Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

“Kür” Avropa Kubokunda mübarizəni davam etdirir: rəqibi haqqında nə məlumdur? in İCMALI

“Kür” Avropa Kubokunda mübarizəni davam etdirir: rəqibi haqqında nə məlumdur? in İCMALI

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qadın həndbol klubu “Kür” bu gün, noyabrın 13-də EHF Avropa Kubokunda növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, turnirin üçüncü mərhələsində Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə uğrunda Şimali Makedoniyanın paytaxtı Skopyenin eyniadlı rayonunu təmsil edən “Çair” klubu ilə qarşılaşacaq.

“Kür” bu mərhələyə inamlı qələbələrlə yüksəlib. Mingəçevir təmsilçisi Kiprin APOEL klubunu hər iki görüşdə məğlub edib – 40:18 və 39:13. “Çair” isə birbaşa üçüncü mərhələdən mübarizəyə başlayıb. Bununla belə, Azərbaycan klubunun rəqibi Avropa arenasında kifayət qədər təcrübəyə malikdir. Komanda 2020/21 mövsümündən etibarən avrokuboklarda iştirak edir və mütəmadi olaraq ölkə çempionatının liderləri sırasında yer alır.

“Çair”in böyük titulları olmasa da, komanda iki dəfə Şimali Makedoniya Kubokunun finalına yüksəlib. Bu, 2024 və 2025-ci illərdə baş verib. Klubun ilk dəfə finala vəsiqə qazanması tarixi hadisə olub. “Çair” həlledici görüşə gedən yolda daha təcrübəli “Vardar”ı 32:28 hesabı ilə məğlub etsə də, finalda “Gyorçe Petrov”a 24:36 hesabı ilə uduzub. Bir il sonra komandalar yenidən finalda qarşılaşıblar. Nəticə bu dəfə də dəyişməyib və “Çair” 19:36 hesabı ilə məğlub olub.

Ötən mövsüm Şimali Makedoniya çempionatında da gümüş medal qazanan komanda birinciliyi yenə “Gyorçe Petrov”a uduzub. Lakin ölkə kubokunda eyni uğuru təkrarlaya bilməyib. Bu dəfə “Çair” yarımfinalda “Spartak”a minimal fərqlə – 23:24 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Şimali Makedoniya klubunun Azərbaycan həndbolu ilə də birbaşa əlaqəsi var. Söhbət vaxtilə hər iki komandanın formasını geyinmiş oyunqurucu Leonora Rahmanidən gedir. O, 2020/21–2023/24 mövsümlərində “Çair”in heyətində avrokuboklarda çıxış edib. 2024-cü ilin mayında isə Şimali Makedoniya Kubokunun final mərhələsinin ən məhsuldar oyunçusu olub.

Daha sonra Rahmani “Kür”ə keçib və 2024/25 mövsümündə Avropa Kubokunda Mingəçevir təmsilçisinin heyətində mübarizə aparıb. Həndbolçu Yunanıstanın “İonias” klubu ilə iki oyunda yeddi qol vurub. 2025-ci ilin yayında “Kür”dən ayrılan Rahmani hazırda Kosovonun “Samadredja” klubunda çıxış edir.

“Çair”in avrokuboklardakı nəticələrinə gəlincə, komanda üçün ən uğurlu mövsüm 2024/25 olub. Həmin vaxt klub tarixində ilk dəfə EHF Avropa Kubokunun 1/8 finalına yüksəlib.

Şimali Makedoniya təmsilçisi mübarizəyə ikinci mərhələdən başlayıb və Lüksemburqun “Kerjenq” klubunu hər iki görüşdə məğlub edib – 26:24 və 32:26. Daha sonra Portuqaliyanın “Kolejiu Qaya” komandası ilə qarşılaşan “Çair” bu dəfə də hər iki oyunda qələbə qazanıb – 29:25 və 28:26. Beləliklə, ardıcıl dörd qələbə qazanan komanda tarixində ilk dəfə turnirin 16 ən güclü klubu sırasına düşüb.

1/8 finalda Şimali Makedoniya təmsilçisinin rəqibi Praqanın “Slaviya” klubu olub. “Çair” hər iki görüşdə məğlubiyyətlə üzləşib – 20:31 və 29:33. Bununla da komanda dörd qələbə və iki məğlubiyyətlə yadda qalan avrokubok mövsümünü başa vurub.

“Kür”lə qarşılaşmalar öncəsi “Çair” ölkə çempionatının liderlərindən biridir. Komanda Superliqada 12 xalla ikinci pillədə qərarlaşıb. Son ölkə çempionu “Gyorçe Petrov” isə ondan üç xal öndədir.

Son oyunlar göstərir ki, “Çair” üstünlüyünü sona qədər qorumaqda çətinlik çəkə bilir. Belə ki, “Gyorçe Petrov”la öz meydanında keçirdiyi görüşdə 19:17 hesabı ilə öndə olan komanda qarşılaşmanın son 10 dəqiqəsində qol vura bilməyib. Rəqib isə bundan yararlanaraq hesabı bərabərləşdirib – 19:19. “Çair”in heyətində Nura Mahmud beş, Mixayela Kraleva isə dörd qol vurub.

Şimali Makedoniya klubu əlavə oyun təcrübəsini bir neçə Balkan ölkəsinin komandalarını birləşdirən Qadınların Regional Həndbol Liqasında (WRHL) qazanır. Bununla belə, komandanın həmin turnirdəki nəticələri hələlik ürəkaçan deyil. “Çair” Serbiyanın “Bor” klubuna 26:33, Niş şəhərini təmsil edən “Naisa”ya 19:20 hesabı ilə uduzub, Monteneqronun “Stars-Lavitse” komandası ilə isə 27:27 hesablı heç-heçə edib.

Regional liqada iştirak komandaya Balkan ölkələrinin digər təmsilçiləri ilə mütəmadi qarşılaşmaq və oyun təcrübəsini artırmaq imkanı verir. Bu baxımdan “Çair”in “Kür”lə müqayisədə müəyyən üstünlüyü var. Çünki Mingəçevir klubu cari mövsümdə əsasən avrokubok oyunları ilə kifayətlənməli olur.

Azərbaycan həndbolunda yaşanan böhran və ölkə çempionatının keçirilməməsi fonunda “Kür” ölkədə fəaliyyətini davam etdirən yeganə klub olaraq qalır. Nəticədə komanda müntəzəm oyun praktikasından məhrumdur. Beynəlxalq görüşlər isə onun üçün yarış ritmini qorumağın əsas vasitəsinə çevrilib.

İki komandanın daha bir ortaq cəhəti var. EHF Avropa Liqasının təsnifat mərhələsində “Gyorçe Petrov”un mübarizəni dayandırmasından sonra “Çair” də qadınlar arasında avrokuboklarda ölkəsinin yeganə təmsilçisi olub. Beləliklə, qarşıdakı oyunlar təkcə klublar üçün deyil, həm də Azərbaycan və Şimali Makedoniyanın Avropa arenasında təmsil olunması baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, komandalar arasında hər iki görüş Mingəçevirdə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Oyunlar saat 17:00-da başlayacaq. İlk qarşılaşma noyabrın 13-də, cavab görüşü isə noyabrın 15-də baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Noyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri