Icma.az
close
up
RU
Dövlət humanizmi və yeni tarixi mərhələ

Dövlət humanizmi və yeni tarixi mərhələ

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cinayətə görə cəzanın dönməzliyi prinsipinin təmin olunması  və bu zaman ayrı-seçkiliyə yol verilməməsi bütün sivil toplumlarda ədalətə ictimai inamı nə qədər gücləndirirsə, əfv və amnistiya aktları da dövlət-vətəndaş münasibətlərində bir o qədər mühüm rol oynayır. Yunan mənşəli amnistiya sözünün tərcüməsi bağışlamaq mənasını verir və cəmiyyət tərəfindən dövlət humanizminin əsas göstəricilərindən biri kimi qəbul edilir.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Prezident İlham Əliyevin amnistiya təşəbbüsünün məhz bununla bağlı olması cəmiyyətimizə həm də o mesajı verir ki, Əsas Qanunun-Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində bərqərar edilməsi ilə yeni tarixi mərhələnin əsası qoyulub. Bu tarixi mərhələ milli ləyaqət hissimizi uzun illər təhdid etmiş xarici təcavüzə qalib gəldiyimizi ifadə etməklə yanaşı, ölkəmizdə tarixi ədalətin və onun təməlində dayanan hüquq anlayışının da zəfər çaldığını təsbit edir. Humanizm isə dövlət ədalətinin güzgüsü, hüquq sisteminin ayrılmaz tərkib hissəsidir. Bağışlamaq insanın keçmişini dəyişə bilməsə də, ona və doğmalarına gələcəklə bağlı ümid verən ən güclü motivasiyadır.

2024-cü ilin prezident seçkilərində  Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ailə üzvləri ilə birgə məhz Xankəndidə səs vermələri cəmiyyətimizə yeni tarixi mərhələnin başlandığını ifadə edən açıq mesaj idi. Prezidentin həmin il fevralın 14-də səsləndirdiyi bu bəyanat isə separatçılıqla bağlı cinayətlərə görə cəzanın qaçılmazlığını təsbit etdiyi qədər, ölkəmizdə ədalətin bərpasına və qanunun aliliyinə bəslənilən ictimai inamın təsadüfi olmadığını ifadə edirdi: “Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.

Bu həm də o demək idi ki, Azərbaycan Konstitusiyasının təməl prinsipləri ölkəmizin bütün ərazisində işlək vəziyyətə gətirilir, vətəndaşın dövlətdən daha böyük gözləntilərinin reallaşması üçün yeni imkanlar açılır. Heç şübhəsiz ki, bu reallığın təməlində  qarşılıqlı etimad mühiti dayanır və bu amil gözlənilən Amnistiya aktına xüsusi ictimai-siyasi, hüquqi çalar verir.  Humanistliyin güzgüsü hesab olunan bu cür Aktlar nəticə etibarilə barışığa, cəmiyyətdə mərhəmət hissinin təşviqinə və təkrar sosiallaşmaya bəslənilən ümidlərin  güclənməsinə xidmət edir, eləcə də ictimai münasibətlərin yalnız hüquqi müstəvidə tənzimlənə biləcəyi mesajını verir.

Müasir Azərbaycanda dövlət səviyyəsində humanizm siyasətinin bünövrəsini qoyan Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə 7 amnistiya aktı qəbul edilib, 32 Əfv Sərəncamı imzalanıb. Ulu Öndər Heydər Əliyevin humanizm ənənəsinə sadiq qalan Prezident İlham Əliyev tərəfindən ötən illər ərzində 39 Əfv Sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. İndiyədək qəbul olunmuş 12 amnistiya aktı 130 mindən çox vətəndaşa şamil olunub.

Prezident İlham Əliyevin hazırkı Amnistiya təşəbbüsü əhatə dairəsinin genişliyi və şamil olunacaq şəxslər kateqoriyası baxımından xüsusi diqqət çəkir. Layihəyə əsasən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhalimizə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Amnistiya aktının 20 mindən çox şəxsi əhatə edəcəyi gözlənilir. İlkin təhlillərə görə, 5 mindən çox məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunacaq, 3 mindən artıq şəxsin həmin cəza növü azaldılacaq. Proqnozlaşdırılır ki, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkum azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan, o cümlədən şərti cəzalardan, mindən çox şəxs isə cinayət məsuliyyətindən azad ediləcək.

Bu o deməkdir ki, insan amili, humanizm və mərhəmət hissi, ötən illərdə olduğu kimi, bu gün də dövlət siyasətinin mərkəzində dayanır. Amnistiya təşəbbüsü imkan verəcək ki, minlərlə ailə doğmalarına qovuşmağın sevincini yaşasın, cəmiyyətimizə faydalı olmaq üçün toparlanmağa stimul qazansın. İnanıram ki, rəsmi orqanlarla yanaşı, bütövlükdə cəmiyyətimiz də əlindən gələni edəcək ki, dövlətin yenidən etimad göstərdiyi  insanlar adaptasiya dövrünü daha yüngül keçirsin.

Ülvi Quliyev 
Milli Məclisin deputatı   
                                                                                  

      
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Dekabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri