Icma.az
close
up
RU
KTN sahəsində subsidiyalar, güzəştli kreditlər, lizinq mexanizmlər.. Yeni qanun qəbul edildi, nələr olacaq?

KTN sahəsində subsidiyalar, güzəştli kreditlər, lizinq mexanizmlər.. Yeni qanun qəbul edildi, nələr olacaq?

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda kənd təsərrüfatı subsidiyalarına, güzəştli kreditlərə, lizinq mexanizmlərinə, eləcə də kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışına nəzarət tədbirləri gücləndiriləcək.

Mia.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə yeni maddənin (30.6.18) əlavə edilməsi haqqında layihə Milli Məclisin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, bundan əlavə, ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan məhsullar istisna olmaqla) dövlət büdcəsinin vəsaitləri hesabına mərkəzləşdirilmiş qaydada satın alınması da nəzarət çərçivəsinə daxil ediləcək.

Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyindəki qurumlar subsidiyaların, güzəştli kreditlərin və lizinq əməliyyatlarının verilməsini, maliyyələşdirilməsini və həmin vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirəcək.

Səlahiyyətlərin icrası çərçivəsində “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” (Prezidentin 27 iyun 2019-cu il tarixli 759 nömrəli fərmanı) və “Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” (19 dekabr 2018-ci il tarixli 413 nömrəli fərman) əsas götürüləcək.

Layihədə vurğulanır ki, bu mexanizmlər çərçivəsində dövlət vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi və sui-istifadə hallarının qarşısının alınması üçün kənd təsərrüfatı məhsullarının istehsalçıları, tədarükçüləri və təchizatçıları Kənd Təsərrüfatı Nazirliyinə müvafiq məlumatlar təqdim etməlidir. Bu məlumatların dəqiqliyini yoxlamaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) arasında məlumat mübadiləsinin aparılması nəzərdə tutulur.

Məlumatların tərkibində vergi sirri hesab edilən informasiyalar da ola biləcəyindən, onların ötürülməsinin hüquqi əsaslarının yaradılması məqsədilə Vergi Məcəlləsinin 30.6-cı maddəsinə dəyişiklik təklif edilir.

Bu dəyişiklik nəticəsində vergi orqanlarının vəzifəli şəxsləri aqrar sahəyə dair dövlət dəstəyi tədbirlərinin daha ünvanlı və şəffaf icrasını təmin etmək üçün zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim edə biləcək. Hüquqi bazasının yaradılması nəticəsində müraciət edən şəxslərin əlavə sənəd və məlumatlar təqdim etməsinə ehtiyac qalmayacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://mia.az
archiveBu xəbər 01 Aprel 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri