Icma.az
close
up
RU
Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər Barseluşdan REPORTAJ

Qədim romalıların saldığı, muzeyləri və böyük bazarı ilə diqqət çəkən şəhər Barseluşdan REPORTAJ

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Portuqaliyanın Barseluş şəhəri tarix və mədəniyyət baxımından zəngin və cazibədar yerdir. Şəhər romalılar tərəfindən salınıb. Sonradan məşhur Portuqaliya əfsanəsinin doğulduğu yerə çevrilib. Bu da təkcə Barseluşun deyil, ümumən Portuqaliyanın əsas simvollarından biri olan "Qalo"nun (xoruz) yaranmasına səbəb olub.

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Şəhər qədim dövrlərə aid arxeoloji qalıqların aşkar edildiyi ərazidə yerləşir. Barseluş şəhər statusunu 12-ci əsrdə alsa da, sürətli inkişafı 14-cü əsrin sonlarında başlayıb. Həmin dövrdə şəhər inkişaf edən kənd təsərrüfatı mərkəzinə çevrilib. 14-cü əsrdə Braqansa hersoqunun iqamətgahı kimi siyasi əhəmiyyət qazanıb.

Hazırda Barseluşda sakit həyat tempi bərqərardır. Yollar boyu dar küçələr, qədim fəvvarələr və orta əsr binaları keçmişə səyahət illüziyası yaradır. Keçmiş dövrlərin atmosferinə qərq olmaq, adət-ənənələr və sənətkarlıq haqqında məlumat əldə etmək bölgənin mədəniyyəti və tarixini dərindən anlamağa kömək edir.

Xoruz niyə Barseluşun simvoludur?

Bələdçim Anabela Şavyer əsrlərdən bəri dillər əzbəri olan rəvayəti danışır: "Santyaqo-de-Kompostelaya gedən bir zəvvar Barseluşda yalandan oğurluqda ittiham olunur. O, hakimə "Əgər mən günahsızamsa, masanızdakı qızardılmış xoruz banlayacaq" - deyir. O, edama aparılarkən qızardılmış xoruz dirilərək banlayır. Kişi xilas olur və xoruz ədalət, iman və xoşbəxtlik simvoluna çevrilir. Şəhər də bu hadisədən sonra məşhurlaşır. Bir neçə il sonra zəvvar Barseluşa qayıdır və orada səmavi himayədarlarına minnətdarlıq əlaməti olaraq Məryəm Ana və Müqəddəs Ceymsə həsr olunmuş xatirə xaçı ucaldır".

Lakin əfsanə bununla bitmir. 1930-cu illərdə Barseluş yaxınlığındakı bir kənddən olan Dominqo Koto adlı bir dulusçu qovurulmuş xoruzun xatirəsinə gil xoruz hazırlayır. Heykəlcik müəyyən bir cazibə qazanır. Kəndlilər, daha sonra qonşu şəhərlərin sakinləri oxşar xoruzlar istəməyə başlayırlar. Beləliklə də bu boyalı xoruz Portuqaliyanın simvolu və ədalətin təntənəsinin rəmzi kimi məşhurlaşır.

Bu gün parlaq rənglərlə bəzənmiş Barseluş xoruzu məşhur Portuqaliya sənət əsərlərindən biri sayılır. Əl işləri, bazar köşkləri, meydanlar, karusellər onun şəkilləri ilə bəzədilib. Şəhərdəki suvenir mağazaları rəngarəng quşun müxtəlif ölçülü fiqurları ilə doludur, ona həsr olunmuş əyləncəli abidələr bir neçə yerdə küçələri bəzəyir. Rəngli xoruzun surəti süfrə qablarında təsvir olunub, süfrələr və dəsmallar üzərində naxışlanıb.

Yaşamağa layiq şəhər

Barseluşu gəzdikcə görürsən ki, şəhərin təklif edəcəyi şeylər yalnız əfsanədən ibarət deyil. Kavado çayı şəhəri iki hissəyə bölür. Çayın üzərindəki qədim körpüdən digər tərəfə keçid üçün istifadə olunur. Şəhər 7 000 artefakt kolleksiyasına malik öz Arxeoloji Muzeyi və Keramika Muzeyi ilə öyünür.

Muzeydə keramika sənətinin müxtəlif növləri nümayiş etdirilir. "Şəhərdə yəqin ki, keramika ustalığı məktəbi mövcuddur", - deyə maraqlanıram: "Məktəb yoxdur. Ailə ənənələri var. Nəsillərlə davam edən ailə ənənəsi… Onların sayəsində bu sənət yaşayır. Sevindiricidir ki, gənclər də bu sənətə maraq göstərirlər. Onlar ata-babalarının yolunu davam etdirirlər. Ona görə əminik ki, bu sənət itməyəcək".

Barseluş keramikanın vətəni olduğu üçün burada bütün restoran, kafe, hotel sektorunda yalnız rəngbərəng keramik qablardan istifadə olunur. Barseluş, həmçinin "Minyo" sənəti ilə də tanınır. Bu fenomen eyniadlı bölgə üçün xarakterikdir və şəhərin tarixində dərin köklərə malikdir. Bu sənət keramika və orijinal Portuqaliya əl işlərini sevənlər üçün maraqlı bir təcrübədir. Bu sənətin nümunələrini hazırda şəhərin muzey və sərgi salonlarında, həmçinin suvenir dükanlarında görmək olur.

"Orta əsrlər Barseluşu"

"Barseluş yalnız görməyə deyil, həm də yaşamağa layiq bir şəhərdir", - deyə bələdçi davam edir: "Əfsanəsi suvenirlərdə, freskalarda, emalatxanalarda və bələdçi kitablarında yaşayır, yarmarka və "Mostra" isə Minyo bölgəsinin ənənələrini və yaradıcılığını ən yaxşı şəkildə təmsil edir".

Hər il iyun ayında burada şəhəri canlı yarmarkaya çevirən böyük "Orta əsrlər Barseluşu" yarmarkası keçirilir. Həmin vaxt şəhərə turistlər daha çox gəlirlər. Qış aylarında isə turistlərin sayı azalır:

"Qışda buralarda havalar yağışlı və qarlı keçir. Xüsusən yağışlar aramsız yağır. Ona görə turistlərin sayı kəskin azalır. Yayda isə Barseluş turistlərin dincəlməsi, tarixdən, təbiətdən, qastronomiyadan, mədəniyyətdən zövq almaları üçün ideal yerdir. Yay aylarında turistlər o qədər çox olur ki, hotellərdə yer problemi yaranır. Ona görə də şəhər bələdiyyəsi turizmi inkişaf etdirmək üçün hotellərin sayını artırmaq, ümumən xidmət sektorunu gücləndirmək haqqında düşünür. Çünki Portuqaliyanın şimalında turizm get-gedə daha çox inkişaf edir. Ölkənin şimalını, onun turizm imkanlarını görmədən Portuqaliyanın digər regionları haqqında təəssürat yarana bilməz. Bu tarixi şəhərlər ölkə haqqında ümumi təəssürat formalaşdırır".

Yerli istehsalçılarına da dəyər verir

Barseluş yerli istehsalçılarına da dəyər verir. Hava şəraitindən asılı olmayaraq, hər cümə axşamı şəhər Portuqaliyanın ən böyük bazarlarından birinə ev sahibliyi edir. Bazarda yerli məhsullar, keramika suvenirləri, geyimlər, əl işləri və taxta qablar satılır. Ətraf şəhər və kəndlərdən olan sahibkarlar da öz məhsullarını bu bazara gətirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Yanvar 2026 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri