Küçədə qalan qadın başına gələnləri danışdı: Anam məni uşağımla birlikdə qəbul etmir
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Zorakılığa məruz qalan 40 yaşlı Şəfiqə Novruzova yanvarın 4-dən körpəsi ilə küçədə gecələyir.
Onun sözlərinə görə, ikinci evliliyindən olan övladının atası narkotik aludəçisidir:
"Xaçmazdan gəlmişəm. Özüm Maştağadanam. Dedim, buradan bir sığınacaq tapım, işləyib uşağıma bir gün ağlayım. Uşağımın atası bir dəfə həbsdə də olub. Oğluma gün verib, işıq vermirdi. Evdən bir-iki dəst paltarla çıxmışıq ki, bilməsin".
Qadın bildirib ki, onlara sahib çıxacaq heç kim yoxdur:
"Atam vəfat edib. Anam da məni uşağımla birlikdə qəbul etmir. Deyir ki, onu uşaq evinə təhvil ver, sonra gəl".
Baku TV məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət edib. Qurumun əməkdaşları sözügüdən əraziyə gələrək qiymətləndirmə aparıblar.
Vətəndaş və övladı aidiyyəti müəssisəyə yerləşdirilib.
Ətraflı süjetdə:
Küçədə qalan qadın başına gələnləri danışdı: "Anam məni uşağımla birlikdə qəbul etmir"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 24 Yanvar 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















