“KuPS” klubunun baş məşqçisi: “Favorit Azərbaycan təmsilçisidir”
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“KuPS” futbol klubunun (Finlandiya) baş məşqçisi Miika Nuutinen UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Sabah”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis bunu matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Nuutinen qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:
“Bakıda olduğumuza görə şadıq. Bizi çətin qarşılaşma gözləyir. “Sabah”ın ilk təsnifat mərhələsindəki matçlarını izləmişik. Rəqib komanda topla yaxşı rəftar edir. Onları təhlil etməyə çalışdıq. Hər şey meydanda bəlli olacaq”.
Baş məşqçi cütün favoriti kimi Azərbaycan təmsilçisini göstərib:
“Lakin real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dır. Diqqətimizi bu matça yönəltmişik”.
Qeyd edək ki, “Sabah” - “KuPS” görüşü iyulun 21-də saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 İyul 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















