Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Evdə zəhərlənmə, iş yerində zəhərlənmə, toyda zəhərlənmə!..

Evdə zəhərlənmə, iş yerində zəhərlənmə, toyda zəhərlənmə!..

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Bu camaata nə satılır, qarşısına nə qoyulur ki, bir ucdan zəhərlənmə məlumatları yayılır?

Yağış, subasma bitdisə, ən aktual sual hazırda budur; nə yeyək ki, zəhərlənməyək? Evdə zəhərlənmə, iş yerində zəhərlənmə, toyda zəhərlənmə!.. Bu camaata nə satılır, qarşısına nə qoyulur ki, bir ucdan zəhərlənmə məlumatları yayılır? Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib. Bakupost.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini 1992-ci il təvəllüdlü Elvin Ramazanov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır. İlkin məlumata görə, həmin şəxslər bazardan alınan xiyardan zəhərlənib.

Sumqayıtda isə fabrikdə zəhərlənmə hadisəsi qeydə alınıb. TƏBİB-in məlumatında bildirilir ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə ümumilikdə 21 nəfər hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hamısı ambulator müalicə üçün evə buraxılıblar. Bakıda yerləşən "Venesiya" şadlıq sarayında da 2 gün əvvəl kütləvi zəhərlənmə hadisəsi baş verib. 50-yə yaxın insan dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Zəhərlənmənin mikro-bioloji çirklənmədən baş verdiyi ehtimal edilir.


Dərmanlı məhsullar

Zəhərlənmələrin təsnifatı aparıldıqda məlum olur ki, təkcə hazır qidalar, qışa tədarük edilən şorabalardan deyil, mövsümi tərəvəz və meyvələrdən də zəhərlənmə halları baş verir. Mütəxəssislər, xüsusən pediatrlar yay gəlməmiş çirmənən – yəni mart ayı bitər-bitməz, mövsüm başlamamış satışa çıxarılan çiyələklərin alınıb uşaqlara yedirilməsinin qətiyyət yolverilməz olduğunu bildirirlər. Amma nə yzıq ki, qarnı deyil də, gözü ac, nəfsinə hakim ola bilməyən valideynlər çiyələk görən kimi alıb uşaqlara yedirirlər. Ana və ya atanın az qala Ordubad əriyi boyda şişirdilmiş GMO çiyələyi övladına verməsi üçün hansı təfəkkürdə olması lazımdır, doğrusu, müəyyən etməkdə çətinlik çəkirik. Belə çiyələkdən zəhərlənmə də baş verər, Allah göstərməsin, ölüm halı da olar. Təkcə çiyələkdirmi, təhlükə törədən, əlbəttə, yox. Göründüyü kimi Gəncədə bir ailənin 5 üzvü bazardan alınmış xiyardan zəhərlənib. Pomidor, xiyar, digər tərəvəzlər il boyu satışdadır. Daha yay tərəvəzi, yay meyvəsi anlayışı qalmayıb. Qışda da istənilən tərəvəzi marketlərdə, bazarda almaq mümkündür, pulun yetirsə, təbii ki. Amma bu tərəvəzlər təbii deyil. Məlum məsələdir ki, parnik üsulu ilə yetişdirilir və məhsulun yetişməsi üçün də külli miqdarda gübrə və kimyəvi maddələrdən istifadə olunur.


Kal qarpıza çuğundur vurulur


Kənd təsərrüfatı üzrə mütəxəssis, iqtisadçı Rauf Qarayev “Sherg.az"a açıqlamasında bildirdi ki, məhsullar yetişdirilərkən müxtəlif gübrə və dərmanlardan istifadə olunur, bu da insan orqanizminə düşdüyü zaman toksiki təsir göstərir:


