Icma.az
close
up
RU
Kupça sız evlər üçün tarixi mərhələ Dövlət yaşıl işıq yandırdı

Kupça sız evlər üçün tarixi mərhələ Dövlət yaşıl işıq yandırdı

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Azərbaycanda uzun illərdir mövcud olan və cəmiyyətin ən mürəkkəb sosial-iqtisadi problemlərindən birinə çevrilmiş məsələlərdən biri sənədsiz və plansız tikililər problemidir. Bu mövzu 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması fonunda yenidən gündəmə gəlib.

Rəsmi məlumatlara görə, ölkədə təxminən 400–500 min sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikili mövcuddur. Bu evlərin leqallaşdırılması təkcə hüquqi məsələ deyil, həm də böyük iqtisadi və sosial potensiala malik struktur islahatıdır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, dəqiq statistikanın müəyyənləşdirilməsi üçün genişmiqyaslı inventarlaşdırma aparılır. Artıq Bakı, Sumqayıt, Abşeron, Xızı və Siyəzən üzrə rəqəmsal inventarlaşdırmaya keçid təmin edilib, hüquqların dövlət qeydiyyatı tam elektronlaşdırılıb.
2025-ci ildə daşınmaz əmlakın dövlət qeydiyyatında ciddi artım qeydə alınıb. İl ərzində 364 mindən çox daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Elektron xidmətlərin sayı isə 41-ə çatdırılıb.

Məsələ ilə bağlı Ölkə.az-a açıqlama  verən Milli Məclisin deputatı Kamran  Bayramov deyib ki, sənədsiz evlərin leqallaşdırılması ilk növbədə vətəndaşın mülkiyyət hüququnun tanınması deməkdir. “Bununla yanaşı, bu proses vergi bazasının genişlənməsinə, bələdiyyə institutlarının maliyyə imkanlarının artmasına, büdcəyə uzunmüddətli və dayanıqlı gəlirlərin formalaşmasına, yeni iş yerlərinin açılmasına şərait yaradır”, - o qeyd edib.

 Deputat əlavə edib ki, bu proses eyni zamanda dövlət üçün də ciddi iqtisadi dividendlər vəd edir: “Birincisi, bələdiyyə institunun inkişafı baxımdan mühüm əhəmiyyət kəsb edir.  Problemin həll olunamması ilk olaraq bələdiyyələrin əsas gəlir mənbələri olan əmlak və torpaq vergilərinin tam formalaşmasına mane olur. Halbuki həmin yaşayış evlərinin sənədləşdirilməsi nəticəsində bələdiyyələr sabit və proqnozlaşdırıla bilən maliyyə mənbələrinə malik olacaq. Bu da yerli özünüidarəetmənin formal strukturdən real idarəetmə institutuna çevrilməsi üçün əsas şərtlərdən biridir.

Leqallaşdırılmış daşınmaz əmlakdan daxil olan vergi və rüsumlar bələdiyyələrə yol infrastrukturu, küçələrin abadlaşdırılması, su-kanalizasiya xətləri, işıqlandırma, yaşıllaşdırma və məhəllə tipli sosial layihələrin icrası üçün real maliyyə imkanları yaradır. Bu layihələr isə birbaşa olaraq vətəndaşların gündəlik üzləşdiyi sosial problemlərin həllinə xidmət edir və yaşayış mühitinin keyfiyyətini yüksəldir.

Bələdiyyələrin maliyyə imkanlarının artması eyni zamanda yeni iş yerlərinin yaradılması baxımından da mühüm təsirə malikdir. Abadlıq, kommunal, tikinti, xidmət və infrastruktur layihələrinin icrası yerli əmək bazarını canlandırır, xüsusilə regionlarda və ətraf yaşayış massivlərində məşğulluğu artırır. Bu isə işsizliyin azaldılması və əhalinin sosial rifahının yüksəldilməsi baxımından əhəmiyyətli amildir.

Digər tərəfdən, sənədləşdirilmiş evlər üzərində mülkiyyət hüququnun tanınması vətəndaşlara bank kreditlərinə çıxış imkanı yaradır. Kredit resurslarının əlçatanlığı kiçik sahibkarlığın inkişafını stimullaşdırır, ailə bizneslərinin yaranmasına şərait yaradır. Nəticədə yerli səviyyədə iqtisadi fəallıq artır, bələdiyyə ərazilərində əlavə dəyər formalaşır.

Sənədsiz evlərin leqallaşdırılması sosial təhlükəsizlik baxımından da mühüm rol oynayır. Mülkiyyətini rəsmi şəkildə qeydiyyata alan vətəndaş artıq sığorta mexanizmlərindən istifadə edə bilir. Bu isə fövqəladə hallar, təbii fəlakətlər və digər risklər zamanı vətəndaşın dövlətə olan asılılığını azaldır, sosial məsuliyyətin bir hissəsini bazar mexanizmləri üzərinə ötürür.
Beləliklə, sənədsiz evlərin leqallaşdırılması bələdiyyə institutunun gücləndirilməsi, yerli sosial problemlərin həlli, iqtisadi aktivliyin artırılması və yeni iş yerlərinin yaradılması baxımından çoxşaxəli və uzunmüddətli təsirə malik sistemli islahatdır. Bu proses vətəndaş–bələdiyyə–dövlət münasibətlərində yeni keyfiyyət mərhələsi formalaşdırmaqla yanaşı, sosial rifahın və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir”.

 Deputat əlavə edib ki, leqallaşdırılmış hər bir ev avtomatik olaraq vergi uçotuna düşür. “Əmlak və torpaq vergisi, alqı-satqı zamanı dövlət rüsumları və notariat haqları büdcə üçün uzunmüddətli və dayanıqlı gəlir mənbəyi yaradır. Sadə iqtisadi hesablamalar göstərir ki, yüzminlərlə obyektin sənədləşdirilməsi nəticəsində büdcəyə illik milyonlarla manat əlavə vəsait daxil ola bilər.

Dünya təcrübəsi də göstərir ki, sənədsiz tikililərin leqallaşdırılması iqtisadi sıçrayış yarada bilər. Türkiyə, İtaliya, Yunanıstan və İspaniyada tətbiq olunan oxşar mexanizmlər büdcə gəlirlərinin artmasına və daşınmaz əmlak bazarında şəffaflığın yüksəlməsinə gətirib çıxarıb”.
Bununla belə,  deputat hesab edir ki, proses selektiv və təhlükəsizlik prinsipləri əsasında aparılmalıdır. “Riskli zonalarda, strateji ərazilərdə yerləşən tikililərə amnistiya verilməsi yolverilməzdir. Eyni zamanda, gələcəkdə qanunsuz tikintilərin qarşısının alınması üçün nəzarət və məsuliyyət mexanizmləri gücləndirilməlidir.

2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində sənədsiz evlərin mərhələli və şəffaf şəkildə leqallaşdırılması Azərbaycan üçün yalnız sosial problemi həll etmir, həm də uzunmüddətli iqtisadi dayanıqlığın və müasir şəhər modelinin formalaşmasına xidmət edir.
Bu yanaşma Prezident İlham Əliyevin vurğuladığı kimi, vətəndaşı dövlət siyasətinin mərkəzinə qoyan, sosial və investisiya balansına əsaslanan inkişaf modelinin tərkib hissəsidir”, - o vurğualyıb.

 Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Yanvar 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see283

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see192

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see184

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see180

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see178

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see161

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see152

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see152

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri