Icma.az
close
up
RU
Kürdəmirdə üç nəfərin öldüyü qəzada təqsirli bilinən şəxsə hökm oxundu

Kürdəmirdə üç nəfərin öldüyü qəzada təqsirli bilinən şəxsə hökm oxundu

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kürdəmir rayonunda üç nəfərin öldüyü qəza ilə bağlı təqsirli bilinən 1992-ci il təvəllüdlü Əflatun Umudovun cinayət işinə baxılıb.

Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Umudov üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan və beş il müddətə azadlıqdan məhrum olunub.

Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 18-də Kürdəmir rayonu, Cəyli kəndi ərazisində baş verib. "Mercedes-Benz" markalı avtomobil idarəetməni itirərək yolun kənarına aşıb.

Ceyhun Ağanəzər oğlu Xanəliyev, Toğrul Hikmət oğlu Xanəliyev və Süleyman Qarakişi oğlu Əhmədov vəfat ediblər. Sükan arxasında olan Əflatun Əflan oğlu Umudov isə xəsarət alıb.

İstintaq araşdırması zamanı Umudov təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, avtoqəza nəticəsində avtomobilində dünyasını dəyişənlərin hamısı yaxınları olublar:

"Ceyhun Xanəliyev dayım oğlu, Toğrul Xanəliyev sinif yoldaşım, həm də Toğrulun atası ilə anam əmi qızı əmi oğlu, Süleyman Əhmədov isə dayım oğlu Ceyhunun bacanağı olublar. Hadisə Toğrulla birlikdə Ceyhun və Süleymanı rayon mərkəzinə tərəf aparan zaman baş verib. Hadisənin necə baş verməsini xatırlamamışam. Xəstəxanaya gedən zaman təcili tibbi yardım maşınında ayılmışam".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Dekabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri