Icma.az
close
up
RU
Kürdəmir sakini Ağadadaş Ağayevin baltalı hücumunu təkrarladı Məşhur teleaparıcının komandası ÖLÜMDƏN DÖNÜB

Kürdəmir sakini Ağadadaş Ağayevin baltalı hücumunu təkrarladı Məşhur teleaparıcının komandası ÖLÜMDƏN DÖNÜB

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün səhər saatlarında “Xəzər” televiziyasının çəkiliş qrupuna baltalı hücum olub. Kürdəmir sakini Elqan Bəşirov çəkiliş qrupuna balta ilə hücum edərək zor tətbiq edib, eləcə də televiziyaya məxsus avadanlığı yararsız vəziyyətə salıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Elqan Bəşirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

Balta ilə hücum hadisəsi ilk deyil.

Avqustun 5-də Dəşkəsən xəstəxanasında 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanova dünyasını dəyişib. Tahirə Qurbanovanın ölümünə səbəb aldığı balta xəsarətlərinin ağırlığı olub. Aydın olub ki, Tahirə Qurbanova yaşadığı Dəşkəsən rayonu, Xoşbulaq kəndindəki evində gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənova ilə mübahisə edib. Bu zaman gəlini baltaya əl atıb və ona mübahisə zəminində balta ilə bir neçə xəsarət yetirib. 

Bu hadisələr Xalq artisti Ağadadaş Ağayevin “MedEra” klinikasına əlibaltalı hücumundan sonraya təsadüf edib.

Ağadadaş Ağayev özünə məxsus olan “Büsat” şadlıq evinə bitişik həyətindən çıxaraq yolun əks tərəfində olan “MedEra” hospitalının mühafizəçisi Nurəddin Cəlilova hücum edib. Xalq artisti hücum zamanı əlinə balta alıb və həmin baltanı mühafizəçi Nurəddin Cəlilova atıb. Xoşbəxtlikdən balta Nurəddin Cəlilova dəyməyib deyə, xalq artistinin niyyəti də baş tutmayıb. Balta mühafizəçidən yan ötərək “MedEra” hospitalının daxilində olan işçi Nəzakət Paşayevanın ayağına çırpılıb. Balta Nəzakət Paşayevanın ayağına kəsici hissəsi ilə dəyməyib deyə, səhhətində də ciddi problem yaratmayıb.

Xalq artisti Ağadadaş Ağayev baltaya əl atmazdan 4 ay öncə, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirib. Ailəsinə qarşı törətdiyi dəhşətli qətliamda Əhməd Əhmədov baltadan istifadə edib.

Baltalı cinayətlərin bir-biri ilə əlaqəsi varmı? Son aylarda ölkədə balta ilə törədilən cinayətlər niyə artıb? Qətl və cinayət aləti kimi məhz baltanın seçilməsi təsadüfdür, yoxsa burada psixoloji məqam var?

Psixoloq Azad İsazadə Musavat.com-a deyib ki, cinayət və intiharlarda bir yoluxuculuq var:

“Bir nəfər özünü asan kimi sonrakı günlərdə belə ölümlərin sayı artır. Bir neçə il əvvəl “Koroğlu” metrosu yaxınlığındakı körpü intihar edənlərin “sevimli” məkanına çevrilmişdi. İntihar etmək üçün o körpüyə o qədər insan axışdı ki, məcbur olub ətrafına tikanlı məftillər çəkdilər, polis postu qoydular. Kimsə intihar etmək istəyirdisə, emosional halda həmin körpüyə üz tuturdu”.

Psixoloq bildirib ki, baltanın cinayət aləti olaraq seçilməsi də bu baxımdan təsadüfi deyil:

“Əhməd Əhmədovun ailəsinə qarşı qəddar cinayət törətdiyi zaman baltadan istifadə etməsi şüuraltına təsir edir. Psixoloji baxımdan bu, dəb xarakteri daşıyır. 100 faiz olmasa da, statistika göstərir ki, bir səs-küylü cinayət baş verirsə, sonrakı 3-6 ay ərzində, bəzən də daha artıq zaman kəsiyində oxşar cinayətlər törədilir. Bu, belə baş verir – kimsə cinayət planlayır, amma necə, hansı silahla, alətlə cinayəti törədəcəyini özü üçün aydınlaşdıra bilmir. Belə bir vaxtda kimsə baltaya əl atırsa, cinayəti planlayan və ya belə niyyətdə olan digərləri avtomatik olaraq şüuraltına təsir etmiş balta olayından çıxış edir, baltaya əl atırlar. Belə hadisələr şüuraltında 3-6 ay ərzində qalır və sonradan tədricən aradan qalxır. Yeni dəb yaranarsa, vəziyyət də dəyişə bilər”.

Psixoloq deyib ki, belə cinayətlərin törədilməsində insanların sosial statusu rol oynamır:

“Cinayəti törədən cəmiyyətdə tanınan şəxsdir, tanınmayan biridir, bu, rol oynamır. Şüuraltında balta olayı qalır və tanınan şəxs və ya digəri hirslənirsə, bu zaman gözü balta axtarır. Bilir ki, həmin silahla ortaya çıxsa, qarşısındakı ondan çəkinəcək, qarşısından qaçacaq. Şüuraltında həmin an üçün balta ən effektiv silah kimi dayanır”.

Azad İsazadə bildirib ki, baltalı cinayətlər bir müddət sonra aradan qalxacaq:

“Bunun üçün piştaxtalardan baltaları yığmaq, balta satışını qadağan etməyə lüzum yoxdur. Baltanı satışdan çıxarsalar, digər bir kəsici-deşici alətə, çəkicə, lingə əl atılacaq. Balta cinayət aləti kimi aradan götürülsə, digər silah dəbə düşəcək”.

Bu qəbildən olan cinayətlər, belə cinayətlərin qarşısının alınması ilə bağlı elmi araşdırmalar varmı? Məsələn, cinayətlərin 3-6 ay deyil, daha tez aradan qalxması, sıxışdırılıb çıxarılması üçün konkret elmi metodika işlənib hazırlanıbmı?

Azad İsazadə vurğulayıb ki, əsasən intiharlarla bağlı belə araşdırmalar aparılır:

“Sovet dövründə, ötən əsrin 60-cı illərində SSRİ-ni intiharlar dalğası bürümüşdü. İntihar edənlər qida sənayesində istifadə edilən sirkə essensiyası içirdilər, bu yolla özlərini zəhərləyib həyatla vidalaşırdılar. Bunun qarşısını almaq üçün satışdan 60 faizlik sirkə essensiyası yığışdırıldı, əvəzində daha az faizli sirkə essensiyası satışa çıxarıldı. Bu addımla sirkə essensiyası içib intihar edənlərin qarşısı alındı. Yenə də sirkə essensiyası içənlər olurdu, amma zəhərlənmirdilər, ölmürdülər. Bununla belə, SSRİ-də intiharlar ümumilikdə aradan qalxmadı. İntihar edənlər digər üsullar axtarıb tapır və həyatla vidalaşdırdılar. Yəni sirkə essensiyasının satışdan yığışdırılması vəziyyəti nisbətən dəyişsə də, problemi radikal olaraq aradan götürmədi.

Balta ilə törədilən cinayətləri aradan qaldırmaq üçün bu gün satışdan bütün baltaları yığışdıraq. Bu, problemi aradan qaldırmayacaq. Bıçaqla törədilən qətllərin qarşısının alınması üçün bıçaqların tiyə hissəsini 4 barmaqdan az edirlər. Bunu ona görə edirlər ki, bıçaq hər evdə var, əsəbi, emosional halda kimsə bıçağa əl atarsa, qarşısındakına bıçaqla xəsarət yetirərsə, bıçaq gedib ürəyə çatmasın və ən azı qətlin qarşısı alınsın. Bununla belə, bu, tam olaraq çıxış yolu deyil. Qəsd törətmək istəyən, intihar üçün üsul axtaran gedib başqa bir yolunu tapacaq”.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, məişətdə istifadə olunan alətlər faktiki və vizual olaraq döyüş silahlarının tam analoqudur:

“Yəni evdə istifadə etdiyimiz bıçağın təyinatı əslində çörək, yağ və digər ərzaqların doğranması üçündür. Amma bıçağı əlinə alıb kiməsə hücum olunsa, qarşı tərəf əldəki bıçağı çörək bıçağı deyil, döyüş silahı kimi qəbul edir və bu mövqedən çıxış edərək ən güclü cavab aqressiyası sərgiləyə bilər. Kiməsə baltalı hücum olursa, eyni şəkildə qəbul olunur, qavranır. Fikir verdinizsə, Ağadadaş Ağayev baltanı əlindən mühafizəçiyə atana qədər o, qaçıb canını qurtarmağa çalışırdı. Çünki baltanı real döyüş silahı kimi qəbul edirdi. Qaçmağa imkanı vardı deyə, qaçıb canını qurtarmağa çalışırdı. Görəndə ki, balta daha ona hücum edən Ağadadaş Ağayevin əlində deyil, ən aqressiv tövrü nümayiş etdirdi. Balta ilə az qətl törədilməyib və bu, şüuraltında qalır. Əhməd Əhmədovun balta ilə doğmalarını doğraması yaddaşlara pərçimlənib”.

Natiq Ələsgərov bildirib ki, insanın öz təhlükəsizliyi, özünümüdafiə və münaqişə vəziyyətində adekvat davranış imkanları haqqında bu gün cəmiyyətdə yanlış təsəvvür formalaşıb:

“İnsanlar bir-biri ilə normal danışmağı dayandırıblar. Xırda, mənasız bir sözə görə dərhal əlini silaha tutub atəş açmağa, baltaya, bıçağa əl atmağa başlayıblar. Ünsiyyətdəki insani davranış aradan qalxır, yerinə silahlar “danışır”. Cəmiyyətlə sosial-psixoloji işlər aparmaqla durumu dəyişmək olar. Əks halda belə cinayətlərin davamının şahidi ola bilərik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://moderator.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elməddin: Biznesim batdı, dirçəldə bilmədim

29 Mart 2025 21:14see215

Vətəninə və Musiqi Sənətinə Həsr Olunmuş Bir Həyat

29 Mart 2025 19:18see151

PSJ 3 xalı 6 qolla qazanaraq çempionluğa doğru gedir VİDEO

30 Mart 2025 01:19see123

Orban administrasiyası vətəndaşların poçtuna bülleten göndərir: səbəb…

29 Mart 2025 23:52see119

Qazaxda narkokuryerlər saxlanıldılar

30 Mart 2025 14:50see118

Mançester Siti də ciddi itki stadionu qoruyucu ayaqqabı ilə tərk etdi

31 Mart 2025 00:38see115

Nasaz və idarə olunmayan avtomobilə cərimə gəldi DİN dən AÇIQLAMA VİDEO

30 Mart 2025 20:46see115

III Çarlz xəstəxanaya yerləşdiridikdən sonra ilk bəyanatını verdi

30 Mart 2025 13:33see114

Pakistanın Baş naziri İlham Əliyevi təbrik etdi KONKRET

29 Mart 2025 17:32see112

BVF Ukraynada münaqişənin 2025 ci ilin sonuna qədər bitəcəyini proqnozlaşdırır

30 Mart 2025 03:06see112

Ukrayna demək olar ki, ABŞ la yeni müqavilə şərtləri ilə razılaşmayacaq

30 Mart 2025 02:46see111

Xankəndinin mərkəzindəki edam otağı ndan TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR

31 Mart 2025 00:49see111

Dünya nizamının dəyişməsinə təsir edən gizli razılaşmalar

30 Mart 2025 22:14see110

Bölgədə güc balansı dəyişir Türkiyə bu ölkəyə xüsusi təyinatlılar GÖNDƏRİR

29 Mart 2025 20:04see110

Volkan Konak səhnədə huşunu itirdi, xəstəxanaya aparıldı VİDEO

31 Mart 2025 01:16see108

“Qarşıdakı matçlara da xallar qazanmaq üçün çıxacağıq” Rəşad Sadıqov

30 Mart 2025 21:03see108

Qarabağ erməniləri İrəvanda toplaşdı

30 Mart 2025 20:46see108

Tramp İranı heç vaxt görmədikləri partlayışlarla hədələyib

30 Mart 2025 18:55see108

Aleksandr Turçin Əli Əsədovu təbrik etdi

30 Mart 2025 13:46see108

Bu bürc çətinlikləri özünə maqnit kimi çəkir

30 Mart 2025 00:39see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri