Icma.az
close
up
RU
Küçələrə su səpmişəm...

Küçələrə su səpmişəm...

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

25 dekabr 2024-cü il, saat 07:30.

Bir ilə yaxındır, qürbətdəyəm. Vətənlə aramızda 3 saatlıq zaman fərqi var. Yuxudan oyanar-oyanmaz adətim üzrə telefona baxıram. Şair təsviri ilə desəm, hər sabah ilk işim kilometrlərlə uzaqda nigaranlığımı azaltmaq üçün qucaqlaya bilmədiyim vətənimi, ailəmi, dostlarımı bu kiçik cihaz vasitəsi ilə ovcuma alıram. Ard-arda eyni xəbərlər əsas səhifəmə düşür:

Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Qusar" "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində "SOS" siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb. Ölənlər var.

Daha sonra baş verənlər hamıya məlumdur.

Aylar, günlər keçir. Gündəm dəyişir. Sevgililər günü gəlir. Hamı sevgidən, sevgililərdən danışır. Mənsə gecədən bəri gün boyu Etibar Əliyevi düşünürəm. Hökümənin Etibarı, etibarlısı...

"Təhminə və Zaur" filmində sevdiyim bir epizod var. Radioda rəhmətlik Şövkət Ələkbərova oxuyur:

Küçələrə su səpmişəm. Yar gələndə toz olmasın.

Təhminə deyir:

- Bir qulaq as, Zaur. Gör, necə sevərlərmiş bir vaxtlar. Necə sadə, necə gözəl. Sonra da üzünü tutur Zaura:

- Bəs sən? Sən, mənim üçün küçələrə su səpərsən?

Hökümə Əliyevanın həyat yoldaşı hüquqi varis kimi dövlət tərəfindən təqdim edilən sığorta pulu və 40 min manatlıq kompensasiyadan imtina etdi.

Bu xəbəri oxuyanda mən də Təhminə kimi təsirlənmişdim. Eyni Təhminə kimi üzümü öz "Zaur"uma tutub sevgisini sorğulamışdım. Təhminədən fərqli olaraq bu sevgi məni o qədər kövrəltmişdi ki, cümləmi tamamlaya bilməyib hönkürüb ağlamışdım.

Həm də keçmiş vaxtlarda deyil, bizim vaxtımızda. Hər şeyin bu qədər dəyərsizləşdiyi, adiləşdiyi bir vaxtda. 21-ci əsrin Leyli və Məcnunu - Hökümə və Etibar!

Var ömür gün yoldaşı, var ömrüm-günüm. "O, mənim ömrüm günüm idi" - deyir Etibar Əliyev. Bunu söyləyərkən müsahibəsi boyu, bir dəfə də olsun jurnalist xanımla göz təması qurmur. Hökümənin sevgisiylə möhürlənmiş gözləri müsahibə boyu yalnız və yalnız bir nöqtəyə zillənir.

Evlilikdə sevginin müddəti 3 ildir, deyirlər. Etibarla Hökümə də cəmi 3 il birgə ömür sürdü. Bəlkə də Hökümə sevgiləri əbədi yaşasın deyə, öldü. Ayrıldı ki, əbədi qovuşsunlar. Hər dəfə yağış yağanda buludlardan su səpir ki, yar gələndə toz olmasın. Axı Hökümənin küçələri səmalar idi...

Günel BALAKİŞİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Dekabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri