Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Şəkidə külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən sabiq bağça müdirinə hökm oxunub.
"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, Şəki şəhərindəki körpələr evi-uşaq bağçasının sabiq müdiri Ruziyyə Mahmudovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Məhkəmənin hökmü ilə R.Mahmudova iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə beş il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq onun cəzasının üç ili sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.
İttihama görə, R.Mahmudovanın uşaq bağçasına rəhbərlik etdiyi dövrdə maliyyə vəsaitlərinin mənimsənilməsi ilə bağlı əsaslı şübhələr yaranıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Məlum olub ki, R.Mahmudova rəhbər vəzifədə işlədiyi müddətdə bir neçə nəfəri bağçaya işə qəbul etsə də, həmin şəxslər faktiki olaraq əmək funksiyalarını yerinə yetirməyib və işə gəlməyiblər.
Araşdırmalar nəticəsində onun rəhbərlik etdiyi dövrdə bağçanın əməkhaqqı fondu üçün ayrılmış ümumilikdə 58 min 509 manat 53 qəpik vəsaitin mənimsənildiyi üzə çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 14 Noyabr 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















