Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alındı
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, mənşəyi və keyfiyyəti şübhə doğuran külli miqdarda - ümumilikdə 7565 ampula, 1781 flakon, 10207 konvolyut dərman və 284 ədədi birdəfəlik tibbi vasitə, 34 paket, 1238 şpirisdən (iynə) ibarət tibbi vasitələr aşkar edilərək götürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Həmin dərman vasitələrinin Bakı və Sumqayıt şəhərlərində yerləşən apteklərə paylanılaraq satışa çıxarılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:89
Bu xəbər 26 Noyabr 2024 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















