Gəncə terrorunda gözlərini itirən qadın başına gələnləri danışdı: Qoymayın ölüm, qızlarım var
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Gəncəyə raket hücumu nəticəsində gözlərini itirmiş Pərvin Qasımova Baku TV-yə müsahibə verib.
O, hücumun baş verdiyi gün və daha sonra yaşadıqlarından danışıb.
"Anamgildə idim. Səhər oyanıb çörək almağa getdim. Qayıtdıqdan 10 dəqiqə sonra hadisə baş verdi. Səs eşidib, pəncərəyə doğru getdim. Ondan sonra baş verənləri xatırlamıram, hamısını anam mənə danışıb", - deyə P.Qasımova söyləyib.
Gəncə terrorunun qurbanı huşu özünə qayıdanda öləcəyini düşünüb, kəlimeyi-şəhadət gətirdiyini deyib:
"Həkim haramın ağrıdığını soruşanda barmaqlarımı hiss etmədiyimi söylədim. Bir də dedim ki, məni ölməyə qoymayın, qızlarım var. Üzüm sarğıda olduğu üçün ilk vaxtlar görmədiyimi bilmirdim. Həkimlər sarğını açanda öyrəndim ki, artıq görmürəm".
Daha ətraflı Baku TV-nin süjetində:
Gəncə terrorunda gözlərini itirən qadın başına gələnləri danışdı: "Qoymayın ölüm, qızlarım var"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 04 Oktyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















