“Kuba tamamilə iflas etmiş bir dövlətdir” Tramp
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışı zamanı Kubadakı hakimiyyət sisteminin dağılmaqda olduğunu bəyan edib.
“Qafqazinfo” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Kommunist rejiminin misilsiz təzyiqlərlə üz-üzə qaldığını vurğulayıb.
“Mənim administrasiyam Kubadakı vəziyyətdə köklü dəyişikliklər olmasını istəyir. Oradakı kommunist rejimi tarixinin ən böyük təzyiqi altındadır. Bu, tamamilə iflas etmiş bir dövlətdir. Ölkə əvvəllər heç vaxt olmadığı kimi dağılır və tezliklə çökəcək”, – deyə Tramp BMT kürsüsündən bildirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət katibi Marko Rubio Kuba hakimiyyətini respublika ərazisini Vaşinqtonun rəqibləri olan ölkələrin kəşfiyyat xidmətlərinə təqdim etməkdə təqsirləndirmişdi. Onun sözlərinə görə, Birləşmiş Ştatlar opponentlərinin kəşfiyyat əməkdaşlarını və ya hərbi bazalarını ölkə sərhədindən cəmi 90 mil (145 km) məsafədə yerləşdirməsinə yol verə bilməz.
Baxış sayı:27
Bu xəbər 22 Sentyabr 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















