Aİ kvant texnologiyalarının inkişafı üçün plan hazırlayıb
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ kvant texnologiyalarının inkişafı üçün plan hazırlayıb.
Banco.az xəbər verir ki, Avropa Komissiyası Avropanın sənaye potensialını və təhlükəsizliyini gücləndirmək məqsədilə hazırlanan Kvant Qanunu, eləcə də strateji texnologiyaları dəstəkləmək üçün yaradılması nəzərdə tutulan Texnoloji Suverenlik Kapital Fondu ilə bağlı təkliflərini ictimaiyyətə təqdim edib.
Təklifə əsasən, Aİ-nin və üzv ölkələrin kvant texnologiyaları sahəsindəki proqramları ortaq tədqiqat və sənaye hədəfləri ətrafında birləşdiriləcək. Avropanın aparıcı tədqiqat institutlarını bir araya gətirəcək şəbəkə yaradılacaq, tədqiqatçıların və şirkətlərin ortaq infrastruktura çıxışı asanlaşdırılacaq.
Təklif çərçivəsində kvant kompüterləri, simulyatorlar və kvant texnologiyalarına əsaslanan tibbi görüntüləmə sistemləri üçün Avropa miqyaslı infrastrukturun yaradılması dəstəklənəcək. Həmçinin nasazlıq baş verdikdə fəaliyyətini davam etdirə bilən kvant kompüterləri və peyk siqnallarından istifadə etmədən işləyən naviqasiya cihazları kimi layihələr üçün maliyyələşdirmə müsabiqələri təşkil olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 25 Noyabr 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















