Icma.az
close
up
RU
“Küncdə bucaqda qalan fədakar müəllimləri görünən etdik” Emil Tağızadə

“Küncdə bucaqda qalan fədakar müəllimləri görünən etdik” Emil Tağızadə

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkənin ən böyük rəqəmsal və ictimai təhsil platforması olan "Təhsil Forumu" 7 yaşını qeyd edir. Redaktor.az xpress.az-a istinadla sözügedən platformanın rəhbəri Emil Tağızadə ilə müsahibəni təqdim edir:

– Emil müəllim, 7 il əvvəl bu yola çıxanda "Təhsil Forumu"nun Finlandiya və ya Sinqapurdan spikerləri bir araya gətirəcək qədər böyüməsini xəyal etmişdinizmi?

– Həmişə böyük hədəflərimiz olub, amma bu gün gəldiyimiz nöqtə Azərbaycan müəlliminin gücünün və birliyinin göstəricisidir. 7 il əvvəl bir "Salam" ilə başladıq, bu gün isə beynəlxalq arenada sözümüzü deyirik. Biz təkcə yerli təcrübəni paylaşmırıq, həm də dünya təhsilinin nəbzini Azərbaycan müəllimi üçün əlçatan edirik.

– Beynəlxalq Forumlarınız artıq bir brendə çevrilib. Dünyanın ən qabaqcıl təhsil sistemlərinə malik ölkələrindən spikerləri cəlb etməyi necə bacardınız?

– Bizim üçün təhsil sərhəd tanımır. Təşkil etdiyimiz beynəlxalq forumlara Finlandiya, Sinqapur, Çin və Türkiyə kimi təhsil nəhənglərindən ekspertlər, spikerlər dəvət etdik. Məqsədimiz o idi ki, bizim müəllimlər Sinqapurun riyaziyyat metodikasını, Finlandiyanın fenomen əsaslı öyrənmə modelini birbaşa birinci mənbədən eşitsinlər. Bu dialoq Azərbaycan müəlliminin dünya görüşünü genişləndirməklə yanaşı, həm də beynəlxalq təcrübənin lokallaşdırılmasına xidmət etdi.

– Platformanızın daxilində "Müəllimləri Tanıyaq", "Mənim Məktəbim" və "Mənim Uğur Hekayəm" kimi silsilə layihələr var. Bu layihələrin fəlsəfəsi nədən ibarətdir?

– Bu layihələr bizim "insan mərkəzli" yanaşmamızın məhsuludur.

"Müəllimləri Tanıyaq" layihəsi ilə illərlə küncdə-bucaqda qalan, fədakar, amma tanınmayan müəllimlərimizi cəmiyyətə təqdim etdik. Onların hər biri bir qəhrəmandır.

"Mənim Məktəbim" layihəsi ilə məktəblərimizin ruhunu, ordakı mühiti və uğurları ön plana çıxardıq. Hər bir məktəb bir ocaqdır və biz o ocağın işığını hamıya göstərdik.

"Mənim Uğur Hekayəm" layihəsi ilə gənc müəllimlərə motivasiya vermək üçün təcrübəli həmkarlarının keçdiyi çətin, amma uğurlu yolları işıqlandırdıq. Biz sübut etdik ki, uğur təsadüf deyil, əməyin nəticəsidir.

– Fənn müəllimlərinin həmrəyliyi məsələsi də diqqət çəkir. Riyaziyyat, İnformatika, xarici dil və digər fənlər üzrə ayrıca forumlar keçirmək ideyası haradan yarandı?

– Hər bir fənnin öz dili, öz çətinlikləri və öz icması var. Biz gördük ki, müəllimlərin daha spesifik müzakirələrə ehtiyacı var. Məhz buna görə də ayrı - ayrı vaxtlarda bütün  fənlər üzrə müəllimlərin Həmrəylik Forumlarını və fənn birləşmələrini təşkil etdik. Bu forumlarda müəllimlər metodik yenilikləri bölüşür, çətin mövzuların izahını müzakirə edir və vahid bir güc kimi çıxış edirlər. Bu həmrəylik dərsliklərin təkmilləşdirilməsindən tutmuş, tədris keyfiyyətinin artırılmasına qədər böyük bir zəncirvari effekt yaradır.

– Emil müəllim, "Təhsil Forumu"nun bugünkü gücünü bir cümlə ilə necə ifadə edərdiniz?

– "Təhsil Forumu" Azərbaycan müəlliminin özünəinam platformasıdır. Biz 7 il əvvəl bir toxum səpdik, bu gün isə o toxum beynəlxalq budaqları olan, hər fənni və hər uğuru qucaqlayan nəhəng bir çinara çevrilib.

– Gələcək 7 ildə bizi nələr gözləyir?

– Daha rəqəmsal, daha innovativ və daha qlobal layihələr. Süni intellekt layihələrimiz, yeni beynəlxalq tərəfdaşlıqlarımız və müəllimimizin rifahı üçün hazırladığımız yeni sürprizlər yoldadır. 7 illik yolumuzda bizimlə olan hər bir müəllimə sonsuz təşəkkürümü bildirirəm. Yubileyimiz mübarək!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 May 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri