, fundamental model yaradılıb, o, yaradıcılarının planlaşdırdığı kimi işləyir. Bu dəqiq silah və yüksək gücdür”.

Bütün vasitələrdən istifadə ediləcək - məhvetmə vasitələrindən də...

Rusiya prezidenti ABŞ-ın və Avropanın bəzi siyasətçilərinin rəsmi Kiyevə nüvə silahını qaytarmaq təklifinə də toxunub. Bunun baş verəcəyi təqdirdə Rusiyanın reaksiyasını açıqlayan Putin bu halın qarşısının alınması üçün hər şeyi edəcəklərini bildirib: “Biz bütün vasitələrdən istifadə edəcəyik - mən bunu xüsusi vurğulamaq istəyirəm, məhz bütün vasitələrdən. Rusiyanın ixtiyarında olan məhvetmə vasitələri də bura daxildir. Amma biz belə bir halın yaşanmasına icazə verməyəcəyik. Bu cür bəyanatları ölkələrin və bütövlükdə dünyanın taleyinə biganə olan bununla bağlı heç bir məsuliyyət daşımayan insanlar verə bilər. Və əgər kimsə rəsmi olaraq bu fikri həyata keçirmək istəyirsə, bu, kütləvi qırğın silahlarının yayılmaması sahəsində üzərinə götürdüyü bütün öhdəliklərin pozulması deməkdir. Biz Ukraynada buna imkan verməyəcəyik, orada baş verənlərin hər addımını izləyəcəyik”.

Sükutu ilk olaraq Şolts pozdu...

Almaniya kansleri Olaf Şoltsla telefon danışığı haqda fikirlərini bölüşən Rusiya lideri qeyd edib ki, qəribə də görünsə Moskvanın çox çətin, gərgin münasibətləri olan bir çox ölkələrlə əlaqələri davam edir. Mənim bu ölkələrin rəhbərləri ilə birbaşa əlaqəm olmayıb. Amma bilirəm ki, onların bəziləri təmasları bərpa etmək və Ukrayna hadisələri ilə bağlı cari problemləri həm ikitərəfli, həm də ümumavropa kontekstində müzakirə etmək istəyindədirlər. Bu sükutu ilk pozan Almaniya kansleri Şolts oldu. Bu mənim üçün gözlənilməz deyildi. Uzun müddətdir ki, kanslerin telefonla danışmaq istəyi ilə bağlı siqnallar alırdıq. Biz bu cür təmaslara həmişə açığıq və bundan sonra da imtina etməyəcəyik. Kimin arzusu varsa, buyursun. Kanslerlə söhbətə gəlincə, bir saat davam edən danışığımız Ukraynadakı hadisələri əhatə edirdi. O öz mövqeyini bildirdi, mən öz mövqeyimi bildirdim. Bir sıra məsələlər ikitərəfli münasibətlərlə bağlı olub”.

Vladimir Putin bildirib ki, Ukrayna ilə danışıqlarla bağlı Rusiya heç bir ilkin şərt irəli sürməyib: “Fikrimcə, uzunmüddətli, davamlı sülh şərtləri ilə bağlı məqamlar mənim iyun ayında Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdəki çıxışımda ətraflı şəkildə göstərilib. Təkrarlanacaq bir şey yoxdur. Bizim kifayət qədər silahımız var. Oreşnik kimi silahların meydana çıxması Rusiyanın hərbi mövqelərini gücləndirir. Ancaq yeni silah sistemlərinin meydana çıxması bizim Ukraynadakı vəziyyətin həllinə fundamental münasibətimizi dəyişmir. Biz danışıqlar prosesinə hazırıq.

Rusiya ABŞ-ın gələcək administrasiyası ilə dialoqa hazırdır

Vladimir Putin Bayden administrasiyasının Rusiyanı ATACMS ilə vurmaq icazəsi ilə başlayan hazırkı eskalasiya vəziyyətinə Tramp administrasiyasının münasibəti məsələsinə də toxunub. Bildirib ki, yeni prezidentin hazırkı prezident ilə görüşdə nə haqda danışdıqları məlum deyil: “Müxtəlif variantlar mümkündür. Əgər hazırkı prezident Bayden hesab edirsə ki, vəziyyəti gərginləşdirməklə, qarşıdurma dərəcəsini artırmaqla gələcək administrasiya üçün mənfi şərait yarada bilər, bu situasiyanı həll etmək asandır. Çünki yeni seçilmiş prezident deyəcək: “Mən etməmişəm, tamamilə ağlını itirmiş insanlar ediblər. Mənim bununla heç bir əlaqəm yoxdur. Gəlin danışaq”.

Ola bilsin ki, indiki administrasiya gələcək üçün əlavə çətinliklər yaratmaq istəyir. Bu da mümkündür. Ancaq yeni seçilmiş prezident təsəvvür etdiyim qədər, intellektli və kifayət qədər təcrübəli insandır. Mənə elə gəlir ki, o, həll yolunu tapacaq. Nəzərə alınmalıdır ki, yeni prezident Ağ evə qayıtmaq üçün çox ciddi sınaqlardan keçə bilib”.

Putin əlavə edib ki, Rusiya ABŞ-la, o cümlədən gələcək administrasiya ilə dialoqa hazırdır.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Noyabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see601

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see584

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see557

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see400

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see348

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see336

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see247

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see246

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see239

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see217

Məşhur türk aktrisanın ölüm səbəbi açıqlandı alkoqol zəhərlənməsi...

09 İyul 2026 03:04see192

Yamal Ronaldodan danışdı “Uşaqlığımıza damğa vurub”

09 İyul 2026 03:33see178

Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil

09 İyul 2026 15:38see170

“Xalq Bank”ın Xankəndi filialı fəaliyyətə başladı Fotolar

09 İyul 2026 11:40see157

“Çelsi” Kamavinqanın transferi üçün təklif göndərib

09 İyul 2026 04:13see152

NATO nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? General

09 İyul 2026 07:18see150

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see150

Məktəbli formalarının qiyməti bahalaşacaq? Açıqlama

09 İyul 2026 13:46see149

Azərbaycanda turizm niyə geriləyir? Ekspert açıqladı

09 İyul 2026 04:16see146

Bakının prinsipial mövqeyi nəticə verdi: İsrail qərarını dəyişdi

10 İyul 2026 00:35see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri