Kubik rubik i 0.39 saniyəyə yığdı (Video)
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çində bir uşağın Rubik kubiki cəmi 0.39 saniyəyə yığdığı iddia edilən görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Milli.Az xəbər verir ki, yayılan videoda azyaşlının kubiki son dərəcə sürətli şəkildə həll etdiyi görünür. Həmin kadrlar qısa müddətdə minlərlə baxış toplayaraq internet istifadəçiləri arasında geniş müzakirələrə yol açıb.
Bəzi izləyicilər uşağın bacarığını heyranlıqla qarşılasa da, digərləri bu nəticənin mümkün olub-olmaması ilə bağlı suallar səsləndiriblər. Görüntülərin sürətləndirildiyini iddia edənlər də olub.
Sosial şəbəkələrdə yayılan video müxtəlif platformalarda paylaşılaraq geniş rezonans doğurub. İstifadəçilər azyaşlının sürəti və çevikliyi ilə bağlı çoxsaylı şərhlər yazıblar.
Görüntülər hazırda da internet məkanında maraqla izlənilməyə davam edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 15 İyul 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















