Icma.az
close
up
RU
Küçələrdə satışa çıxarılan ÇİYƏLƏKLƏRLƏ BAĞLI TƏHLÜKƏ Zəhərlənmə, allergiya, qaraciyər...

Küçələrdə satışa çıxarılan ÇİYƏLƏKLƏRLƏ BAĞLI TƏHLÜKƏ Zəhərlənmə, allergiya, qaraciyər...

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aprel ayının əvvəllərindən artıq paytaxtın müxtəlif ərazilərində, metro çıxışlarında pərakəndə şəkildə çiyələk satışı başlayıb. İnsanların əksəriyyəti mənşəyi bilinməyən bu cür çiyələkləri mövsümündən əvvəl istehlak etməyə meyilli olsalar da, çoxları bu cür meyvələrin dərmanla yetişdirildiyini deyir. Artıq vətəndaşlar arasında çiyələkdən zəhərlənmə halları da müşahidə olunur.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan üçün çiyələyin təbii yetişmə vaxtı may ayının əvvəllərindən başlayır və bu da coğrafi mövqeyinə, regionuna görə dəyişir.

Mütəxəssis bildirib ki, bir çox hallarda maydan əvvəl satışa çıxarılan çiyələklər  istixana şəraitində yetişdirilir: “Xüsusilə, yetişdirilməsi zamanı bir çox kimyəvi maddələrdən, zərərvericilərdən qorumaq üçün istifadə olunan pestisidlərdən, hormonlu gübrələrdən istifadə olunur. Belə çiyələkləri çox vaxt hamilə, süd verən qadınlar və uşaqlar istehlak edirlər. Bu da onların sağlamlığı üçün çox riskli qida hesab olunur. Vətəndaşlar alınan kimi çiyələyi yuyulmadan istehlak edirlər. Belə halda dərmanlı, süni yetişdirilmiş çiyələk mədə-bağırsaq sisteminin, bağırsaq mikroflorasının pozulmasına, zəhərlənməyə, allergik reaksiyalara gətirib çıxarır. Uzunmüddətli, çox istehlak etmək isə qaraciyər funksiyasının pozulmasına səbəb ola bilər. Yaxşı olar ki, mövsümündən əvvəl çiyələk orqanizmə qəbul olunmasın. Bu, mövsümü olmayan, lakin hazırda satılan digər meyvələrə də aiddir. Çiyələk alarkən daha çox təbii görünüşlü, hər biri eyni ölçüdə olan çiyələkləri deyil, daha təbii yetişən, tünd qırmızı rəngdə, yaxud bir qədər solğun, orta ölçülü çiyələkləri seçmək lazımdır. Çiyələk çox iri, parlaqdırsa, parlaq qırmızıdırsa, çiyələk qoxusu hiss olunmursa, hamısı eyni formada, ölçüdədirsə, bu, meyvənin süni şəkildə yetişdirildiyinin göstəricisidir.  Yeməzdən əvvəl, yaxşı olar ki, çiyələklər adi suda on dəqiqə saxlanılsın. Süni yetişdirilən çiyələkdirsə, suya bir qədər duz və az miqdarda sirkə də əlavə etmək olar. Bu, çiyələyin tərkibindəki pestisid qalığını azalda bilər. Yarpaqlarını isə yuduqdan sonra qoparmaq lazımdır. Bəzi hallarda xanımlar çiyələyin yarpağını təmizləyib, sonra yuyurlar. Bu da çiyələyin səthindəki dərman qalıqlarının yarpaq kökündən meyvənin içinə nüfuz etməsinə səbəb olur və keyfiyyətinin pozulmasına gətirib çıxarır. Mütləq mənşəyi bəlli olan yerdən yerli məhsul almaq tövsiyə olunur. Erkən satışa çıxarılıbsa, birmənalı şəkildə xroniki xəstəliyi olan yaşlılar, uşaqlar, hamilə və süd verən qadınlar istehlak etməməlidirlər. Əks halda zəhərlənmə və allergiya problemləri ortaya çıxa bilər”.

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 Aprel 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see132

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see117

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see116

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Maskın təklifi

08 İyun 2025 04:23see114

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see114

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see114

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see112

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri