Kubada Kommunist Partiyasının ofisinə hücum edilib
Icma.az, Olke.az saytına istinadən bildirir.
Kubada etirazçılar elektrik enerjisinin kəsintiləri ilə bağlı iğtişaşlar zamanı Kommunist Partiyasının ofisinə hücum ediblər.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, hökumət əleyhinə etirazlar ABŞ-nin neft blokadası ilə daha da kəskinləşən qida çatışmazlığı və elektrik enerjisinin artan kəsintiləri ilə bağlıdır.
"Etirazçılar şənbə günü səhər tezdən Kommunist Partiyasının Kubanın şimalındakı ofisinə hücum ediblər", - məlumatda bildirilir.
Sosial şəbəkələrdə yayılan videolarda Moron şəhərində böyük yanğın və insanların binanın pəncərələrinə daş atması, arxa planda isə "azadlıq" şüarları səsləndirildiyi görünür. Yerli mətbuatın məlumatına görə, etirazçılar ərazidəki bir neçə digər dövlət müəssisəsinə, habelə aptekə və dövlətə məxsus mağazaya da hücum ediblər.
ABŞ Prezidenti Donald Trampın əmri ilə Venesuelanın Kubaya neft tədarükü dayandırılıb. Tramp son həftələr Kubanın dağılmaq üzrə olduğunu və ya ABŞ ilə razılaşma əldə etmək istədiyini iddia edən bir sıra açıqlamalar verib. Kuba hökuməti cümə günü böhranı aradan qaldırmaq üçün Vaşinqtonla danışıqlara başladığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 14 Mart 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















