Respublikaçılar yeni prezident axtarışında: Trampın varisi kim olacaq?
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
ABŞ-da 2028-ci il prezident seçkiləri ilə bağlı Respublikaçılar Partiyasında mümkün namizədlərin müzakirəsi başlayıb. Bir qrup konqresmen dövlət katibi Marko Rubionun prezidentliyə namizəd olmasını istəyir.
Moderator.az "Fox News Digital" nəşrinə istinadən xəbər verir ki, bir neçə respublikaçı konqresmen Rubionun seçkilərdə partiyanın namizədi kimi çıxış etməsini dəstəkləyir. Onların fikrincə, Rubio seçicilərin etimadını bərpa etməyə və partiyanı birləşdirməyə kömək edə bilər.
Nyu-Yorkdan olan konqresmen Nikol Malliotakis Rubionun siyasi təcrübəsini və mürəkkəb məsələləri sadə dildə izah etmək bacarığını yüksək qiymətləndirib. İndiana ştatından konqresmen Marlin Stutzman da onun partiyanı birləşdirə biləcəyini bildirib.
Florida təmsilçiləri Karlos Ximenez və Mayk Haridopolos da Rubionun mümkün namizədliyini dəstəkləyirlər.
Bununla yanaşı, Respublikaçılar Partiyasında Trampın siyasi varisi kimi vitse-prezident Cey Di Vensin də adı çəkilir. Fox News-un məlumatına görə, Ağ Ev administrasiyasında bu iki siyasətçiyə dəstək təxminən bərabər bölünüb.
Donald Tramp hələlik 2028-ci il seçkilərində kimi dəstəkləyəcəyini açıqlamayıb. Rubio isə 2016-cı ildə də Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq uğrunda mübarizə aparıb, lakin ilkin seçkilərdə Trampa məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 25 Noyabr 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