- Təbii üsulla məhsul yetişdirmək mümkünsüzləşib artıq. Məhsullar əksər hallarda dərmanla yetişdirilir. Bəzi hallarda istifadə olunan dərmanların miqdarını  normadan artıq edirlər ki, məhsul xarab olmasın, ziyanvericilər məhsulu zay edə bilməsin, bu da əlbəttə, məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Görünüşü yaxşı olur, amma tərkibi ziyanlı. Adətən dərmanlama prosesi istixanalarda daha çox olur. Çünki ilin bütün fəsillərində məhsul yetişdirilir. Fermerlər qazanc əldə etməyə çalışırlar. Ona görə də kimyəvi vasitələrdən çox istifadə edirlər. Xiyar da belə yetişdirilir, pomidor da, digər tərəvəzlər də. Hamısı da istixana məhsuludur. Dərmanla yetişdirilən məhsullardır, əlbəttə, zəhərlənmə  olacaq. Göyərtilərə də bol miqdarda gübrə vurulur. Görürsünüz, tərəvəzləri alırsız, bir-iki gün soyuducuda qalan kimi xarab olurlar. Xiyar, pomidor pırsıyır, pomidoru kəsəndə qırmızı yox, ağ su çıxır içindən.... Nə dadı var, nə tamı. Ancaq görünüşü var. Mən ali təhsil aldığım müddətdə müəllimlərimiz xarici ölkələrdə səfərdə olurdular. Səfərdən qayıtdıqda müşahidə etdiklərini danışırdılar. Deyirdilər ki, həmin ölkələrdə marketinq inkişaf edib, daha çox pul qazanmaqda maraqlıdırlar. Alıcıların cəlb edilməsi üçün məhsulun görünüşünün qəşəng, cəlbedici olmasına çalışırlar. Keyfiyyətə isə önəm verilmir. Tərkibi ziyanlı olur. İnsanların sağlamlığı önəmli deyil artıq. Məsələn, mən Türkiyə bazarlarında qarpıza çuğundur vurulduğunu müşahidə etmişəm. Qarpızın kal hissəsinə çuğundur  vururlar ki, içi qırmızı yetişmiş görünsün. Əslində isə qarpız yetişməyib, kaldır. Qoz ləpələrinin vaxtı keçibsə, qurd basıbsa, onu yararsız məhsul hesab edib istehsaldan çıxarmılar, şirniyyat istehsalçılarına satırlar, onlar da türk paxlavasının hazırlanmasında həmin bu xarab qoz ləpələrindən istifadə edirlər, paxlavanın tərkibində xarab məhsul bilinmir.


Bazara baxsaq təbii məhsul tapmaq çətindir

İqtisadçı qeyd etdi ki, zəhərlənmələrə qidaların hazırlanması prosesində qaydalara əməl etməmək də səbəb olur:

- Məhsulun hazırlanması və ya saxlanma şəraitində xətalara yol verilir. Saxlanma və hazırlanma prosesinə diqqət etmək lazımdır. Bazara baxsaq təbii məhsul tapmaq çətindir. Az da olsa var amma. İnsanlar həyətyanı sahələrində bir hissə yetişdirirlər az miqdarda da olsa. Bu məhsullar keyfiyyətli olur. Amma onların da hazırlanması prosesində xətalara yol verilə bilər. Məsələn, qışa tədarük edilən xiyar, pomidor turşusunun hazırlanması prosesində yanlışlıqlara yol verilibsə, zəhərlənmə təhlükəsi labüd ola bilər. İnsanlar özləri məhsul hazırlayanda qaydalara riayət etmirlər. Məsələn, yayda xiyar, pomidoru konservləşdirir, turşuya qoyur, açanda diqqət etmir, suyu bulanıq deyil ki, xüsusi qoxu yoxdur ki, qapaq qabarıb-qabarmayıb. Bəzən buna bənzər hallar gördükdə də atmaq istəmirlər, “heç nə olmaz”, deyib istifadə edirlər və beləcə zəhərlənmə baş verir.  Ümumiyyətlə, tövsiyə olunur ki, evdə soyuducuda mümkün qədər həmişə qatıq olsun. Narahatlıq hiss edilərsə, mütləq qatıq qəbul etmək lazımdır. Qatıq toksiki maddələri zərərsizləşdirmək xüsusiyyətinə malikdir.


İqtisadçı bildirdi ki, bəli, kütləvi zəhərlənmə halları müşahidə olunur. Amma çox zaman səbəb dəqiq bilinmir, nədən baş verib:

- Sahibkar günahkardır, yetişdirmə zamanı, yoxsa hazırlanma prosesində, saxlanma şəraitində yanlışlıqlar olub. Məhsul mağazadan alınıbsa, yoxlama aparılmalıdır. Marketlər də bəzən istifadə müddəti ötmüş ərzaqları, keyfiyyətsiz məhsulları satışda saxlayır. Endirim kampaniyası edir, qiyməti aşağı salır, təki məhsul satılsın. Belə hallara göz yumulur bəzən dövlət qurumları tərəfindən.

Çirkli əllərlə xidmət


Qida məsələləri üzrə ekspert Ağa Salamov isə açıqlamasında qeyd etdi ki, qida məhsullarında 3 növ çirklənmə olur. Mikrobioloji, kimyəvi və fiziki çirklənmə:


- Mikrobioloji çirklənmə qida məhsullarının düzgün şərtlər daxilində emal edilməməsi, emal şərtlərinin pozulması, saxlanma, daşınma, təqdim olunma qaydalarına riayət edilməməsi zamanı baş verir. Bişirmə, soyutma zamanı müəssisədə hər hansı işçi çirkli əllərlə məhsula toxunursa, mikrobioloji çirklənmə baş verir. Kimyəvi çirklənmə dərmanlama prosesinin düzgün aparılmaması, yuyucu vasitələrdən düzgün istifadə edilməməsi zamanı baş verir, hətta dırnaqlara çəkilən boya da kimyəvi çirklənməyə səbəb ola bilər. Fiziki çirklənmə isə məhsulun tərkibində yad cisimlər – qum, daş, taxta, şüşə, dəmir qırıntısı aşkarlanmasıdır. Hansı ki, son zamanlar çörəyin, ət məhsullarının tərkibində belə yad cisimlər aşkarlanır. Bəzən məhsulun içinə tük də düşə bilir. Tükün özü də fiziki çirklənmədir. Tük həm də stafilakok bakteriyası daşıdığına görə mikrobioloji çirklənmə də verə bilir. Şadlıq saraylarında anti-sanitar vəziyyət, işçilərin sanitar-gigiyenik qaydalara riayət etməməsi mikro-bioloji və fiziki çirklənmələrə səbəb ola bilər, iaşə obyektinin işçisi, xidmət göstərənlər əgər yuyulmamış əllərlə qidalara toxunursa, gigiyenik əlcəklərdən istifadə etmirlərsə, bu halda qida zəhərlənməsi halı da yaşanacaq.


Ekspert bildirdi ki, ət və ət məhsulları, süd və süd məhsulları da zəhərlənməyə səbəb ola bilər:

- Bəzi salatların hazırlanmasında istifadə olunan konservləşdirilmiş məhsullardan da, həmçinin salatlara vurulan mayonezdən də zəhərlənmə halları baş verir. Çox vaxt restoran və şadlıq sarayları qida məhsulu alarkən ucuz olsun deyə açıq şəkildə satılan, yaxud plastik qablaşdırmalarda olan mayonezlərdən istifadə edirlər. Bu qabların özü ziyanlıdır. Məhsulla kimyəvi reaksiya baş verir və zəhərlənmə riski yaranır. Bəzən şadlıq sarayları ucuz başa gəlsin deyə düzgün saxlanılmayan, keyfiyyətsiz, yüksək risk qrupuna daxil olan qidaları alır və qonaqlara təqdim edirlər. Ət, balıq, toyuq, yumurta, mayonez kimi məhsullardan hazırlanan qidalar hamısı risk qrupuna daxildir. Pomidor, xiyar kimi tərəvəzlər isə torpaqda yetişdiyi üçün düzgün yuyulub, təmizlənmədiyi zaman botulizm və digər zəhərlənmə təhlükəsi ola bilər. Nəinki torpaqda yetişən məhsullar, ümumiyyətlə, qida məhsulları çox təmiz yuyulmalı, emal prosesi düzgün aparılmalıdır. Yaxşı təmizlənməmiş tərəvəzlərdən şorabalar qoyulduğu zaman risk qaçılmaz ola bilər. Bəzən yediyimiz ət məhsullarının mənşəyi barəsində məlumatsız oluruq. Məhz bu səbəbdən ətdən zəhərlənmə halları tez-tez baş verir: “Ümumiyyətlə, təkcə ət yox, digər riskli qidalara da xüsusi diqqət yetirmək lazımdır. Toyuq əti, mayonez, yumurta və süd məhsulları riskli qidalar qrupuna aiddir. Əti aldıqda və ya hər hansı bir restoranda ət yeməyi sifariş etdikdə onun rənginə fikir vermək lazımdır. Ət qaralarsa, sarı, oleyin yağ turşularının miqdarı çox olarsa, almaq məsləhət deyil. Həmçinin rəngi göyəribsə və ya xoşagəlməz qoxu hiss olunursa, ondan uzaq durmaq lazımdır. Çünki ətin rəngi və qoxusu dəyişməməlidir. Bu kimi hallar baş verirsə, deməli, ət köhnədir. Ona görə də diqqətli olmaq lazımdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Aprel 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri