Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Bu rayona yeni polis rəisi təyin edildi

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Liqa 1: Marsel darmadağına sevindi

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Kubanıçbek Ömüralıyev: Prezident İlham Əliyev TDT ni “bizim ailəmiz” adlandıraraq, təşkilatı qlobal miqyasda nüfuzlu gücə çevirmək niyyətini açıq şəkildə ifadə etdi

Kubanıçbek Ömüralıyev: Prezident İlham Əliyev TDT ni “bizim ailəmiz” adlandıraraq, təşkilatı qlobal miqyasda nüfuzlu gücə çevirmək niyyətini açıq şəkildə ifadə etdi

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstanbul, 25 sentyabr, Günel Karatepe, AZƏRTAC

Azərbaycan bu ilin oktyabr ayında Türk Dövlətləri Təşkilatının (TDT) “Regional sülh və təhlükəsizlik” mövzusunda keçiriləcək növbəti Zirvə görüşünə ev sahibliyi edəcək, həmçinin təşkilata sədrliyi öz üzərinə götürəcək. Bununla bağlı, eləcə də TDT-nin fəaliyyəti dövründə görülən işlərlə əlaqədar təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyev AZƏRTAC-a eksklüziv müsahibə verib.

- 1992-ci ildə Ankarada təməlləri atılan və 2009-cu ildə imzalanmış Naxçıvan Sazişi ilə şura kimi fəaliyyətə başlayan TDT 2021-ci ildə İstanbulda keçirilən Zirvə görüşü ilə artıq tam təşkilatlanmış quruma çevrildi. 2021-ci ilin Zirvə görüşü sizin üçün nə ifadə edir və ötən bu dövrdə türkdilli dövlətlər üçün nə dəyişib?

- İstanbul Zirvə görüşü təşkilatın inkişafında dönüş nöqtəsi oldu. Qurumun əvvəlki adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildi. Bu, quruma tam təşkilatlanmış xarakter verdi və keyfiyyətcə yeni səviyyəyə yüksəltdi. Bu da sistemli və uzunmüddətli işə keçid mərhələsi idi. O vaxtdan etibarən iqtisadiyyat, nəqliyyat, təhsil, mədəniyyət, rəqəmsallaşma, təhlükəsizlik və digər sahələrdə aydın koordinasiya mexanizmləri və yeni birgə təşəbbüslər meydana çıxıb. Bu gün üzv dövlətlər ikitərəfli münasibətlərini müəyyən dərəcədə Türk Dövlətləri Təşkilatındakı üzvlüklərini nəzərə alaraq qururlar. Bu yeni yanaşma türkdilli xalqlar arasında əlaqələri gücləndirir, dövlətlərarası münasibətlərə qardaşlıq ruhu gətirir. Bundan əlavə, təşkilat əməkdaşlıqda maraqlı olan dövlətlərin və qurumların diqqətini cəlb edərək, beynəlxalq arenada daha tanınan oldu. Bununla da TDT əhəmiyyətli inteqrasiya platformasına və dayanıqlı regional oyunçuya, xalqlarımız üçün isə konkret nəticələr verən real inteqrasiyanın simvoluna çevrilir.

-Hazırda TDT çərçivəsində neçə əməkdaşlıq sahəsi var və bu sahələrin ortaq fəaliyyəti nə dərəcədə əlaqələndirilib?

- TDT iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, turizm, təhsil, elm, mədəniyyət, rəqəmsal iqtisadiyyat, "yaşıl" enerji və hətta kosmik tədqiqatlar da daxil olmaqla, 40-dan çox əməkdaşlıq sahəsini əhatə edir. Təxminən 175 milyon nəfər əhalisi və 4,5 milyon kvadrat kilometr ərazisi olan türk regionu əhəmiyyətli iqtisadi potensiala malikdir. 2024-cü ildə təşkilata üzv və müşahidəçi ölkələrin ÜDM-i 2,1 trilyon ABŞ dollarını ötüb, ticarət dövriyyəsi isə 1,1 trilyon ABŞ dollarına çatıb. Bununla yanaşı, TDT-na üzv ölkələrin ticarət dövriyyəsi 850 milyard ABŞ dolları təşkil edir. Birgə təşəbbüslər tədricən təşkilatlanmış xarakter alır. TDT getdikcə deklarativ bəyanatlardan konkret nəticələr verən praktiki layihələrə keçir. Daxili ticarətin inkişafına və investisiyaların cəlbinə töhfə verən, 600 milyon ABŞ dolları nizamnamə kapitalına malik Türk İnvestisiya Fondu və Ticarətin Sadələşdirilməsi Komitəsi yaradıldı. Bundan əlavə, biznes strukturlarını birləşdirən Türk Ticarət və Sənaye Palataları Birliyi işgüzar əlaqələri gücləndirir və birgə iqtisadi layihələri stimullaşdırır. Nəqliyyat sahəsində önəmli dəhliz layihələri həyata keçirilir, o cümlədən Orta Dəhliz. Hansı ki Çindən Avropaya marşrutu 2000 kilometr qısaldır və dəniz yolları ilə müqayisədə çatdırmanı üç dəfə sürətləndirir. Bundan əlavə, nəqliyyat əməliyyatlarının optimallaşdırılması məqsədilə TDT BMT-nin Avropa İqtisadi Komissiyası və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı kimi beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Bu istiqamətdə mühüm addımlardan biri BMT-nin Beynəlxalq Avtomobil Nəqliyyatı üzrə Konvensiyasının elektron icra sisteminin (eTIR) tətbiqi olub. Bu sistem ölkələr arasında təhlükəsiz məlumat mübadiləsini təmin edir və gömrük prosedurlarını sürətləndirir. Beləliklə, 2025-ci il yanvarın 16-da Bakıda TDT-yə üzv ölkələrin gömrük xidmətləri rəhbərlərinin görüşündə bütün region üçün eTIR-in tətbiqinə dair Yol Xəritəsi imzalandı ki, bu addım da yükdaşımalarını əhəmiyyətli dərəcədə sürətləndirir və bürokratik maneələri azaldır.

Rəqəmsallaşma və təhlükəsizlik sahəsində Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi də daxil olmaqla mühüm sənədlər imzalanıb. Bununla yanaşı, fövqəladə hallarda tədbirlərin əlaqələndirilməsi məqsədilə Mülki Müdafiə Mexanizmi yaradılıb.

Mədəniyyət, təhsil və turizm sahələri də mühüm rol oynayır. “Yeni İpək Yolu”, “Təbərrük Ziyarət”, “Türk Dünyasının Turizm Paytaxtı” və Türk Dağ-Xizək Kurortları İttifaqı kimi turizm və mədəniyyət təşəbbüsləri bölgə ölkələri arasında əlaqələri möhkəmləndirir və Türk dünyasının beynəlxalq arenada tanınmasını təmin edir.

Təhsil sahəsində isə 109 universiteti özündə birləşdirən TÜRKUNİB – Türk Universitetləri İttifaqı fəaliyyət göstərir.

Yuxarıda sadalanan layihələr TDT çərçivəsində uğurla həyata keçirilən çoxsaylı təşəbbüslərin yalnız bir hissəsidir. Bu təşəbbüslərin sayı çoxdur və bütün bunlar onu göstərir ki, TDT artıq artıq çoxdan müzakirə platforması olmaqdan çıxıb. Bu gün TDT üzv ölkələrə konkret və hissolunan nəticələr gətirən real inteqrasiya qurumuna çevrilib.

- Ötən il Azərbaycanın qədim Şuşa şəhərində TDT-yə üzv ölkələrin liderlərinin qeyri-rəsmi Zirvə görüşü keçirildi və Qarabağ Bəyannaməsi imzalandı. Türk dünyası liderlərinin məhz tarixi Zəfərimizin rəmzlərindən olan Şuşada toplanması şəxsən sizdə hansı hisslər oyatdı?

- Mənim üçün və əminəm ki, bütün iştirakçılar üçün bu, son dərəcə simvolik və təsirli bir an idi. Şuşa təkcə tarixi bir şəhər və Türk dünyasının mühüm mədəniyyət mərkəzi deyil, eyni zamanda, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasının rəmzidir. TDT-yə üzv ölkələrin liderlərinin məhz burada toplaşması, türk xalqlarının birliyinin və həmrəyliyinin parlaq təsdiqi oldu. Qeyri-rəsmi Zirvə görüşü və Qarabağ Bəyannaməsinin imzalanması qardaşlıq ruhunun, qarşılıqlı dəstəyin və regionun gələcəyi naminə birgə səylərin bariz ifadəsi idi.

- Gələn ay Azərbaycanda təşkilatın 12-ci Zirvə görüşü keçiriləcək. Bu görüşdən gözləntiləriniz nədir?

- Azərbaycan gələn ay Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik” mövzusunda keçiriləcək növbəti Zirvə görüşünə ev sahibliyi edəcək və təşkilata sədrliyi öz üzərinə götürəcək. Bu, türk dövlətlərinin inteqrasiyasına yeni təkan verə biləcək mühüm mərhələdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin güclü siyasi iradəsi və Türk birliyinin möhkəmlənməsindəki şəxsi təşəbbüsləri bu prosesin davamı üçün etibarlı təməl yaradır. Xüsusilə qeyd edilməlidir ki, 2024-cü il fevralın 14-də keçirilmiş andiçmə mərasimində Prezident İlham Əliyev TDT-ni “bizim ailəmiz” adlandıraraq, təşkilatı qlobal miqyasda nüfuzlu gücə çevirmək niyyətini açıq şəkildə ifadə etdi. Hər bir Zirvə görüşü təkcə liderlərin görüşü deyil, həm də strateji platformadır. Burada prioritetlər razılaşdırılır, yeni təşəbbüslər müzakirə olunur və artıq qəbul edilmiş qərarların icra vəziyyəti dəyərləndirilir. Bu Zirvə görüşünün də məhz bu məqsədlərə xidmət edən əhəmiyyətli platformaya çevriləcəyini gözləyirik.

-Qurumun hazırki planlarına nələr daxildir və bu hədəflərin reallaşması nə qədər yaxındır?

- Son 15 il ərzində birliyin möhkəmləndirilməsi, əməkdaşlıq üçün yaradılan şərait, üzv və müşahidəçi dövlətlər arasında dayanıqlı inkişaf kimi məsələləri təşviq etməklə Türk Dövlətləri Təşkilatı mühüm nailiyyətlərə imza atıb. Lakin qarşıda bizi daha iddialı və genişmiqyaslı hədəflər gözləyir. Bu istiqamətdə fəaliyyətimizə yol göstərən əsas sənədlərdən biri “Türk Dünyası Baxışı –2040” konsepsiyası və TDT-nin 2022–2026-cı illər üzrə strategiyasıdır. Bu sənədlər uzunmüddətli məqsədləri müəyyənləşdirir və təşkilatın gücünü əsas prioritetlərə yönləndirir. Əsas prioritetlər sırasında təbii ki, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, rəqəmsal texnologiyaların sürətlə tətbiqi, ekoloji dayanıqlığın təmin olunması və təhlükəsizliyin gücləndirilməsi xüsusi yer tutur. Təşkilat yaxın perspektivdə diqqətini strateji əməkdaşlığa yönəldərək ambisiyalı gündəmini davam etdirəcək. Biz artıq iqtisadiyyat, nəqliyyat, təhsil və turizm kimi sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olmuşuq, lakin inkişaf üçün hər zaman geniş imkanlar var. Xüsusilə, hazırda 40 istiqamətdə mövcud olan əməkdaşlıq sahələrində əlaqələrin daha da gücləndirilməsinə, genişləndilməsinə və liderlərimizin son Zirvə görüşlərində qəbul etdiyi qərarların icrasına fəal şəkildə çalışacağıq.

