Icma.az
close
up
RU
“Küçə mübarizəsi ilə hakimiyyət dəyişikliyi...” AÇIQLAMA

“Küçə mübarizəsi ilə hakimiyyət dəyişikliyi...” AÇIQLAMA

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Gürcüstanda baş verən proseslərə birinci növbədə Qərblə Rusiyanın mübarizəsi aspektindən baxmaq lazımdır”. 

Bu sözləri politoloq Qulamhüseyn Əlibəyli “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, hadisələrə həm də gürcü xalqının özünün də mövqeyi prizmasından baxmaq olar: 

“Çünki Gürcüstan Konstitusiyasına görə Qərbə meyil edən dövlət kimi avrointeqrasiyanı əsas götürür. Lakin gürcü xalqı bunun əksinə olaraq indiki hakimiyyətə səs verdi. Bu isə Qərb ölkələrini ciddi narahat etdi. 

Nəzərə almaq lazımdır ki, avrointeqrasiya dedikdə, buna Qərbin digər ölkələrə müəyyən təzyiq mexanizmi kimi baxırlar. Hesab edirlər ki, başqa dövlətlərə göstərişlər verməli, həmin göstərişlər də yerinə yetirilməlidir.

Lakin gürcü hakimiyyəti və xalqı buna əməl etmədi. Düzdür, sabiq prezident Mixail Saakaşvilinin dönəmində müəyyən qədər Avropaya inteqrasiya siyasəti nəzərdə tutulmuşdu. Lakin nəticədə Gürcüstan ərazilərinin bir hissəsi Rusiya tərəfindən işğal olundu. Üstəlik, Qərb ölkələri də Gürcüstanı müdafiə etmədilər. Ona görə də gürcü xalqı problemi özü həll etməyə çalışır”. 

Ekspertin sözlərinə görə, seçkinin nəticələrindən müxalifətin narazı qalması normaldır:

“Lakin bu narazılıq qanun çərçivəsində olmalıdır. Etiraz edə və hüquqi prosedurlardan istifadə edə bilərlər. Amma bütün bunlar zorakılığa və kütləvi iğtişaşlara gətirib çıxarmamalıdır. Yəni, küçə mübarizəsi yolu ilə hakimiyyəti dəyişməyə çalışmamalıdırlar. Çox təəssüf ki, son dövrlərdə dəfələrlə küçə mübarizəsi ilə hakimiyyətə gələnlərə şahid olmuşuq. 

Məsələn, Ukrayna və Ermənistanda hakimiyyət küçə mübarizəsi ilə dəyişdi. Müxalifətin müəyyən dərəcədə zorakılığa və iğtişaşlara da əl atmasına baxmayaraq, Gürcüstanda hazırda küçə mübarizəsi yolu ilə hakimiyyətin dəyişilmə ehtimalı yoxdur. Baxmayaraq, gürcü müxalifəti müəyyən dərəcədə zorakılığa və iğtişaşlara da əl atdı”. 

Qulamhüseyn Əlibəyli hesab edir ki, Gürcüstandakı aksiyalar tezliklə ləngiyəcək:

“Gürcüstan öz tutduğu yolla davam edəcək. Avropa İttifaqı danışıqları və qrant verməyi dayandırdı. Gürcü hakimiyyəti də məhz ondan sonra Avropa İttifaqına özlərinin müraciət etməyəcəyini dedi. Bu isə deməkdir ki, danışıqlar sadəcə Avropa İttifaqının təşəbbüsü ilə bərpa oluna bilər. Lakin “Gürcü Arzusu” Partiyasının bu mövqeyini zorla, küçə mübarizəsi ilə dəyişmək mümkün deyil. Gürcüstanda müəyyən narazılıq və katakalizmlər ola bilər. Ancaq bu, son nəticədə hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri