Icma.az
close
up
RU
Kür üzərində tarixi abidə köhnə Salyan körpüsü

Kür üzərində tarixi abidə köhnə Salyan körpüsü

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mərkəzdən cənub bölgəsinə açılan qapının 80 yaşı tamam olur

Vaxtilə Kür çayının Salyandan keçən hissəsində salınaraq Cənub bölgəsinə rahat yol açan, adına şeirlər, nəğmələr qoşulan, o baş-bu başında şir heykəlləri olan məşhur körpünün yaranmasından 80 il ötür.

İkinci Dünya müharibəsindən 1 il sonra tikilərək istifadəyə verilmiş dəmir-beton konstruksiyalı Salyan körpüsü Azərbaycanın yol infrastrukturu tarixində Kür çayı üzərində ucaldılan ilk mühəndislik abidəsi kimi xüsusi yer tutur. Körpü bu gün nəqliyyat üçün istifadə olunmasa da (indi o ərazidə yol eyniadlı daha geniş və müasir körpüdən keçir), Salyanın əsas simvollarından biri sayılıır.

Azərbaycanın ən böyük su arteriyası olan Kür çayı tarix boyu ölkənin iqtisadi, sosial və coğrafi həyatında mühüm rol oynayıb. Bu çay uzun illər ərzində yalnız həyat mənbəyi deyil, eyni zamanda, bölgələr arasında təbii maneə olub. Körpünü keçəndən az sonra Kürün sahilində, qədimdən mühüm ticarət yollarının üzərində yerləşən Salyan şəhəri boy göstərir.

Ta XX əsrin ortalarına qədər Salyan ərazisində Kürü keçmək üçün sallardan, panton-bərələrdən istifadə edilib. Taxta körpüləri isə sel-su yuyub aparıb. Salyanda müxtəlif vəzifələrdə işləmiş, indi haqq dünyasında olan Nağı dayı son dəfə taxta körpüdən keçənlərdən olub. O, öz xatirələrində qeyd edir ki, dəmir körpünün acılışı ərəfəsində zəruri mal-materialların gətirilməsi üçün Bakıya ezam olunub və qayıdanda uçuq-salxaq taxt körpüyə “əlvida” deyib. O vaxtın yeni körpüsünə aid kinoxronikada axırıncı taxta körpü də görüntülənir.

İnternet resurslarında az-çox rast gəlinən tarixi mənbələrə istinadla demək olar ki, inşasında alman əsirlərindən işçi qüvvəsi kimi istifadə olunan körpü onların soydaşı olan mühəndis Alfred Riskopun layihəsi üzrə tikilib. Başqa bir mənbəyə görə, Salyan körpüsünün 80 illik tarixinin ilk səhifələrini mayor Florovun rəhbərlik etdiyi və azərbaycanlılıların da çalışdığı Uzaq Şərq Körpü Tikinti İdarəsinin kollektivi yazıb. İşlər 1945-ci ilin əvvəlində başlanıb və 15-16 ay sonra 9 May Qələbə Gününə kimi tamamlanıb.

Tarixi Salyan körpüsünün uzunluğu 360, eni isə 7,1 metrdir. 6 beton özülü var və dəmir konstruksiyalarla üzlənib. Bəzi mənbələrə görə, açılış lentini Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, daxili işlər naziri T.Yaqubov kəsib, mərasimdə Xalq şairi Səməd Vurğunun çıxış etdiyi də söylənilir. Amma şairin çıxışını heç bir mənbə təsdiqləmir. Həmin dövrdə Salyan Rayon Partiya Komitəsinin orqanı olmuş “Sosializm yolu” qəzetinin də nömrələri saxlanılmayıb.

Əvəzində biz Axundov adına Milli Kitabxanada “Kommunist”in (indiki “Xalq qəzeti”) 14 may 1946-cı il tarixli 96-cı nömrəsində respublika əhəmiyyətli bu tədbirdən verilmiş bir səhifəlik reportajla tanış ola bildik. Orada yazılıb: “Kür qırağında başqa aləm var idi. May ayının 12-də yaxın kəndlərdən, rayon mərkəzi Salyan şəhərindən adamlar axın-axın bura yığışırdı. Qırlı yolla şütüyən avtomobillər Bakının adlı-sanlı adamlarını, partiya-hökümət nümayəndələrini, qabaqcıl neftçiləri, şairləri, yazıçıları artistləri, xanəndələri, rəqqasələri, məzhəkəçiləri, mətbuat nümayəndələrini bura daşıyırdı...

Açılışın rəsmi qonaqları – Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, daxili işlər naziri T.Yaqubov, Salyan Rayon Partiya Komitəsinin 1-ci katibi Bağırov, RİK-in sədri Qədirov, şair Səməd Vurğun, Süleyman Rüstəm, Süleyman Rəhimov, SSRİ Ali Sovetinin deputatı Mütəllimov, podpolkovnik Bryukov, SSRİ daxili işlər nazirinin müavini Lukşt və digər yoldaşlar açılış üçün hazırlanmış kürsüyə yaxınlaşırlar. Dövlət himni səslənir. T.Yaqubov Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi və Nazirlər Soveti adından təbrik söyləyir. Ardınca şair Süleyman Rüstəm çıxış edir və şeir oxuyur”.

Reportajda daha sonra oxuyuruq: “Azərbaycanın adlı-sanlı pambıqçısı Qüdrət Səmədov xitabət kürsüsünə qalxaraq bu möhtəşəm körpünün tikintisində iştirak edənlərə minnətdarlığını bildirdi: – Biz salyanlılar bu böyük hədiyyə əvəzində bütün dövlət tapşırıqlarını qat-qat artıq yerinə yetirəcəyik, – dedi”...