Bu planların reallığına gəlincə, əminliklə deyə bilərəm ki, onların yaxın perspektivdə həyata keçirilməsi tam mümkündür. Artıq bu gün nəqliyyat və iqtisadi təşəbbüslərdən tutmuş, təhsil və mədəni proqramlara qədər müxtəlif konkret layihələrin uğurla reallaşdığını görürük. Hər yeni görüşdə aydın koordinasiya mexanizmləri qurulur, birgə fəaliyyət planları qəbul edilir və konkret razılaşmalar imzalanır.

-Təşkilatda fəaliyyətiniz dövründə sizin üçün ən yaddaqalan hadisə nə olub?

- Mənim üçün Türk Dövlətləri Təşkilatının fəaliyyəti ilə bağlı hər bir hadisə xüsusi məna dışıyır. Ən yaddaqalan məqamlardan danışarkən, əlbəttə ki, liderlərin illik Zirvə görüşlərini qeyd etmək lazımdır. Burada əməkdaşlığın inkişafı üçün əsas yaradan mühüm qərar və sənədlər qəbul olunur.

Prezident İlham Əliyevin rəsmi illik Zirvə görüşlərlə yanaşı, Dövlət Başçıları Şurasının illik qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi ilə bağlı təşəbbüsü xüsusi diqqətəlayiqdir. Bu kontekstdə 2023-cü ildə Ankarada “Fövqəladə hallarin idarə edilməsi və humanitar yardım” mövzusunda təşkil olunan fövqəladə Zirvə görüşünü xüsusilə vurğulamaq lazımdır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən bu Zirvə görüşü Türk dövlətlərinin birgə daha güclü olduğunu və bir-birilərinin çağırışlarına laqeyd qalmayacaqlarını bir daha təsdiqlədi. Bu tədbir yalnız konkret fövqəladə vəziyyətə cavab olmaqla yanaşı, həm də gələcək böhranlarda əməkdaşlığın təşkilatlanması istiqamətində mühüm addım idi. Zirvə görüşündə dövlət başçıları “Mülki müdafiə mexanizmi” yaratdılar ki, bu da üzv dövlətlər arasında fəlakətlərə effektiv cavab verməyi və fövqəladə hallarda fəaliyyətin koordinasiyasını artırmağı nəzərdə tutur.

Eyni zamanda, Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşünü də xüsusi vurğulamaq lazımdır. Bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra Türk Dövlətləri Təşkilatının ölkə ərazisində keçirilən ilk beynəlxalq yüksək səviyyəli görüşü olmuşdur.

Budapeştdə keçirilən Zirvə görüşü də az əhəmiyyət daşımır. Bu, Avropada yerləşən müşahidəçi dövlətimizin ərazisində keçirilən ilk Zirvə görüşümüz idi.

Şəxsən mənim üçün son üç ildə TDT daxilində əməkdaşlıq istiqamətlərinin əhəmiyyətli dərəcədə genişlənməsi də çox vacibdir. Hər il yeni əməkdaşlıq platformaları yaranır. Yalnız 2025-ci ildə 10-dan çox belə platforma yaradılıb ki, bu da təşkilatın dinamik inkişafını və ona olan marağın artdığını açıq şəkildə göstərir. Xüsusilə apreldə Cenevrədə keçirilən “Türk həftəsi”ni qeyd etmək istəyirəm. Bu, BMT ofisi ilə birgə təşkil etdiyimiz ictimai diplomatiya sahəsində ilk böyük layihəmiz idi. Biz beynəlxalq ictimaiyyətə türk əməkdaşlığının potensialını mədəni, təhsil və təşviqat tədbirləri vasitəsilə təqdim edə bildik. Bu təşəbbüsün uğuru bizi oxşar layihələri digər dünya paytaxtlarında da həyata keçirməyə ruhlandırdı. Artıq dekabrda belə tədbirlər Vyanada keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see205

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see189

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see164

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see142

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see137

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see134

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see132

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see131

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see128

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see127

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see127

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see126

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri