Kürdəmirdə işçilər xəbərdarlıq edilmədən işdən çıxarıldı (Video)
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu şəxslər ötən ilin sentyabrında Kürdəmirin Xırdapay kəndində "AZƏRİ KARTON" MMC-də 500 manat əməkhaqqı müqabilində 1 illik müddətə işə başlayıblar.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, iddialarına görə, iyun ayından onlara əməkhaqqı verilməsi dayandırılıb. Sentyabrdan isə onlara xəbərdarlıq edilmədən əmək müqavilələrinə xitam verilib.
Şikayətçilər onlara məsələnin həlli bağlı hər hansı bir vədin verilmədiyini deyirlər.
Hətta iş zamanı əlindən xəsarət alan şikayətçi ona dəyən zərərin də şirkət tərəfindən qarşılanmadığını iddia edir.
Məsələ ilə əlaqədar "AZƏRİ KARTON" MMC ilə əlaqə saxlamağa çalışdıq. Telefona cavab verən şəxs orada işdən çıxıdğını, zavodun da bağlandığını bildirdi. Kürdəmirin Xırdapay kəndində yerləşən zavodda da olduq. Mühfizəçi bildirdi ki, ərazidə heç kəs yoxdur, bir aydan çoxdur zavod fəaliyyətini dayandırıb.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 30 Sentyabr 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