Salyanlı müəllim Səfurə Quliyeva və başqaları da açılış mərasimində çıxış ediblər. Rus inşaatçı Pyotr Tarskinin çıxışında körpüsalanlar haqqında daha ətraflı məlumat var: “– Keçən ilin mart ayını yaxşı xatırlayıram. İnsanlar burada işə cəlb olunanda geniş çayın sahillərində kol-kos, ot və palçıqdan keçmək olmurdu. Güclü külək boş çöllərin torpağını göylərə sovururdu. Biz işə başlayan gündən qarşılaşdığımız böyük qayğı nəticəsində bütün çətinlikləri aradan qaldıra bildik. Bakıdan “Leytenant Şmidt”, “Oktyabr” zavodları, Dəniz Tkinti Tresti, Metal Kombinatı, Azərbaycan Tikinti Təchizat İdarəsi, Dəmir Yol İdarəsi, Kür çayı gəmiçiliyinin işçiləri, Salyan rayonunun bütün əmək kollektivləri körpünün çəkilməsinə çox böyük kömək etdilər. Bu gün böyük başucalığı ilə üzümü Azərbayca xalqına və onun rəhbərinə tutub deyirəm: Qarşımıza qoyduğunuz vəzifə yerinə yetirilmişdir. Kürün bu sahilindən o sahilinə yol acıqdır”.

Reportajda o da bildirilir ki, sonra ordenli şair Süleyman Rüstəm çıxış edib və şeir söyləyib. T.Yaqubov tərəfindən körpü çəkilişində fərqlənmiş ən yaxşı inşaatçılara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Bu məqsəd üçün 75 min manat pul ayrıldığı elan edilib. Rayon icraiyyə komitəsinin sədri Qədirov 12 nəfərə mükafat təqdim edir.

Başqa bir mənbədə – əslən salyanlı olan yazıçı-publisist Zaman Əsgərlinin “Nağı dayı” povestində isə yuxarıda adı çəkilən Nağı Axundovun dilindən deyilir ki, ordenli şair Səməd Vurğun yalnız körpünün açılışı münasibətilə təşkil olunan ziyafətdə şairanə bir sağlıq deyib və şeir söyləyib. Belə bir fikir də var ki, tikintinin möhkəmliyinə tam əminlik yaransın deyə, açılışı zamanı körpünün altında alman əsirləri saxlanılıb və onların başları üzərindən ilk maşın karvanı - ağır texnika körpünü alqış sədaları altında keçib.

Beləcə, Salyan körpüsü 50 ilə yaxın insanlara xidmət göstərib və ötən əsrin 90-cı illərindən istismarı dayandırılıb. Hələ də bu barədə yaddaşlarda müəyyən əfsanələr dolaşmaqdadır.

Salyanın tanınmış ziyalısı – 96 yaşlı həkim Əlisəftər Axundov Kür çayı üzərindəki körpünün açılışını böyük bayram təntənəsi kimi xatırlayaraq deyir ki, uşaqdan böyüyə qədər hər kəs körpünün açılışını səbirsizliklə gözləyirdi. “Xatırlayıram ki, may ayı idi. Şəhər 2 saylı məktəbdə oxuyurduq. 9-cu sinifi başa vurmağa hazırlaşırdıq. Xəbər gəldi ki, körpü açılır. Müəllimlərimizlə birlikdə çayın sahilinə, bu möhtəşəm hadisənin təntənəsini yaşamağa tələsdik. Həmin gün Kür çayını yeni körpü vasitəsilə keçmək taleyimizdə əbədi xatirə kimi qaldı və 80 il əvvəl baş vermiş hadisənin xatırlayanda qəlbimiz yenidən fərəhlə döyünür”.

Digər salyanlı – uzun illər Azərbaycan polisinin sıralarında qüsursuz xidmət keçmiş 88 yaşlı Avtandil Məlikovun da xatirələri maraqlıdır: “Təzə körpünün açılışında minlərlə adam iştirak edirdi. Yaşımız az olduğuna görə, biz acılışı ancaq uzaqdan izləyə bildik. Musiqi səsini, alqışları aydın eşidirdik. Gözümüzün qabağında körpüdən keçən maşınlar yanımızdan ötərək rayon mərkəzinə, Cənub rayonlarına yol alıb gedirdi. Hamı sevinirdi. Yolun körpüyə yaxın hissəsində Kür çayı sahilində Tut bağı deyilən ərazidə isə Azərbaycanın dövlət nümayəndələri, SSRİ məkanından gəlmiş generallar, respublikanın tanınmış əmək qəhrəmanlatı, şair və yazıçılar, musiqi xadimləri, körpü tikintisində fərqlənənlər və rayonun qabaqcıl zəhmətkeşləri üçün xüsusi ziyafət təşkil edilmişdi.

Bəli, köhnə Salyan körpüsü ötən əsrin ilk mühəndislik abidələrindən biridir.

Rüstəm MƏLİKOV,
“Ana Kürüm” qəzetinin təsisçisi və redaktoru,

Əli DOSTƏLİ
Əməkdar jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 May 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see490

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see285

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see275

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see271

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see267

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see260

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see255

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see250

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see243

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see226

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see219

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see215

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see214

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see208

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see206

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see202

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see200

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see190

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see186

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri