Icma.az
close
up
RU
Sahibsiz küçə itlərini hara şikayət edək? AÇIQLAMA

Sahibsiz küçə itlərini hara şikayət edək? AÇIQLAMA

Icma.az, Metbuat saytına istinadən bildirir.

Redaksiyamızın qaynar xəttinə gələn zənglərin və mesajların əksəriyyəti küçə itlərinin çoxluğu və hücumları ilə bağlıdır. Vətəndaşlar sahibsiz küçə itlərini hara və necə şikayət edəcəkləri ilə bağlı çətinlik yaşayırlar. Onlar bildirirlər ki, bununla bağlı aidiyyəti qurumlara müraciət etsələr də, heç bir cavab ala bilməyiblər.

Ölkədə sahibsiz heyvanlarla bağlı məsələlər ilə “Toplan” və “IDEA” İctimai Birliyi məşğul olurlar. Təəssüflər olsun ki, həmin qurumlardan geridönüş ala bilməyən sakinlər bəzən həll yolunu heyvanları kütləvi şəkildə öldürməkdə görürlər. Təbii ki, qanunvericilikdə bununla bağlı cəza tədbirləri mövcuddur.

Bəs heyvanlara zərər vermədən, heç bir məsuliyyətə cəlb olunmadan, hüquqi yolla sahibsiz küçə itlərindən necə qurtulmaq üçün hansı işlərin görülməsinə ehtiyac var?

Mövzu ilə əlaqədar vəkil Turan Abdullazadə Metbuat.az-a bildirib ki, Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması” qaydalarına əsasən, Qida Təhlükəsizliyi Agentliyi, dövlət sanitariya nəzarəti, daxili işlər və yerli icra hakimiyyəti orqanları şəxslərin bu qaydalara əməl etmələrinə nəzarəti həyata keçirir:

“Sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Yəni vətəndaşlar sahibsiz heyvanlarla bağlı şikayətlərini yerli icra hakimiyyəti orqanına etməlidirlər. Vətəndaşların müraciəti əsasında lazımi tədbirlər görülməlidir. Sahibsiz heyvanlar problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir. Tutulan sahibsiz heyvanlar müvafiq sığınacaqlarda saxlanılmalıdır.

Müvafiq qanunvericilik bazası mövcud olsa da, Azərbaycanda heyvan hüquqları kifayət edəcək səviyyədə qorunmur. Bir vəkil kimi düşünürəm ki, heyvan hüquqlarının müdafiəsi sahəsində həm qanunvericilik aktlarına dəyişiklik edilərək heyvanlara qarşı zorakılıq aktları ilə bağlı məsuliyyətin dərəcəsi ağırlaşdırılmalı, cərimənin məbləği artırılmalı, həm də əməli-maarifləndirici tədbirlər gücləndirilməlidir”.

T. Abdullazadə vətəndaşları bu cür hadisələrə qarşı həssas davranış nümayiş etdirməyə dəvət edib. Həmçinin heyvanlara qarşı rəhmsiz davranış gördükləri təqdirdə dərhal video çəkiliş edərək aidiyyəti qurumlara və şəxslərə göndərmələrini tövsiyyə edib:

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü madəsinə əsasən heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə 500 manat məbləğində cərimə edilir. Qardaş Türkiyədə 2008-ci il “Heyvanları qoruma qanununda” isə ev heyvanını qəsdən öldürməyə görə 6 aydan 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilə bilər. İXM-nin 290-cı maddəsində heyvanların saxlanılması qaydalarının pozulmasına dair müddəalar öz əksini tapıb.

İt, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə; itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə; ev heyvanlarının insanların üzərinə saldırılmasına 200 manat məbləğində cərimə edilir. Bu xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə isə 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Fevral 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri