Icma.az
close
up
RU
Kürdəmirdə evləri uçan ailə: Oğlumun biri Avropa çempionudur

Kürdəmirdə evləri uçan ailə: Oğlumun biri Avropa çempionudur

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Kürdəmir rayonu Məhsəti Gəncəvi küçəsi, ev 12-də yaşayan Yaşar Əsgərov təqribən 50 il əvvəl çiy kərpicdən tikilmiş və dörd il öncə qəzalı vəziyyətə düşən evinin artıq bir neçə gündür ki, uçduğunu və bunun nəticəsində dörd nəfər ailə üzvünün evsiz qaldığını bildirib.

Redaktor.az xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən ev sahibinin sözlərinə görə, bununla bağlı əvvəllər də aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, onun müraciətinə əhəmiyyət verən olmayıb. Hazırda çətin durumda qalan ailə aidiyyəti qurumlardan kömək istəyir.

"Ev tamamilə qəzalı vəziyyətə düşəndən sonra kirayə qalmalı olduq. 200 manat pulu çətinliklə ödəyirəm. İki övladım var. Oğlumun biri Avropa çempionudur. Onu bu sınıq-sökük evdə əziyyətlə böyütmüşəm. Ev başımıza uçsaydı, necə olacaqdı?!" - deyə zərərçəkən Şərəf Əsgərova bildirib.

Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib ki, mövcud vəziyyətdən xəbərdardırlar. Yaşar Əsgərova məxsus fərdi yaşayış evinə İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əməkdaşları ilə birlikdə baxış keçirilib.

Vətəndaşa bildirilib ki, İcra Hakimiyyətinin xərclər smetasında fərdi yaşayış evlərinin təmir, bərpa və tikintisi üçün vəsait nəzərdə tutulmadığından fərdi yaşayış evinin bərpası səlahiyyətləri xaricindədir.

Amma buna baxmayaraq, Kürdəmir RİH tərəfindən fərdi yaşayış evinin uçması barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinə rəsmi məktub vasitəsilə ünvanlanıb.

Məktub araşdırıldıqdan sonra ev sahibinə yekun məlumat veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 May 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri